×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.09.2014
QEYDİYYAT NÖMRƏSİ
1050-IVQD
ADI
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 05-11-2014, Nəşr nömrəsi: 241), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2014, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1332)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.11.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.320.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201409301050
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.11.2014
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683; 2002, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 5, maddə 321, № 8, maddə 598; 2005, № 4, maddə 278, № 6, maddə 464; 2006, № 3, maddə 225; 2007, № 11, maddələr 1049, 1053; 2010, № 4, maddə 276; 2012, № 5, maddə 414) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-1.1.2-ci maddədə “hər il maliyyə hesabatını müvafiq icra hakimiyyəti orqanına” sözləri “bu Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə hesabatını və 21.4-1-ci maddəsində nəzərdə tutulmuş məlumatları və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına” sözləri ilə əvəz edilsin.

2. 17-1.6-cı maddədə “Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra “və bu Qanuna” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 18-1-ci maddə əlavə edilsin:

“Maddə 18-1. Üzvlük haqqı

Üzvlük haqqı siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul formasında mütəmadi ödənilən vəsaitdir. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.”.

4. Aşağıdakı məzmunda 19.7-ci maddə əlavə edilsin:

“19.7. Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi on min manatdan artıq ola bilməz.”.

5. 21-ci maddə üzrə:

5.1. 21.1-ci maddədə “partiyalar” sözündən sonra “bu Qanunla müəyyən edilmiş tələbləri nəzərə almaqla” sözləri əlavə edilsin;

5.2. 21.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.”;

5.3. aşağıdakı məzmunda 21.4-1-ci və 21.6-cı maddələr əlavə edilsin:

“21.4-1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiyalar maliyyə fəaliyyətlərinə dair əlavə məlumatları və sənədləri təqdim edirlər.”;

“21.6. Siyasi partiyaların illik maliyyə hesabatları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il

            № 1050-IVQD

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 dekabr 2022-ci il tarixli 693-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti 12 yanvar 2023-cü il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 25)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 dekabr 2022-ci il tarixli 693-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti 12 yanvar 2023-cü il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 25) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status