×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.09.2014
QEYDİYYAT NÖMRƏSİ
282
ADI
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 12-09-2014, Nəşr nömrəsi: 198), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2014, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1062)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.09.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.060.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201409110282
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.09.2014
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “Bu Əsasnamə” sözlərindən sonra “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən, ” sözləri əlavə edilsin.

2. 8.1.12-ci yarımbənddən “, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan” sözləri çıxarılsın.

3. 8.2.10-cu və 8.5.3-cü yarımbəndlərdə “ölkəyə daxil olması” sözləri “ölkədə olması” sözləri ilə əvəz edilsin.

4. 8.6.1.3-cü yarımbəndin əvvəlinə “üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla” sözləri əlavə edilsin və həmin yarımbənddən “və qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə daimi yaşayış yerini dəyişməmək, yaxud müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulmuş” sözləri çıxarılsın.

5. Aşağıdakı məzmunda 8.18-ci bənd əlavə edilsin:

“8.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti:

müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi.”.

6. 10.2.1.2-ci yarımbənddə “müvəqqəti” sözündən sonra “və ya daimi” sözləri əlavə edilsin və həmin yarımbənddən “immiqrant və” sözləri çıxarılsın.

7. Aşağıdakı məzmunda 10.2.1.5-1-ci və 10.2.1.5-2-ci yarımbəndlər əlavə edilsin:

“10.2.1.5-1. ölkədə olması arzuolunmaz hesab edilən şəxslər haqqında;

10.2.1.5-2. barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;”.

8. 10.2.2.5-ci yarımbənddən “, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 sentyabr 2014-cü il

     № 282

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status