090.000.000
230.000.000
220.000.000
440.000.000
010.000.000
070.000.000
210.000.000
110.000.000
360.000.000
190.000.000
150.000.000
180.000.000
340.000.000
020.000.000
250.000.000
080.000.000
100.000.000
370.000.000
260.000.000
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Dövlət gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 24, maddə 446; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16) 8-ci maddəsinin 3-cü bəndinin ikinci cümləsi çıxarılsın.
II. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5 maddə 286) 10-cu maddəsinin 4-cü bəndindən "vergitutma və" sözləri çıxarılsın.
III. "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 81; № 7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) 5-ci maddənin ikinci hissəsindən "vergi güzəştləri və başqa" sözləri, 10-cu maddəsinin ikinci hissəsindən "vergitutma" sözləri, 26-cı maddəsinin birinci hissəsindən "və ondan idxal vergisi tutulmur" sözləri, 29-cu maddəsi, 35-ci maddəsinin ikinci hissəsi çıxarılsın.
[1]
IV. "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 9, maddə 216; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; № 5, maddə 387; 1998-ci il, № 1, maddə 16) 3-cü maddəsinin 3-cü bəndindən "vergilərdən" sözü, 37-ci maddəsinin birinci hissəsindən "vergi intizamını" sözləri və 40-cı maddəsi çıxarılsın.
V. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 10, maddə 263; № 13, maddə 491; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 10) 7-ci maddəsinin adından "Pensiyaların vergidən azad edilməsi" sözləri və həmin maddənin ikinci hissəsi çıxarılsın.
VI. "Azərbaycan Respublikasında əməyin ödənilməsinin minimum məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 389) 2-ci maddəsi çıxarılsın.
VII. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Məlumatı, 1992-ci il, № 12, maddə 445) 7-ci maddəsi çıxarılsın.
VIII. "Dini etiqad azadlığı haqqında" (Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddələr 171, 226; № 4, maddə 287; 1998-ci il, № 1, maddə 16) 19-cu maddəsinin ikinci hissəsi və 26-cı maddəsinin ikinci hissəsi çıxarılsın.
IX. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81; № 4, maddə 305; № 5, maddələr 356, 378; № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217; № 7, maddə 395) 5-ci maddəsinin beşinci hissəsi, 14-2-ci maddəsinin üçüncü hissəsi, 28-ci maddəsinin üçüncü hissəsindən "güzəştli" sözü, 55-ci maddəsinin dördüncü hissəsi çıxarılsın, 52-ci maddəsinin adında "vergi" sözü "haqq" sözü ilə əvəz edilsin.
X. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 171; 1995-ci il, № 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddələr 453, 494; 1998-ci il, № 1, maddə 10; 1999-cu il, № 5, maddə 284; 2000-ci il, № 6, maddə 379) 10-cu maddəsinin adından "pensiyaların vergilərdən azad edilməsi" sözləri və həmin maddənin üçüncü hissəsi çıxarılsın.
[2]
XI. Azərbaycan Respublikasının Təhsil Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7, maddə 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; № 4, maddə 287; № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 5, maddə 285) 54-cü maddəsinin üçüncü hissəsindən "və dövlət bu sahədə çalışan təmir-tikinti idarələri üçün güzəştli vergi sistemi müəyyən edir" sözləri çıxarılsın.
XII. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 6; № 3, maddə 226; № 4, maddə 280 14-cü maddəsi çıxarılsın, 10-cu maddəsinin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir".
XIII. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17) 14-cü maddəsinin üçüncü bəndi çıxarılsın.
XIV. "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 451; 1999-cu il, № 5, maddə 293) 6-cı maddəsinin 9-cu bəndi və 16-cı maddəsi çıxarılsın.
XV. "Müəssisələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 21, maddə 314; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; № 4, maddə 228) 18-ci maddəsinin dördüncü hissəsindən "yerli" sözü çıxarılsın, 23-cü maddəsində "mənfəət vergisi və digər məcburi ödənişlər verir" sözləri "məcburi ödənişlər ödəyirlər" sözləri ilə əvəz edilsin.
