Dövlət rüsumu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Fəsil I
Ümumi müddəalar
Maddə 1. Dövlət rüsumu anlayışı
1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.
[1]
1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.
[2]
1.3. Bu Qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz.
[3]
Maddə 2. Dövlət rüsumunun tutulduğu hallar
2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:
2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi;
[4]
2.0.2. notariuslar və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması;
[5]
2.0.3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;
2.0.3-1. sənədə apostil verilməsi;
[6]
2.0.4. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma;
[7]
2.0.5. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;
2.0.6. standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlə digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi;
[8]
2.0.6-1. aktuari şəhadətnaməsinin verilməsi;
[9]
2.0.7. lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi;
[10]
2.0.8. hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı;
[11]
2.0.8-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi;
[12]
2.0.8-2. aksiz markasının və məcburi nişanlamanın verilməsi;
[13]
2.0.9. qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirilmə qaydasında qeydə alınması halları istsina olmaqla) və dövlət reyestrinə daxil edilməsi;
2.0.9-1. ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi;
[14]
2.0.10. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;
2.0.10-1. Avtovağzala (avtostansiyaya) pasportun verilməsi;
[15]
2.0.10-2. daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı;
[16]
2.0.11. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə ipotekanın dövlət qeydiyyatı;
[17]
2.0.12. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası.
[18]
2.0.13. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;
2.0.13-1. qida təhlükəsizliyi sertifikatının verilməsi;
[19]
2.0.13-2. heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması;
2.0.13-3. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması;
2.0.14. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi;
[20]
2.0.15. Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;
2.0.16. Mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin, habelə uçuşlara icazələrin verilməsi;
2.0.17. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi;
[21]
2.0.18. xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;
[22]
2.0.18-1. təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi;
[23]
2.0.18-2. tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi;
[24]
2.0.19. dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı, gigiyenik sertifikatının verilməsi.
[25]
2.0.20 malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi;
[26]
2.0.21. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi;
[27]
2.0.22. satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması;
[28]
2.0.23. könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılması;
[29]
2.0.24. özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi.
[30]
Maddə 3. Dövlət rüsumunun ödəyiciləri
3.1. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.
3.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.
[31]
3.3. İnvestisiya layihələrini “Tik – idarə et – təhvil ver” modelinə uyğun həyata keçirən investorlar “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.
[32]
Maddə 4. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları
[33]
4.1. Bu Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə köçürülür.
[34]
4.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 43 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.
[35]
4.1-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.
[36]
4.1-3. Bu Qanunun 33-5-ci maddəsinə uyğun olaraq mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.
[37]
4.1-4. Bu Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına, 7 faizi dövlət büdcəsinə, qalan hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürülür.
[38]
4.1-5. Bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesablarına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.
[39]
4.1-6. Bu Qanunun 4.1-ci və 4.1-1 – 4.1-5-ci maddələrində nəzərdə tutulan vəsaitlərdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
[40]
4.2. Notariat hərəkətlərinin aparılmasına, beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə, habelə sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun 15 faizi dövlət rüsumu tutan orqanların xüsusi hesabına, 85 faizi isə dövlət büdcəsinə keçirilir.
[41]
4.3. Dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.
[42]
4.4. Bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir.
Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur.
[43]
4.5. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
4.6. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.
4.7. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hesabat təqdim etməlidirlər.
4.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.
Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:
5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;
5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.
5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.
5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır.
[44]
5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.
5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 6. Dövlət rüsumu tutan subyektlərin məsuliyyəti
[45]
6.1. Dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar.
[46]
6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.
