![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
23.09.2014 |
Qeydiyyat nömrəsi |
8 |
Adı |
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
09.10.2014 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201409230008 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
08.10.2014 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2004-cü il tarixli 44 nömrəli Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 5 mart 2009-cu il tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi [1]
QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 12 fevral 2013-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (Əlavə olunur).
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydalara dəyişiklikləri 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının, QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, habelə tabeliyində olan qurumların bu Qərarla tanış olmalarını təmin etsin.
5. Bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nda dəyişikliklər 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
Sədr R.Aslanlı
|
|
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nda dəyişikliklər
1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
2. Broker və diler tərəfindən təqdim olunan hesabatlar
2.1. Broker öz fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya rüblük və illik hesabatlar təqdim edir.
2.2. Broker tərəfindən QKDK-ya təqdim edilən rüblük hesabatın tərkibi mövcud qanunvericiliklə tələb olunan məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
2.2.1. müştəri hesablarına dair hesabat (Əlavə № 1);
2.2.2. kapital adekvatlığına dair hesabat (Əlavə № 2);
2.2.3. kredit riskinə dair hesabat (Əlavə № 3);
2.2.4. bazar riskinə dair hesabat (Əlavə № 4);
2.2.5. əməliyyat riskinə dair hesabat (Əlavə № 5);
2.2.6. konsentrasiya riskinə dair hesabat (Əlavə № 6);
2.2.7. rüblük maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat);
2.2.8. peşəkar fəaliyyətin həyata keçirilməsi haqqında hesabat (Əlavə № 7);
2.2.9. təşkilati struktur və mühüm iştirak payçıları haqqında məlumat:
2.2.9.1. təşkilati strukturun sxemi;
2.2.9.2. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər;
2.2.9.3. mühüm iştirak payına sahib (10% və daha artıq) şəxslər fiziki şəxs olduqda adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda adı və təşkilati hüquqi forması, habelə malik olduqları pay barədə məlumat.
2.3. Diler öz fəaliyyətləri ilə əlaqədar olaraq QKDK-ya aylıq, rüblük və illik hesabatlar təqdim edir.
2.4. Diler tərəfindən QKDK-ya təqdim edilən aylıq hesabatın tərkibi mövcud aşağıdakılardan ibarətdir:
2.4.1. müştəri hesablarına dair hesabat (Əlavə № 1);
2.4.2. kapital adekvatlığına dair hesabat (Əlavə № 2);
2.4.3. kredit riskinə dair hesabat (Əlavə № 3);
2.4.4. bazar riskinə dair hesabat (Əlavə № 4);
2.4.5. əməliyyat riskinə dair hesabat (Əlavə № 5);
2.4.6. konsentrasiya riskinə dair hesabat (Əlavə № 6);
2.4.7. hesablaşma və kontragent riskinə dair hesabat.
2.5. Diler tərəfindən QKDK-ya təqdim edilən rüblük hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.5.1. maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat);
2.5.2. peşəkar fəaliyyətin həyata keçirilməsi haqqında hesabat (Əlavə № 7);
2.5.3. təşkilati struktur və mühüm iştirak payçıları haqqında məlumat:
2.5.3.1. təşkilati strukturun sxemi;
2.5.3.2. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər;
2.5.3.3. mühüm iştirak payına sahib (10% və daha artıq) şəxslər fiziki şəxs olduqda adı, soyadı və atasının adı, hüquqi şəxs olduqda adı və təşkilati hüquqi forması, habelə malik olduqları pay barədə məlumat.
2.6. Broker və diler tərəfindən QKDK-ya təqdim edilən illik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.6.1. kənar auditdən keçmiş mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər;
2.6.2. kənar auditorun rəyi;
2.7. Broker və Diler tərəfindən QKDK-ya təqdim edilən dövri hesabatlarla yanaşı, aşağıda qeyd edilən dəyişikliklərlə bağlı hesabatları baş verdiyi tarixdən 10 iş günü ərzində QKDK-ya təqdim edilməlidir:
2.7.1. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər barədə məlumat;
2.7.2. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında məlumat.”;
2. 3.2.2-ci yarımbənddə “Əlavə № 2” sözləri “Əlavə № 7” sözləri ilə əvəz edilsin;
3. 3.3-cü bənddə “bu Qaydaların 2.3-cü bəndi ilə müəyyən edilir.” sözləri “mövcud qanunvericiliklə tələb olunan məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.3.1-ci, 3.3.2-ci və 3.3.3-cü yarımbəndlər əlavə edilsin:
“3.3.1. kənar auditdən keçmiş mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər;
3.3.2. kənar auditorun rəyi;
3.3.3. idarəetmə hesabatı.
