![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
18.09.2014 |
Qeydiyyat nömrəsi |
Q/04-14 |
Adı |
“Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
27.09.2014 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
440.050.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201409180414 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
26.09.2014 |
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 9.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 16-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası QƏRARA ALIR:[1]
1. “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi təminat idarəsinin rəisi (H.Hüseynov) bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
Kollegiyanın sədri, Nazir Elmar Məmmədyarov |
|
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının 2014-cü il 18 sentyabr tarixli Q/04-14 nömrəli Qərarı ilə təsdiq edilmişdir |
Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı:
Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu elektron xidmət Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.[2]
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 24-37-ci maddələri;
1.3.2. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 14-cü maddələri;[3]
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;[4]
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 1.1-ci bəndi;
1.3.5. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – Nazirlik).
1.5. Elektron xidmətin digər icraçıları:
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.[5]
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Qismən.
1.7. Elektron xidmətin icra müddəti:
Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 (on beş) gün, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə ən geci 3 iş günü, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci 2 (iki) iş günü ərzində baxılır.[6]
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə giriş və tranzit növlü vizaların rəsmiləşdirilməsinə dair vəsatətlərə müvafiq qaydada baxılaraq cavablandırılması, baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:
İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş:
Ödənişli.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.4-cü və 16.1.5-ci maddələrinə müvafiq olaraq, tranzit vizaları və birdəfəlik giriş vizaları üçün – 20 ABŞ dolları, çoxdəfəlik giriş vizaları üçün – 350 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir.[7]
Ödəmə üsulları – bank, poçt, plastik kart, internet, elektron ödəmə sistemləri.
2.2.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 17.8-ci maddəsinə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun məbləği həmin Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan dövlət rüsumu səviyyəsində müəyyən olunmuş məbləğdə tətbiq edilir.[8]
2.2.2-1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 17.6-1-ci maddəsinə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.[9]
2.2.3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən viza rəsmiləşdirilməsi üçün dövlət rüsumu alınmır:
- dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;
- dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;
- müdafiə xətti ilə səfər edənlərdən.
2.2.4. Dövlət rüsumunun ödəniləcəyi bank hesabının rekvizitləri Əlavə 1-də göstərilən cədvələ uyğun müəyyən edilir.
2.2.5. Dövlət rüsumu diplomatik nümayəndəlik və konsulluğun olduğu ölkənin valyutası ilə tutulur. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
2.3. Elektron xidmətin istifadəçiləri:
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: [10]
http://eapplication.mfa.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
http://www.mfa.gov.az/files/file/e-viza%202013.pdf,
http://www.mfa.gov.az/?options=content&id=750&language=az,
http://www.mfa.gov.az/?options=content&id=275&language=az,
-e-poçt: mkon2@mfa.gov.az,
-telefon: +994 (50) 431 53 94
+994 (12) 596 93 83
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların surətləri elektron formada təqdim olunur:
2.6.1. ərizə-anket (Əlavə 2);
2.6.2. pasport və ya digər sərhədkeçmə sənədinin əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır);
2.6.3. biometrik identifikasiya tələblərinə uyğun rəngli fotoşəkil (3x4sm);
2.6.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
2.6.5. əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);[11]
2.6.5-1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; [12]
2.6.5-2. dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur); [13]
2.6.6. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd (bu Reqlamentin 2.2.3-cü yarımbəndində qeyd olunan şəxslərə şamil olunmur).
2.6.7. Səfərin məqsədindən və vizanın növündən asılı olaraq:
2.6.7.1. Rəsmi səfər məqsədilə verilən giriş vizaları üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti; [14]
2.6.7.2. Elm və ya təhsil məqsədilə verilən giriş vizaları üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda);
2.6.7.3. Müalicə məqsədilə verilən giriş vizaları üçün müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış;
2.6.7.4. Şəxsi səfər məqsədi ilə verilən giriş vizaları üçün dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd;
2.6.7.5. Turizm məqsədilə verilən giriş vizaları üçün turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd;
2.6.7.6. Tranzit vizaları üçün təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə) və ya bu səfəri təsdiq edən digər məlumatlar;
2.6.8. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
Qeydlər:
Vizaların rəsmiləşdirilməsi zamanı bu Reqlamentin 2.6.2-ci və 2.6.8-ci yarımbəndlərində göstərilən sənədlərin əsli bilavasitə təqdim edilir.