XVI. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 yanvar tarixli 961 saylı qərarı ilə təsdiq edilmiş "Bank sirrinin qorunması Qaydaları"nın (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 3-4, maddə 49) 7-ci bəndinin ikinci abzası aşağıdakı yeni redaksiyada verilsin:
"Hüquqi şəxslərin bank hesabları və ya əməliyyatları barədə arayışlar (məlumatlar) "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-ci maddəsində, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş qaydada verilir".
XVII. "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) 13-cü maddəsinə aşağıdakı redaksiyada onuncu abzas əlavə edilsin:
"qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək".
XVIII. (Qüvvədən düşüb)
[3]
XIX. "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 275 11-ci maddəsinin 3-cü bəndinin ikinci abzası çıxarılsın.
[4]
XX. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 277; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 487) 34-cü maddəsinin 2-ci bəndi çıxarılsın, 4-cü bəndinin üçüncü abzasında "dövlət vergi müfəttişliyi orqanlarına və dövlət statistika orqanlarına" sözləri "dövlət statistika orqanlarına və vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada vergi orqanlarına" sözləri ilə əvəz edilsin.
[5]
XXI. "Damazlıq işi haqqında" Azərbaycan Respublikası Qanununun .(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 24) 16-cı maddəsinin üçüncü hissəsindən "vergi və" sözləri çıxarılsın.
[6]
XXII. "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 120) 12-ci maddəsinin birinci hissəsinin altıncı abzasından "vergi" sözü çıxarılsın.
[7]
XXIII. "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 172; 1999-cu il, № 2, maddə 59) 8-ci maddəsinin 6-cı hissəsindən "vergi" orqanlarındı qeydə alınmalıdır. Onlar vergilərinin və" sözləri çıxarılsın.
[8]
XXIV. "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 176; 1998-ci il, № 11, maddə 644) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 35-ci maddənin 3-cü bəndinə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:
"Hüquqi şəxslərin bank hesabları və ya əməliyyatları barədə məlumatlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-cı maddəsində müəyyən edilmiş hallarda və qaydada alına bilər".
2. 40-cı maddənin adında "bank qanunvericiliyinin" sözləri "qanunvericiliyinin" sözləri ilə əvəz olunsun və bu maddəyə aşağıdakı redaksiyada 3-cü bənd əlavə edilsin:
"3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyaları tətbiq oluna bilər".
[9]
XXV. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 348; 1999-cu il, № 11, maddə 609) 12-ci maddəsində "prokurorluğun müstəntiqləri" sözlərindən sonra "vergi orqanlarının işçiləri" sözləri əlavə edilsin.
XXVI. "Toxumçuluq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 354) 19-cu maddəsinin 6-cı abzasından "vergi güzəştlərindən" sözləri "başqa güzəştlərdən" sözləri ilə əvəz edilsin.
XXVII. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 399) 10-cu maddəsi çıxarılsın.
XVIII. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 415) 32-ci maddəsinin ikinci və üçüncü hissələrindən "vergi tutulmadan" sözləri çıxarılsın.
XXIX. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 417) 10-cu maddəsinin birinci hissəsində "müraciətə" sözlərindən əvvəl "Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla" sözləri əlavə edilsin.
[10]
XXX. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 447; 1999-cu il, № 10, maddə 570) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 108-ci maddəyə aşağıdakı redaksiyada 4-cü bənd əlavə edilsin:
"4) yol vergisi";
4-12-ci bəndlər müvafiq olaraq 5-13-cü bəndlər hesab edilsin.
2. 110-cu maddədə "bu Məcəlləyə və "Əlavə dəyər vergisi haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri, 111-ci maddədə "bu Məcəlləyə və "Aksizlər haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə" sözləri ilə əvəz edilsin.
3. Məcəlləyə aşağıdakı redaksiyada 111-1-ci maddə əlavə edilsin:
"Maddə 111-1. Yol vergisi
Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisinin tutulması həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman bu Məcəlləyə və vergi qanunvericiliyinə uyğun həyata keçirilir".