4. 3.4-cü bənddə “Depozitar və reyestrsaxlayıcı tərəfindən təqdim olunan idarəetmə hesabatı” sözləri “Bu Qaydaların 3.3.3-cü bəndi ilə müəyyən edilmiş hesabat” sözləri ilə əvəz edilsin;
5. 3.4.5-ci və 3.4.6-cı yarımbəndlər ləğv edilsin və aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:
“3.5. Depozitar və reyestrsaxlayıcı tərəfindən QKDK-ya təqdim edilən dövri hesabatlarla yanaşı, aşağıda qeyd edilən dəyişikliklərlə bağlı məlumatları baş verdiyi tarixdən 10 iş günü ərzində QKDK-ya təqdim edilməlidir:
3.5.1. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər barədə;
3.5.2. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında.”
6. 4.2.2-ci yarımbənd ləğv edilsin;
7. 4.2.3-cü yarımbənddə “Əlavə №2” sözləri “Əlavə №7” sözləri ilə əvəz edilsin;
8. 4.4-cü bənddə “2.3-cü” sözləri “3.3-cü” sözləri ilə əvəz edilsin;
9. Aşağıdakı məzmunda 4.6-cı bənd əlavə edilsin:
“4.6. Klirinq təşkilatı tərəfindən QKDK-ya təqdim edilən dövri hesabatlarla yanaşı, aşağıda qeyd edilən dəyişikliklərlə bağlı məlumatları baş verdiyi tarixdən 10 iş günü ərzində QKDK-ya təqdim edilməlidir:
4.6.1. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər barədə;
4.6.2. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında.”;
10. 5.2.2-ci yarımbənd ləğv edilsin;
11. 5.2.3-cü yarımbənddə “Əlavə №2” sözləri “Əlavə №7” sözləri ilə əvəz edilsin;
12. 5.3-cü bənddə “2.3-cü” sözləri “3.3-cü” sözləri ilə əvəz edilsin;
13. 5.4.6-cı və 5.4.7-ci yarımbəndlər ləğv edilsin və aşağıdakı məzmunda 5.5-ci bənd əlavə edilsin:
“5.5. Fond birjası tərəfindən QKDK-ya təqdim edilən dövri hesabatlarla yanaşı, aşağıda qeyd edilən dəyişikliklərlə bağlı məlumatları baş verdiyi tarixdən 10 iş günü ərzində QKDK-ya təqdim edilməlidir:
5.5.1. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş texniki təminat vəsaitləri, elektron proqramlar və sistemlər, habelə onlarda edilmiş dəyişikliklər barədə;
5.5.2. peşəkar fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar, habelə onlara edilmiş dəyişikliklər haqqında.”;
14. 6.2-ci bənddə “10 (on) iş günündən” sözləri “20 (iyirmi) gündən” sözləri ilə əvəz edilsin;
15. 6.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Aylıq hesabatlar hər təqvim ayının nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 15 (on beş) gündən gec olmayan müddətdə QKDK-ya təqdim ediməlidir.”;
16. 6.3-cü bənddə “15” rəqəmi “20 (iyirmi)” sözləri ilə əvəz edilsin;
17. 7-ci bölmə aşağıdakı redaksiyada verilsin:
“7. Hesabatların tərtib edilməsi qaydaları
7.1. “Müştəri hesablarına dair hesabat” (Əlavə № 1) broker və diler tərəfindən aşağıdakı qaydada tərtib edilir:
7.1.1. “Müştəri hesablarının sayı” sətrində - “Qiymətli kağız hesablarının sayı” ilə “Digər maliyyə alətləri hesablarının sayı”nın cəmi qeyd edilir.