Viza rəsmiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması:
Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanında real vaxt rejimində doldurulur və bu Reqlamentin 2.6-cı bəndində göstərilənlər ərizəyə əlavə edilərək həmin elektron ünvana təqdim edilir;
3.1.2. sorğunun qəbulu:
Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya ondan imtina edilməsi:
3.2.1. İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçt ünvanına dərhal məlumat göndərilir.
3.2.2. Təkrar vəsatətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
3.2.3. sorğunun qəbulu:
İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu Reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat və məsul şəxs haqqında məlumat:
Elektron qaydada daxil olmuş viza verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən yoxlanıldıqdan sonra dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (bundan sonra – İAMAS) vasitəsilə gücləndirilmiş elektron imza ilə təsdiq edilərək baxılması üçün Nazirliyin Konsulluq idarəsinə göndərilir. Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı tərəfindən sorğudakı məlumatların düzgünlüyü və tamlığı yoxlanılır və İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır. Bundan sonra, sorğu razılaşdırılma məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilir.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəyi alındıqdan sonra, qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir.[15]
Sorğunun icrası üzrə Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı, diplomatik nümayəndəliyin və konsulluğun konsulluq məsələləri üzrə məsul əməkdaşı məsuliyyət daşıyırlar.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu və yerinə yetirilmə müddəti:
Sorğu diplomatik nümayəndəliyin və konsulluğun sisteminə daxil olur.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, çatışmazlıqların aradan qaldırılması barədə istifadəçiyə dərhal məlumat verilir. Aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Sorğunun baxılmasının nəticəsi barədə istifadəçiyə məlumat verilir.
Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, pasporta yapışdırılması, verilməsi və qeydə alınması təmin edilir.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu Reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16.1-ci maddəsində qeyd olunan hallar müəyyən edildiyi təqdirdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına giriş vizasının rəsmiləşdirilməsindən imtina edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən dövlət qurumu orqanı:[16]
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.[17]
3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Araşdırmaların nəticəsindən asılı olaraq, viza verilməsi məqsədəuyğun hesab edildikdə istifadəçiyə elektron poçt vasitəsilə vizanın rəsmiləşdiriləcəyi yer və tarix barədə məlumat verilir.
Viza verilməsindən imtina olunduğu hallarda imtinanın səbəbləri barədə istifadəçiyə elektron poçt vasitəsilə dərhal məlumat verilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə Nazirliyin Konsulluq idarəsinin, diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri nəzarət edirlər.
3.4.1. nəzarət forması:
Kargüzarlıq.
3.4.2. nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.[18]
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə inzibati qaydada və Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyinə əsasən məhkəməyə şikayət verə bilər.
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu Reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. şikayətin baxılma müddəti:
Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada baxılır.
Əlavə 1
|
Əlavə 2
Qeyd: Blankı doldurarkən çap hərflərindən istifadə edin. Note: Use block letters to fill in the application form.