[47]
Maddə 7. Dövlət rüsumunun ödənilməsinə nəzarət
7.1. Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
7.2. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
[48]
Fəsil II
Dövlət rüsumunun dərəcələrİ və ödənİlməsİnİn xüsusİyyətlərİ
[49]
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri
[50]
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
[51]
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:
9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar;
9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar;
[52]
9.1.4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar;
9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar;
9.1.6. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə - sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;
9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları;
9.1.8. itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər;
[53]
9.1.9. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə – iddiaçılar;
[54]
9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə – polis orqanları;
9.1.11. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;
9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər;
[55]
9.1.13. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər;
[56]
9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr;
[57]
9.1.15. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə - dövlət orqanları;
9.1.16. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar;
9.1.17. iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər;
[58]
9.1.18. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə - tərəflər;
9.1.19. yeni açılmış hallara görə qanuni qüvvəye minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə - tərəflər;
9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
[59]
9.1.21. Hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə – tələbkar;
9.1.22. İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə – tələbkar.
[60]
9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
[61]
9.2. Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları takrarən verildikdə dövlət rüsumu alınır.
9.3. Məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır.
9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Maddə 10. Notariuslar və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariatfəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri
[62]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği
|
10.1. Daşınmaz əmlakın (torpaq sahələri , binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:
[63]
|
|
10.1.1 . müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə
|
25 manat
[64]
|
10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə
[65]
|
280 manat
|
10.1.3. yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün
|
35 manat
|
10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:
|
|
10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə
|
35 manat
|
10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə
|
70 manat
|
10.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:
|
|
10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə
|
15 manat
|
10.3.2. müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə
|
20 manat
|
10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə:
|
|
10.4.1. dəyəri 2000 manatadək
|
6 manat
|
10.4.2. dəyəri 2000 manatdan 5000 manatadək
|
25 manat
|
10.4.3. dəyəri 5000 manatdan çox olduqda
|
40 manat
|
10.5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
|
|
10.5.1. Bakı şəhərində
|
150 manat
|
10.5.2. digər şəhər və rayonlarda
|
50 manat
|
10.6. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
|
|
10.6.1. Bakı şəhərində
|
60 manat
|
10.6.2. digər şəhər və rayonlarda
|
25 manat
|
10.7. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:
|
|
10.7.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə
|
15 manat
|
10.7.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə
|
15 manat
|
10.7.3. tərəflər digər şəxslərdirsə
|
100 manat
|
10.8. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün:
|
|
10.8.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə
|
15 manat
|
10.8.2. tərəflər digər şəxslərdirsə
|
30 manat
|
10.9. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:
|
|
10.9.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq)
|
25 manat
|
10.9.2. vərəsə digər şəxsdirsə
|
50 manat
|
10.10. Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün
|
15 manat
|
10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:
|
|
10.11.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilərsə
[66]
|
15 manat
|
10.11.2. etibarnamə digər şəxslərə verilərsə
|
30 manat
|
10.12. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:
|
|
10.12.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilirsə
|
10 manat
|
10.12.2. etibarnamə digər şəxslərə verilirsə
|
15 manat
|
10.13. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün
|
30 manat
|
10.14. Dəniz protestlərinin tərtibi üçün
|
30 manat
|
10.15. Vəsiyyətnamələrin təsdiqi üçün
|
15 manat
|
10.16. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün
|
6 manat
|
10.17. Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün
|
3 manat
|
10.18. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün
|
1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat
[67]
|
10.19. İcra qeydlərinin aparılması üçün
|
25 manat
[68]
|
10.20. Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi (hazırlanmış hər səhifəyə görə) və bu Qanunun 10.1-10.19-cu maddələrində göstərilənlərdən başqa digər notariat hərəkətləri üçün
[69]
|
10 manat
|
10.21. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün
|
7,5 manat
|
10.22. Bu Qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılmasına görə (1 saat üçün)
|
10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat)
|
10.23. Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün
|
7,5 manat
|
10.24. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə
|
150 manat
|
10.25. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə
|
75 manat
[70]
|
Maddə 11. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
11.1. Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:
11.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
11.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov və ya ipoteka müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;
[71]
11.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - işləyib-işləməməsindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər;
[72]
11.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;
11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;
11.1.6. notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə;
[73]
11.1.7. digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə;
11.1.8. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələr üzrə.