7.1.2. “Müştəri hesablarında olan aktivlər” sətrində - “Qiymətli kağızlar və maliyyə alətləri” ilə “Pul vəsaitləri”n cəmi qeyd edilir.
7.1.3. “Qiymətli kağızlar və maliyyə alətləri” - sətrində “Kotirovka olunan səhmlər”, “Digər qiymətli kağızlar” və “Törəmə qiymətli kağızları”nın cəmi qeyd edilir.
7.1.4. “Pul vəsaitləri” sətrində - “Kassa”da olan və “Digər vəsaitlər”in cəmi qeyd edilir.
7.1.5. “Kassa” sətrində - kassada saxlanılan pul vəsaitləri qeyd edilir.
7.1.6. “Digər vəsaitlər” sətrində - yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları və pul vəsaitlərinin ekvivalentlərinin cəmi qeyd olunur.
7.1.7. “İdarəedilən müştəri aktivləri” sətrində - “Qiymətli kağızlar və maliyyə alətləri” ilə “Pul vəsaitləri” qeyd edilir.
7.2. “Kapital adekvatlığına dair hesabat” (Əlavə № 2) broker və diler tərəfindən aşağıdakı qaydada tərtib edilir:
7.2.1. “Məcmu kapital” sətrində - “Birinci və ikinci dərəcəli kapitalın cəmi” ilə “Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar”ın fərqi qeyd edilir.
7.2.2. “Birinci dərəcəli kapital” sətrində - “ödənilmiş adi səhmlər”, “qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər”, “səhmlərin emissiyasından əldə edilmiş digər vəsaitlər”, “nizamnamə kapitalı (MMC-lər üçün ödənilmiş pay)”, “Kapital ehtiyatları” və “Bölüşdürülməmiş mənfəət (zərər)”in cəmi qeyd edilir. Mərkəzi Bank ?
7.2.3. “Ödənilmiş adi səhmlər” sətrində - peşəkar iştirakçının nizamnamə kapitalını formalaşdıran ödənilmiş adi səhmlərin nominal dəyəri qeyd edilir.
7.2.4. “Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər” sətrində - peşəkar iştirakçının nizamnamə kapitalını formalaşdıran qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlərin nominal dəyəri qeyd edilir.
7.2.5. “Səhmlərin emissiyasından əldə edilmiş digər vəsaitlər” sətrində - kumulyativ imtiyazlı səhmlər istisna olmaqla, adi və imtiyazlı səhmlərin emissiyasından əldə edilən əlavə məbləğ qeyd edilir.
7.2.6. “Nizamnamə kapitalı (MMC-lər üçün ödənilmiş pay)” sətrində - məhdud məsuliyyətli cəmiyyət olan peşəkar iştirakçının nizamnamə kapitalını formalaşdıran ödənilmiş digər kapitalın nominal dəyərini daxil edilir.
7.2.7. “Kapital ehtiyatları” sətrində - peşəkar iştirakçının səhmdarlarının və ya payçılarının məqsədli ödənişləri hesabına yaradılmış ehtiyatlarda (fondlarda) mövcud olan vəsaitlərin məbləği qeyd edilir.
7.2.8. “Bölüşdürülməmiş mənfəət (zərər)” sətrində - mühasibat balansında göstərilən və audit olunmuş illik maliyyə hesabatlarına əsaslanan əvvəlki illərin bölüşdürülməmiş mənfəəti və ya zərəri qeyd edilir. Mənfəət müsbət, zərər isə mənfi işarə ilə qeyd olunur.
7.2.9. “Birinci dərəcəli kapitaldan tutulmalar” sətrində - “Geri alınmış səhmlər (paylar)” , “Qeyri-maddi aktivlər” və “Cari ilin zərəri”nin cəmi qeyd edilir.
7.2.10. “Geri alınmış səhmlər” sətrində - səhmdar cəmiyyət olan peşəkar iştirakçılar tərəfindən geri alınmış, lakin ləğv olunmamış “adi səhmlər” ilə “imtiyazlı səhmlər”in nominal dəyərinin cəmi, məhdud məsuliyyətli cəmiyyət üçün geri alınmış paylar qeyd edilir.