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 14 yanvar 2015-ci il tarixli Q/01-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501140115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2015-ci il)
2. 21 yanvar 2015-ci il tarixli Q/02-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501210215, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 yanvar 2015-ci il)
3. 20 oktyabr 2015-ci il tarixli Q/09-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510200915, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 oktyabr 2015-ci il)
4. 10 iyun 2016-cı il tarixli Q/04-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606100416, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyun 2016-cı il)
5. 02 avqust 2016-cı il tarixli Q/05-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608020516, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 avqust 2016-cı il)
6. 16 noyabr 2016-cı il tarixli Q/10-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201611161016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 noyabr 2016-cı il)
7. 04 dekabr 2017-ci il tarixli Q/04-17 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712040417, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)
8. 14 fevral 2018-ci il tarixli Q/01-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201802140118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 fevral 2018-ci il)
9. 23 oktyabr 2018-ci il tarixli Q/03-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810230318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2018-ci il)
10. 29 may 2019-cu il tarixli Q/06-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905290619, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2019-cu il)
11. 9 oktyabr 2019-cu il tarixli Q/10-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201910091019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 oktyabr 2019-cu il)
12. 28 yanvar 2020-ci il tarixli Q/03-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202001280320, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2020-ci il)
13. 19 oktyabr 2020-ci il tarixli Q/07-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190720, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 oktyabr 2020-ci il)
14. 19 oktyabr 2020-ci il tarixli Q/06-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190620, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 oktyabr 2020-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 04 dekabr 2017-ci il tarixli Q/04-17 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712040417, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il) ilə preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.
[2] 16 noyabr 2016-cı il tarixli Q/10-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201611161016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 noyabr 2016-cı il) ilə 1.2-ci bənddən “turistlərə verilən” sözləri çıxarılmışdır.
[3] 21 yanvar 2015-ci il tarixli Q/02-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501210215, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 yanvar 2015-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.2-ci yarımbəndi ləğv edilmişdir.
[4] 04 dekabr 2017-ci il tarixli Q/04-17 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712040417, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.
[5] 14 fevral 2018-ci il tarixli Q/01-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201802140118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 fevral 2018-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.5-ci bəndində “Yoxdur” sözü “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilmişdir.
[6] 19 oktyabr 2020-ci il tarixli Q/06-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190620, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 oktyabr 2020-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.7-ci bəndində “keçənədək” sözü “, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə ən geci 3 iş günü” sözləri ilə əvəz edilmişdir.
[7] 14 yanvar 2015-ci il tarixli Q/01-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501140115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2015-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2.1-ci yarımbəndin birinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6.1-ci, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9.1-ci və 16.1.9.2-ci maddələrinə müvafiq olaraq, birdəfəlik giriş vizası üçün – 50 ABŞ dolları, çoxdəfəlik giriş vizası üçün – 350 ABŞ dolları, turistlərin (yalnız turist vauçeri və ya turist göndərişini təqdim edənlərə şamil olunur) və şəxsi kontraktla təhsil alan tələbələrin vizaları üçün – 20 ABŞ dolları, adi tranzit viza üçün – 20 ABŞ dolları, ikidəfəli tranzit viza üçün – 40 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir.
02 avqust 2016-cı il tarixli Q/05-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608020516, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 avqust 2016-cı il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2.1-ci yarımbəndin birinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9.1-ci və 16.1.9.2-ci maddələrinə müvafiq olaraq, birdəfəlik giriş vizaları üçün – 50 ABŞ dolları, çoxdəfəlik giriş vizaları üçün – 350 ABŞ dolları, turizm vizaları və şəxsi kontraktla təhsil alan tələbələrin vizaları üçün – 20 ABŞ dolları, birdəfəlik tranzit vizası üçün – 20 ABŞ dolları, ikidəfəlik tranzit vizası üçün – 40 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir.
19 oktyabr 2020-ci il tarixli Q/07-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190720, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 oktyabr 2020-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2.1-ci yarımbəndinin birinci abzasında “16.1.6-cı və 16.1.7-ci” sözləri “16.1.4-cü və 16.1.5-ci” sözləri ilə əvəz edilmişdir.
[8] 02 avqust 2016-cı il tarixli Q/05-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608020516, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 avqust 2016-cı il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2.2-ci yarımbənd ləğv edilmişdir.
[9] 9 oktyabr 2019-cu il tarixli Q/10-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201910091019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 oktyabr 2019-cu il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə yeni məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilmişdir.