4. 118-ci maddədə "gömrük ödənişləri" sözləri "gömrük ödənişləri (yol vergisi istisna olmaqla)" sözləri ilə əvəz edilsin;
bu maddəyə aşağıdakı redaksiyada ikinci hissə əlavə edilsin:
"Yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə keçirilir".
5. 123-cü maddənin birinci və üçüncü hissələrində "artıq ödənilmiş və ya alınmış" sözləri "yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergilər istisna olmaqla, artıq ödənilmiş və ya alınmış" sözləri ilə əvəz edilsin;
bu maddəyə aşağıdakı redaksiyada dördüncü, beşinci və altıncı hissələr əlavə edilsin:
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
Əlavə dəyər vergisi məbləğlərinin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda gömrük orqanları səlahiyyətləri daxilində həmin məbləğlərin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını tələb etməlidir.
Artıq ödənilmiş yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".
XXXI. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 642) 17-ci maddəsinin dördüncü hissəsindən "və əlavə dəyər vergisindən" sözləri çıxarılsın.
[11]
XXXII. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 224) 40-cı maddəsinin ikinci hissəsində "Mədən vergisi haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "vergi qanunvericiliyinə" sözləri ilə əvəz edilsin.
XXXIII. "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 366) 5-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"Maddə 5. Qrantdan icbari ödənişlər
1. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardımla bağlı vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir.
2. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər yardımdan rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur".
XXXIV. (Qüvvədən düşüb)
[12]
XXXV. "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 489) 14-cü maddəsi çıxarılsın.
XXXVI. "Məhkəmə və hüquq mühafizə orqanları işlərinin dövlət mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 57) 19-cu maddəsinin üçüncü və dördüncü hissələrindən "vergi tutulmayan» sözləri çıxarılsın.
XXXVII. "Məhdud məsuliyyətli müəssisələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 212) 15-ci maddəsinin birinci hissəsindən "əks halda müəssisə nizamnamə fondunun ödənilməmiş hissəsinin 2 faizi həcmində vergi orqanları tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada cərimə olunur" sözləri və həmin maddənin ikinci hissəsi çıxarılsın.
XXXVIII. "Məcburi köçkünlərin və onlara qədər bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 393) 4-cü maddəsinin birinci hissəsinin səkkizinci abzası çıxarılsın, həmin maddənin birinci hissəsinin yeddinci abzasında "güzəştləri" sözü "və digər güzəştləri sözləri ilə əvəz edilsin;
14-cü maddəsinin adında "vergi güzəştləri" sözləri "dövlət rüsumu ödəməkdə güzəştlər" sözləri ilə əvəz edilsin; həmin maddənin mətnindən "gəlir vergisindən", "və vergiləri" sözləri çıxarılsın.
XXXIX. "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 398) 2-ci maddəsinin üçüncü hissəsində "tabelik qaydasında yuxarı orqan" sözləri "qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, tabelik qaydasında yuxarı orqan" sözləri ilə əvəz edilsin.
XL. "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 469) aşağıdakı dəyişikliklər edilsin:
[13]
1. 4-cü maddənin 1-ci bəndində "uçotunu onların yaşadıqları və ya fəaliyyət göstərdikləri ərazilərin vergi orqanları aparır" sözləri "vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir" sözləri ilə əvəz edilsin;
2. 6-cı maddənin yeddinci abzasından "vergitutma" sözü, 9-cu və 18-ci maddələr çıxarılsın.
XLI. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 477) 8-ci maddəsinin ikinci hissəsində "vergi güzəştlərindən" sözləri "güzəştlərdən" sözü ilə əvəz edilsin.
XLII. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 478) 98-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir".
XLIII. "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 479) 19-cu maddəsinin 4-cü bəndi, 31-ci maddəsinin 3-cü bəndindən "vergi və" sözləri, 44-cü maddəsinin 1-ci bəndindən "vergitutmadan qabaq" sözləri, 7-ci bəndindən "vergini ödəməkdən əvvəl" sözləri, 8-ci bəndindən "vergini ödədikdən sonra" sözləri çıxarılsın.