7.2.11. “Qeyri-maddi aktivlər” sətrində - fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan (xüsusi razılıqlar, lisenziyalar, patentlər, ticarət nişanı, imtiyazlar və s.) dövriyyədənkənar aktivlərin (qeyri-maddi akivlərin) ümumi dəyəri qeyd edilir.
7.2.12. “Cari ilin zərəri” sətrində - rüblük mənfəət və zərər haqqında hesabata əsaslanan zərərin məbləği müsbət işarə ilə qeyd edilir.
7.2.13. “İkinci dərəcəli kapital” sətrində - “Yenidən qiymətləndirmədən irəli gələn”, “Xüsusi ehtiyatlar”, “Cari ilin mənfəəti” və “Subordinasiya borcları”nın cəmi qeyd edilir.
7.2.14. “Yenidən qiymətləndirmədən irəli gələn” sətrində - əvəzetmə dəyəri metodu ilə qiymətləndirilən daşınmaz əmlakın və avadanlıqların yenidən tikili və təbii sərvətlər kimi uzunmüddətli qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsi zamanı ortaya çıxan fərq qeyd edilir.
7.2.15. “Xüsusi ehtiyatlar” sətrində - “uzunmüddətli qeyri-maliyyə aktivlərdən irəli gələn” və “uzunmüddətli maliyyə aktivlərindən irəli gələn”, vəsaitlərin cəmi qeyd edilir.
7.2.16. “Uzunmüddətli qeyri-maliyyə aktivlərdən irəli gələn” sətrində - torpaq, edilmiş investisiyaların qiymətləndirilməsi ədalətli dəyər prinsipi ilə aparıldıqda onların dəyərindəki artım nəticəsində mühasibat balansında baş vermiş dəyişikliklərin ümumi məbləği qeyd edilir.
7.2.17. “Uzunmüddətli maliyyə alətlərindən irəli gələn” sətrində - maliyyə alətlərinə (səhmlər, paylar və uzunmüddətli korporativ istiqrazlar) edilmiş investisiyaların qiymətləndirilməsi bazar dəyər prinsipi ilə aparıldıqda onların dəyərindəki artım nəticəsində mühasibat balansında baş vermiş dəyişikliklərin ümumi məbləği qeyd edilir.
7.2.18. “Cari ilin mənfəəti” - sətrində dövrü mənfəət və zərər haqqında hesabata əsaslanan mənfəətin məbləği qeyd edilir.
7.2.19. “Subordinasiya borcları” - sətrində emissiya şərtlərinə görə ödəniş vaxtı çatdıqda ödənilən, girov ilə təmin edilməyən, sahibinin tələbi ilə geri alınmayan, son ödəniş müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəniş (faiz və ya əsas borc) baş tutmadığı təqdirdə təşkilatı müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, təşkilat ləğv edilərkən onların ödənilməsi kreditorların tələbi tam ödənildikdən sonra icra olunan öhdəliklərin məbləği qeyd edilir.
7.2.20. “Birinci və ikinci dərəcəli kapitalın cəmi” sətrində - “Birinci dərəcəli kapital” ilə “İkinci dərəcəli kapital”ın cəmindən “Birinci dərəcəli kapitaldan tutulmalar”ın fərqi qeyd edilir.
7.2.21. “Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar” sətrində - “digər peşəkar iştirakçıların kapitalına xalis investisiyalar”, “peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına investisiyalar” və “digər hüquqi şəxslərin (peşəkar iştirakçılar, maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxslər istisna olmaqla) kapitalına investisiyalar”ın cəmi qeyd edilir.
7.2.22. “Digər peşəkar iştirakçıların kapitalına xalis investisiyalar” sətrində - hesabatı təqdim edən peşəkar iştirakçı (hesabatçı) tərəfindən digər peşəkar iştirakçıların nizamnamə kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir.
7.2.23. “Peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar” sətrində - hesabatı təqdim edən peşəkar iştirakçı (hesabatçı) tərəfindən peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir.