[74]
11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
[75]
Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.
[76]
11.3. Bu Qanunun 10.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.
[77]
Maddə 12. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği
|
12.1. Nikahın qeydə alınması üçün
|
10 manat
[78]
|
12.2. Nikahın pozulmasının qeydə alınması üçün:
|
|
12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında;
|
20 manat
[79]
|
12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən);
|
20 manat
[80]
|
12.2.3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, |
2 manat
[82]
|
12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün.
|
15 manat
[83]
|
12.4 Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün.
[84]
|
3 manat
[85]
|
12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün.
|
3 manat
[86]
|
|
|
|
|
Maddə 13. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar
Doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi
[89]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği
|
1
|
2
|
Müvafiq sənədə apostil verilməsi
|
10 manat
|
Maddə 14. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və ya vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumunun dərəcələri
[90]
|
Maddə 15. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsiverilərkən, habelə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar
[116]
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
[117]
Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri
[118]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği
|
16.1. Pasportların və vizaların verilməsinə görə:
|
|
16.1.1. ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə
|
25 ABŞ dolları
|
16.1.2. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə
|
10 ABŞ dolları
|
16.1.3. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə
|
4 manat
|
16.1.4. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə
|
20 ABŞ dolları
|
16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə
|
350 ABŞ dolları
|
16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə:
|
|
16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə
|
60 ABŞ dolları
|
16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə
|
60 ABŞ dolları
|
16.3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına görə:
|
|
16.3.1. nikahın qeydə alınmasına görə
|
10 ABŞ dolları
|
16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə
|
40 ABŞ dolları
|
16.3.3. Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının qeydə alınmasına görə
|
5 ABŞ dolları
|
16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə
|
20 ABŞ dolları
|
16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə
|
10 ABŞ dolları
|
16.3.6. vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə
|
10 ABŞ dolları
|
16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə
|
10 ABŞ dolları
|
16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:
|
|
16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):
|
|
16.4.1.1. Azərbaycan Respublikasında
|
4 manat
|
16.4.1.2. ölkə xaricində
|
10 ABŞ dolları
|
16.5. Sənədlərin leqallaşdırılmasına görə:
|
|
16.5.1. Azərbaycan Respublikasında
|
4 manat
|
16.5.2. xarici ölkədə
|
10 ABŞ dolları
|
16.6. Notariat hərəkətlərinin aparılmasına görə:
|
|
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə
|
20 ABŞ dolları
|
16.6.2. poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə
|
20 ABŞ dolları
|
16.6.3. müqavilələrin təsdiqinə görə:
|
|
16.6.3.1. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə
|
50 ABŞ dolları
|
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə
|
150 ABŞ dolları
|
16.6.3.3. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə
|
30 ABŞ dolları
|
16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə
|
10 ABŞ dolları
|
16.6.5. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün):
|
|
xarici dillərdən
|
10 ABŞ dolları
|
xarici dillərə
|
20 ABŞ dolları
|
16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün)
|
20 ABŞ dolları
|
16.6.7. miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə
|
40 ABŞ dolları
|
16.6.8. vəsiyyətnamələrin təsdiqinə görə
|
50 ABŞ dolları
|
16.6.9. vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə
|
30 ABŞ dolları
|
16.6.10. vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə
|
100 ABŞ dolları
|
16.6.11. sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə
|
20 ABŞ dolları
|
16.6.12. öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün)
|
20 ABŞ dolları
|
16.6.13. pul məbləğlərinin və sənədli qiymətli kağızların depozitə qəbul edilməsinə görə (hər ay üçün)
[119]
|
20 ABŞ dolları
|
16.6.14. icra qeydlərinin aparılmasına görə
|
10 ABŞ dolları
|
16.6.15. ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə
|
10 ABŞ dolları
|
16.6.16. şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə
|
10 ABŞ dolları
|
16.6.17. dəniz protestlərinin tərtib edilməsinə görə
|
10 ABŞ dolları
|
16.6.18. sübutların təmin edilməsinə görə
|
10 ABŞ dolları
|
16.7. Digər konsul əməliyyatlarına görə
|
10 ABŞ dolları
|
Maddə 17. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
17.1. Aşağıdakı hallarda bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumu alınmır:
17.1.1. xidməti və diplomatik pasportların verilməsinə və ya dəyişdirilməsinə görə;
[120]
17.1.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında mülki, ailə və cinayət işlərində hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı-ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə;
17.1.3. Dövlət nümayəndə heyətinin tərkibində xarici ölkələrə ezam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə;
17.1.4. Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsinə görə;
17.1.5. Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə.