[10] 14 fevral 2018-ci il tarixli Q/01-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201802140118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 fevral 2018-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.4-cü bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
[11] 23 oktyabr 2018-ci il tarixli Q/03-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810230318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2018-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.6.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.6.5. əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
28 yanvar 2020-ci il tarixli Q/03-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202001280320, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2020-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.6.5-ci yarımbəndində “və turizm” sözləri “, turizm, rəsmi və şəxsi səfər” sözləri ilə əvəz edilmişdir.
[12] 23 oktyabr 2018-ci il tarixli Q/03-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810230318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2018-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”inə yeni məzmunda 2.6.5-1-ci və 2.6.5-2-ci yarımbəndlər əlavə edilmişdir.
[13] 28 yanvar 2020-ci il tarixli Q/03-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202001280320, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2020-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.6.5-2-ci yarımbəndindən “, rəsmi” sözü çıxarılmışdır.
[14] 28 yanvar 2020-ci il tarixli Q/03-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202001280320, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2020-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.6.7.1-ci yarımbəndindən “və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti” sözləri çıxarılmışdır.
[15] 16 noyabr 2016-cı il tarixli Q/10-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201611161016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 noyabr 2016-cı il) ilə 3.3.1-ci yarımbəndin ikinci abzasının üçüncü cümləsində “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri, üçüncü abzasında “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözlərindən sonra “və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilmişdir.
[16] 04 dekabr 2017-ci il tarixli Q/04-17 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712040417, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilmişdir.
[17] 10 iyun 2016-cı il tarixli Q/04-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606100416, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyun 2016-cı il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 3.3.1-ci yarımbəndində hər iki halda və 3.3.3-cü yarımbəndində ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.
16 noyabr 2016-cı il tarixli Q/10-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201611161016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 noyabr 2016-cı il) ilə 3.3.3-cü yarımbənddə “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözlərindən sonra “və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilmişdir.
[18] 20 oktyabr 2015-ci il tarixli Q/09-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510200915, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 oktyabr 2015-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 3.4.2-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilmişdir.
[19] 29 may 2019-cu il tarixli Q/06-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905290619, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2019-cu il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əlavə 2-də - “Viza almaq üçün ərizə-anket”in 26-cı bəndi ləğv edilmişdir.
[20] 23 oktyabr 2018-ci il tarixli Q/03-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810230318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2018-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əlavə 2-də - “Viza almaq üçün ərizə-anket”in “Xidməti Qeydlər/For Official Use Only” hissəsinin mətnində beşinci abzas yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
□ əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
28 yanvar 2020-ci il tarixli Q/03-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202001280320, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2020-ci il) ilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əlavə 2-də - “Viza almaq üçün ərizə-anket”in “Xidməti Qeydlər/For Official Use Only” hissəsinin mətnin beşinci abzasında “və turizm” sözləri “, turizm, rəsmi və şəxsi səfər” sözləri ilə əvəz edilmişdir.
[21] 23 oktyabr 2018-ci il tarixli Q/03-18 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810230318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2018-ci il) ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əlavə 2-də - “Viza almaq üçün ərizə-anket”in “Xidməti Qeydlər/For Official Use Only” hissəsinin mətnində altıncı-on üçüncü abzaslar müvafiq olaraq səkkizinci-on beşinci abzaslar hesab edilmişdir və yeni məzmunda altıncı və yeddinci abzaslar əlavə edilmişdir.
[22] 28 yanvar 2020-ci il tarixli Q/03-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202001280320, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2020-ci il) ilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əlavə 2-də - “Viza almaq üçün ərizə-anket”in “Xidməti Qeydlər/For Official Use Only” hissəsinin mətnin yeddinci abzasından “, rəsmi” sözü çıxarılmışdır.
[23] 28 yanvar 2020-ci il tarixli Q/03-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202001280320, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2020-ci il) ilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əlavə 2-də - “Viza almaq üçün ərizə-anket”in “Xidməti Qeydlər/For Official Use Only” hissəsinin mətnin səkkizinci abzasından “və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti” sözləri çıxarılmışdır.