7.2.24. “Digər hüquqi şəxslərin kapitalına (peşəkar iştirakçılar, maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxslər istisna olmaqla)” sətrində - hesabatı təqdim edən peşəkar iştirakçı (hesabatçı) tərəfindən peşəkar iştirakçılar, peşəkar iştirakçı olmayan digər maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxsləri istisna olmaqla bütün digər hüquqi şəxslərin kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir.
7.2.25. “Cəmi kapital tələbi” sətrində - “Kredit riski”, “Bazar riski”, “Əməliyyat riski”, “Hesablaşma və kontragent riski” və “Konsentrasiya riski” üzrə hesablanmış kapital tələbinin cəmi qeyd edilir.
7.2.26. “Məcmu kapital – Cəmi kapital tələbi” sətrində - “Məcmu kapital” ilə “Cəmi kapital tələbi”nin fərqi qeyd edilir.
7.2.27. “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)” sətrində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 30 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın notlarının nominal dəyəri qeyd edilir.
7.2.28. “Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)” sətrində - 30 gün ərzində ödəniləcək bütün öhdəliklərin nominal dəyəri qeyd edilir.
7.2.29. “I kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)”in “Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)” olan nisbəti qeyd edilir.
7.2.30. “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)” sətrində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 180 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın notlarının nominal dəyəri qeyd edilir.
7.2.31. “Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)” sətrində - 180 gün ərzində ödəniləcək bütün öhdəliklərin nominal dəyəri qeyd edilir.
7.2.32. “II kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)”in “Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)” olan nisbəti qeyd edilir.
7.3. “Peşəkar fəaliyyətinin həyata keçirilməsi haqqında hesabat” (Əlavə № 7) peşəkar iştirakçı (broker, diler, depozitar və reyestrsaxlayıcı, klirinq təşkilatı və fond birjası) tərəfindən aşağıdakı qaydada tərtib edilir:
7.3.1. Peşəkar bazar iştirakçısının ştatında olan ixtisas şəhadətnaməsinə malik hər bir əməkdaşla bağlı aşağıdakı məlumatlar daxil edilir (bütün peşəkar iştirakçılar tərəfindən tərtib olunur):
7.3.1.1. adı, soyadı, atasının adı;
7.3.1.2. həyata keçirilən peşəkar fəaliyyətin növü;
7.3.1.3. ixtisas şəhadətnaməsinin nömrəsi;
7.3.1.4. əməkdaşın peşəkar fəaliyyətin həyata keçirilməsi üzrə iş stajı.
7.3.2. Dövr sonuna müştərilərinin sayı və strukturu ilə bağlı aşağıdakı məlumatlar (yalnız brokerlər tərəfindən tərtib olunur) daxil edilir:
7.3.2.1. Fiziki şəxs olan müştərilərinin sayı rezident və qeyri-rezident müştərilərin sayının cəmini qeyd edir.
7.3.2.2. Hüquqi şəxs olan müştərilərinin sayı yerli bank, yerli digər hüquqi şəxs, xarici bank, xarici digər hüquqi şəxs olaraq daxil edilir.
7.3.2.3. Yerli bank əsas fəaliyyəti yeri Azərbaycan Respublikasında olan banklar olaraq daxil edilir.
7.3.2.4. Yerli digər hüquqi şəxs əsas fəaliyyət yeri Azərbaycan Respublikasında olan digər hüquqi şəxslər olaraq daxil edilir.
7.3.2.5. Xarici bank əsas fəaliyyət yeri Azərbaycan Respublikasından kənarda olan banklar olaraq daxil edilir.
7.3.2.6. Xarici digər hüquqi şəxs əsas fəaliyyətini Azərbaycan Respublikasından kənarda göstərən digər hüquqi şəxslər olaraq daxil edilir.”;
18. Əlavə №1 ləğv edilsin;
19. Əlavə №2 Əlavə №7 hesab edilsin və Bu Əlavədə nəzərdə tutulan hesabatın 3-cü hissəsi ləğv edilsin;
20. Aşağıdakı məzmunda Əlavə №1, Əlavə №2, Əlavə №3, Əlavə №4, Əlavə №5 və Əlavə №6 əlavə olunsun:
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 03 fevral 2016-cı il tarixli 17-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il)
[1] 03 fevral 2016-cı il tarixli 17-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il) ilə ləğv edilmişdir.