17.2. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən alınmır:
17.2.1. Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;
17.2.2. Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;
17.2.3. Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;
17.2.4. Müdafiə xətti ilə səfər edənlərdən.
17.3. Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsinə və ya onun etibar müddətinin artırılmasına görə dövlət rüsumu tutulur.
[121]
17.4. Bu Qanunun 16.6-cı maddəsində göstərilən dövlət rüsumundan əlavə vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.
17.5. Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.
17.6. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə köçürülür.
[122]
17.6-1. xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.
[123]
17.7. Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.
[124]
17.8. xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.
[125]
Maddə 18. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri
[126]
18.1. İxtira, faydalı model və sənaye nümunəsinə iddia sənədinin verilməsi üçün (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla):
18.1.1. bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün – 10 manat.
18.1.2. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün - 7 manat.
18.1.3. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün - 7 manat.
18.1.4. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün – 5 manat.
18.1.5. iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün - 1 manat.
18.2. İddia sənədi üzrə ilkinliyin xahiş edilməsi üçün (bir ədəd ilkinlik üçün) – 7 manat.
18.3. İddia sənədinin verildiyi tarixdən 1 ay keçdikdən sonra iddia sənədi materiallarında düzəliş və əlavələrin aparılması üçün – 6 manat.
18.4. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün (12 aydan artıq olmamaq şərti ilə, hər bir ay üçün) – 5 manat.
18.3-1. İddiaçının vəsatəti əsasında “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün - 20 manat;
[127]
18.5. İddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərci üçün – 20 manat.
18.6. İddia sənədi barəsində məlumatın dərci üçün – 6 manat.
18.7. İxtira, faydalı model və sənaye nümunəsi barəsində məlumat axtarışı aparılması üçün vəsatət verilməsinə görə – 7 manat.
18.8. Vəsatət əsasında ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin mahiyyətcə ekspertizasının aparılması:
18.8.1. bir ədəd ixtira üçün – 50 manat;
18.8.2. bir ədəd faydalı model üçün – 40 manat;
18.8.3. bir ədəd sənaye nümunəsi üçün - 40 manat;
18.8.4. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün - 25 manat;
18.8.5. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün - 10 manat;
18.8.6. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün - 10 manat.
18.9. İxtira barəsində iddia sənədinin faydalı model barəsində iddia sənədinə çevrilməsi üçün - 5 manat.
18.10. Faydalı model barəsində iddia sənədinin ixtira barəsində iddia sənədinə çevrilməsi üçün - 7 manat.
[128]
18.11. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:
[129]
18.11.1. ixtira üçün – 20 manat;
18.11.2. faydalı model üçün – 15 manat;
18.11.3. sənaye nümunəsi üçün – 15 manat;
18.11.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün – 1 manat.
18.11-1. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün – 10 manat.
18.11-2. Verilmiş patentlərə dəyişiklik edilməsi üçün – 7 manat.