[14]
XLIV. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 405) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 2-ci maddənin 8-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"Yerli vergilər (bələdiyyə vergiləri) və ödənişlər - Azərbaycan Respublikasının Vergi Məcəlləsi və müvafiq qanunlarla müəyyən edilən, bələdiyyələrin qərarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər və bələdiyyənin ərazisində yaşayan əhalinin rəyi nəzərə alınmaqla bələdiyyənin müstəqil surətdə müəyyənləşdirdiyi ödənişlərdir".
2. 41-ci maddənin 3-cü bəndindən "Azərbaycan Respublikası vergilərinin və ayırmalarının müəyyən hissəsini" sözləri "müvafiq ayırmaları" sözləri ilə əvəz edilsin.
3. 43-cü maddənin 1-ci bəndində "Azərbaycan Respublikasının" sözlərindən sonra "Vergi Məcəlləsinə və" sözləri əlavə edilsin.
XLV. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 569) 10-cu maddəsi çıxarılsın.
XLVI. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 690) 7-ci maddəsinin 1-ci bəndinin 1.6-cı yarımbəndindən və 3-cü bəndindən "vergi və" sözləri çıxarılsın.
XLVII. "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 485) 4-cü maddəsinin adında "hüquqları" sözü "hüquqları və vəzifələri" sözləri ilə əvəz olunsun, bu maddəyə aşağıdakı redaksiyada 2-ci bənd əlavə edilsin:
"2. Kredit ittifaqları Azərbaycan Respublikasının vergi və digər qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri həyata keçirirlər".
XLVIII. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin nümunəvi Nizamnaməsi"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 1) I bölməsinin "Bələdiyyələrin iclası" bölməsinin 2-ci bəndinin beşinci abzasında "yerli vergilərin" sözləri "yerli vergilər üzrə güzəştlərin, vergi qanunvericiliyi ilə müəyyən edilən hədlərdə vergi dərəcələrinin" sözləri ilə əvəz edilsin.
XLIX. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 8) 10-cu maddəsinin birinci hissəsindən "və güzəştli vergi" sözləri çıxarılsın.
[15]
L. "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 11) 26-cı maddəsi çıxarılsın.
[16]
LI. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12) 111-ci maddəsi çıxarılsın.
LII. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 82) 55-ci maddəsi çıxarılsın.
[17]
LIII. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 125) 34-cü maddəsinin üçüncü hissəsi və 46-cı maddəsinin beşinci hissəsi çıxarılsın.
LIV. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 19) 24-cü maddəsinin III hissəsi çıxarılsın.
LV. "Muzeylər haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 396) 22-ci maddəsinin üçüncü hissəsi çıxarılsın."
LVI. "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 484) 4-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzası çıxarılsın.
LVII. Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktları qüvvədən düşmüş hesab edilsin:
"Əlavə dəyər vergisi haqqında" və "Aksizlər haqqında" Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi qaydası barəsində" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 24, maddə 478; 1992-ci il, № 24, maddə 1044);
"Bəzi məhsul növlərinin aksiz dərəcələrinin azaldılması və yeni aksizlər tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 405);
"Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (5-ci bəndi istisna olmaqla), (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 12, maddə 452);
"Dövlət vergi xidməti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 15, maddə 624);
"Bəzi neft məhsullarının aksiz dərəcələrinin dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 684;
"Bəzi malların aksiz dərəcələrinin dəyişdirilməsi və yeni məhsullara aksizlər tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (4-cü bəndi istisna olmaqla), (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 7, maddə 169);
"Dövlət yol fondu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 5-6, maddə 50);
"Əlavə dəyər vergisi haqqında" Azərbaycan Respublikası Qanununun bəzi anlayışlarının izahı haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 12, maddə 134);
"Mədən vergisi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 8, maddə 160);
"Məşğulluq fonduna ayırmaların normativləri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 24, maddə 474; 1992-ci il, № 11, maddə 390; № 24, maddə 1056; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 367; 1999-cu il, № 4, maddə 217);
"İxracat vergisi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 8, maddə 164);
"Əmlak vergisi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 13, maddə 227);
"Azərbaycan Respublikasının ərazisində istehsal edilən və qiymətləri tənzimlənən məhsulların bəzi vergilərə cəlb edilməməsi haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 487).
