×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
15.07.2014
QEYDİYYAT NÖMRƏSİ
5
ADI
Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.310.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201407150005
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.07.2014
Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

15.07.2014

Qeydiyyat nömrəsi

5

Adı

Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

26.07.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.310.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201407150005

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

25.07.2014

 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında” 2013-cü il 22 oktyabr tarixli, 4 nömrəli Sərəncamının 2.4-cü və “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanının 5.3-cü bəndlərinin icrası məqsədilə həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyası

 

qərara alır:

 

1. “Təsdiqedici sənəd formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 17 aprel tarixli, 05 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” formasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” formasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 15 may tarixli, 08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın 2.13-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

3. “İnzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 20 iyul tarixli, 11 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 1.4-cü bəndində, 3.3.1-ci yarımbəndində və həmin reqlamentə əlavə olunmuş ərizə formasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi haqqında inzibati reqlament”in 1.2-ci, 1.4-cü, 2.2-ci bəndlərində, 3.4.1-ci və 3.4.2-ci yarımbəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 3 sentyabr tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye parkında qeydiyyatdan keçmək üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan investisiya layihəsinin nəzərdə tutulan meyarlara uyğunluğunun qiymətləndirilməsi Qaydası”nın 3.3-cü bəndində və 7-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

5. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

6. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

7. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin İnzibati-təşkilati məsələlər üzrə sektorunun müdiri Orxan Beydiyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

8. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının 2014-cü il 15 iyul tarixli iclasının protokolu.

 

 

Sədr,

iqtisadiyyat və sənaye naziri                                                                                                                 Şahin Mustafayev

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status