18.11-3. İxtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün:
18.11-3.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün – 15 manat;
18.11-3.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün – 25 manat;
18.11-3.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər iddia sənədi üçün) – 10 manat;
18.11-3.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) – 10 manat.
18.11-4. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:
18.11-4.1. əmtəə nişanı üçün – 45 manat;
18.11-4.2. coğrafi göstərici üçün – 30 manat;
18.11-4.3. kollektiv nişan üçün – 60 manat.
18.11-5. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün – 25 manat.
18.11-6. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün – 10 manat.
18.11-7. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:
18.11-7.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün – 35 manat;
18.11-7.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat;
18.11-7.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün – 60 manat;
18.11-7.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat.
18.11-8. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün – 10 manat.”.
18.11-9. Apellyasiya şurasına etirazla müraciət edilməsi:
18.11-9.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı – 10 manat;
18.11-9.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı – 6 manat;
18.11-9.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.
[130]
18.12. Ötürülmüş müddətlərin bərpası:
18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün - 30 manat;
[131]
18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün - 40 manat.
18.13. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:
[132]
18.13.1. ixtira üçün - 10 manat;
18.13.2. faydalı model üçün - 7 manat;
18.13.3. sənaye nümunəsi üçün - 7 manat;
18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün - 1 manat.
18.14. Dərc olunduqdan sonra iddia sənədinin materialları ilə tanış olmaq üçün – 10 manat.
18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün – 7 manat.
[133]
18.16. Verilmiş patentdə dəyişikliklər edilməsi üçün - 7 manat.
18.17. İxtira, faydalı model, sənaye nümunəsiilə bağlı hüquqların verilməsi barəsində müqavilələrin qeydiyyata alınması üçün:
[134]
18.17.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün - 10 manat;
18.17.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün - 25 manat;
18.17.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər patent üçün) - 10 manat;
18.17.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) - 10 manat.
18.18. İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün:
18.18.1. bir iddia sənədi üçün - 10 manat;
18.18.2. bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün) – 10 manat.
18.18-1. Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün - 50 manat;
[135]
18.19. Lisenziya müqavilələrinin qeydiyyata alınması:
18.19.1. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün - 25 manat;
18.19.2. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün) – 20 manat.
18.20. İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklərin edilməsi üçün - 10 manat.
18.21. İlkin istifadəçinin hüquqlarının tanınması məqsədi ilə onun iddiasına baxılması üçün – 25 manat.
18.22. İxtira patentinin qüvvədə saxlanması üçün:
18.22.1. 3-cü ildən 10-cu ilə kimi - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla;
[136]
18.22.2. 11-ci ildən 20-ci ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla.
[137]
18.22.3. 21-ci ildən 25-ci ilə kimi - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla.
[138]
18.23. Faydalı model patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla.
[139]
18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün:
18.24.1. 3-cü ildən 10-cu ilə kimi - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla;
[140]
18.24.2. 11-ci ildən 15-ci ilə kimi - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla.
[141]
18.25. Patentin qüvvədə olma ilində illik rüsumun ödənilməsi ilə bağlı ötürülən müddətin 12 aya qədər verilməsinə görə, hər ay üçün - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 3 manat, digər şəxslər üçün 15 manat.
[142]
18.26. Əmtəə nişanının və ya coğrafi göstəricinin qeydə alınması barəsində verilən iddia sənədi üçün (əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq olmayan sinifləri üçün):
18.26.1. iddia sənədinin ilkin ekspertizası üçün - 10 manat;
18.26.2. iddia sənədinin ekspertizası üçün - 50 manat.
18.27. Əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq hər sinfi üçün - 25 manat.
18.28. İddiaçının vəsatəti əsasında “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 12-ci hissəsinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün - 20 manat.
18.29. Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün - 15 manat.
18.30. Əmtəə nişanına və coğrafi göstəriciyə dair verilmiş iddia sənədi materiallarında düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi üçün - 15 manat.
18.31. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün - 25 manat.