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 23 noyabr 2001-ci il
№ 219-IIQD
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 420)
2.
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10)
3.
16 yanvar 2004-cü il tarixli 590-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 130)
4.
10 dekabr 2004-cü il tarixli 802-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2004-cü il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 984)
5.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)
6.
18 dekabr 2007-ci il tarixli 516-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 16 mart 2008-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 143)
7.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 690)
8.
9 iyun 2009-cu il tarixli 831-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 411)
9.
30 iyun 2009-cu il tarixli 847-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 avqust 2009-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №8, maddə 613)
10.
22 oktyabr 2010-cu il tarixli 1101-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 14 Noyabr 2010-cu il, № 250, “Azərbaycan” qəzeti 21 Noyabr 2010-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 650)
11.
30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1248)
12.
9 iyul 2021-ci il tarixli 359-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2021-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 901)
13.
30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2022-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 90)
14.
5 may 2022-ci il tarixli 523-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2022-ci il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 579)
15.
22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2022-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 702)
16.
2 dekabr 2022-ci il tarixli 661-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 27 yanvar 2023-cü il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 15)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2022-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 702) ilə III-ci hissə ləğv edilmişdir.
[2]
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə X hissə ləğv edilmişdir.
[3]
17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 420) ilə Qanunun XVIII hissəsi qüvvədən düşmüş hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
XVIII. "Lizinq xidməti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 9, maddə 170) 5-ci maddəsinin 4-cü bəndinin dördüncü abzasında "lizinq müqaviləsi" sözlərindən əvvəl "qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla" sözləri əlavə edilsin, 5-ci bəndində "lizinq müəssisəsinin razılığı ilə əmlakın qalıq dəyərinə uyğun olaraq" sözləri "əmlakın" sözü ilə əvəz edilsin, həmin maddəyə aşağıdakı redaksiyada 6-cı bənd əlavə edilsin:
"6. Maliyyə lizinqi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının vergi və digər qanunvericilik aktları ilə tənzimlənir".
[4]
22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2022-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 702) ilə XIX hissə ləğv edilmişdir.
[5]
9 iyun 2009-cu il tarixli 831-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 411) ilə XX hissə ləğv edilmişdir.
[6]
18 dekabr 2007-ci il tarixli 516-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 16 mart 2008-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 143) ilə XXI hissə ləğv edilmişdir.
[7]
9 iyul 2021-ci il tarixli 359-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2021-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 901) ilə XXII hissə ləğv edilmişdir.
[8]
10 dekabr 2004-cü il tarixli 802-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2004-cü il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 984) ilə XXIII hissə ləğv edilmişdir.
[9]
16 yanvar 2004-cü il tarixli 590-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 130) ilə XXIV hissə ləğv edilmişdir.
[10]
30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1248) ilə hissə ləğv edilmişdir.
[11]
30 iyun 2009-cu il tarixli 847-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 avqust 2009-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №8, maddə 613) ilə XXXI hissə ləğv edilmişdir.
[12]
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə Qanunun XXXIV hissəsi qüvvədən düşmüş hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
XXXIV. "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 376) 44-cü maddəsinin üçüncü hissəsinin birinci cümləsi çıxarılsın.
[13]
2 dekabr 2022-ci il tarixli 661-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 27 yanvar 2023-cü il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 15) ilə XL hissə ləğv edilmişdir.
[14]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 690) ilə XLIII hissə ləğv edilmişdir.
[15]
5 may 2022-ci il tarixli 523-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2022-ci il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 579) ilə XLIX hissə ləğv edilmişdir.
[16]
22 oktyabr 2010-cu il tarixli 1101-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 14 Noyabr 2010-cu il, № 250, “Azərbaycan” qəzeti 21 Noyabr 2010-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 650) ilə L hissə ləğv edilmişdir.
[17]
30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2022-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 90) ilə LII hissə ləğv edilmişdir.