18.32. Əmtəə nişanına və coğrafi göstəriciyə dair iddia sənədinin verilən tarixdən bir ay ərzində ekspertizasının aparılması üçün - 45 manat.
18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün – 30 manat.
18.34. Apellyasiya şurasına etirazın verilməsi:
[143]
18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı - 30 manat;
18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 30 manat;
18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 80 manat;
18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 50 manat;
18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı - 100 manat;
18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı – 70 manat.
18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün - 200 manat.
18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün - 160 manat.
18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün - 80 manat.
[144]
18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:
[145]
18.35.1. əmtəə nişanı üçün – 45 manat;
18.35.2. coğrafi göstərici üçün - 30 manat;
18.35.3. kollektiv nişan üçün - 60 manat.
18.35-1. Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə almması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün - 30 manat.
[146]
18.36. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün - 25 manat.
18.37. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün - 10 manat.
18.38. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün - 10 manat.
[147]
18.39. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:
18.39.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün - 35 manat;
18.39.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat;
18.39.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün - 60 manat;
18.39.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat.
18.39-1. Qeydiyyata alınmış əmtəə nişanma dair müstəsna hüquqlarm müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün - 60 manat.
[148]
18.40. Lisenziya müqavilələrinin qeydə alınması:
18.40.1. bir ədəd əmtəə nişanı üçün - 80 manat;
18.40.2. bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün – 50 manat.
18.41. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün - 11 manat.
[149]
18.42. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün:
18.42.1. əmtəə nişanı üçün - 95 manat;
18.42.2. coğrafi göstərici üçün - 45 manat;
18.42.3. kollektiv nişan üçün - 145 manat.
18.43. Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün:
18.43.1. əmtəə nişanı üçün - 5 manat;
18.43.2. coğrafi göstərici üçün - 5 manat;
18.43.3. kollektiv nişan üçün - 5 manat.
18.44. Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün - 20 manat.
18.45. Patent müvəkkillərinin qeydiyyata alınması üçün - 5 manat.
18.46. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün - 10 manat.
18.47. Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün - 5 manat.
18.48. Attestasiya komissiyasının qərarına görə Apellyasiya şurasına etiraz vermək üçün - 35 manat.
[150]
18.49. İxtiraya görə patent alınması üçün Avrasiya Patent İdarəsinə iddia sənədinin verilməsinə görə (formal əlamətlər üzrə ekspertizanın tələblərinə uyğunluğun yoxlanılması) - 10 manat.
18.50. Azərbaycan Respublikasına aid Avrasiya patentlərinin qüvvədə saxlanması üçün:
18.50.1. 3-cü ildən 10-cu ilə kimi - 10 manat, hər artan il üçün 3 manat artırılmaqla;
18.50.2. 11-ci ildən 20-ci ilə kimi – 40 manat, hər artan il üçün 5 manat artırılmaqla.
18.50.3. 21-ci ildən 25-ci ilə kimi - 100 manat, hər artan il üçün 10 manat artırılmaqla.
[151]
18.51. Patent Kooperasiyası haqqında müqaviləyə və Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa müqaviləsinin Cenevrə Aktına müvafiq olaraq iddia sənədinin alınması və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün – 10 manat.
[152]
18.52. İddiaçının xahişi ilə bir ədəd milli iddia sənədinin və ya onun barəsində məlumatların (Patent Kooperasiyası haqqında müqavilənin təlimatının 17.1(v) qaydası, ilkin sənəd) təsdiqlənmiş surətinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün - 10 manat.
18.53. Nişanların beynəlxalq qeydiyyatı barədə sazişə uyğun olaraq (Madrid sazişi) əmtəə nişanının beynəlxalq qeydiyyatı üçün iddia sənədlərinin verilməsinə görə - 10 manat.
18.54. Əmtəə nişanının beynəlxalq qeydiyyatının qüvvədə olma müddətinin uzadılması üçün - 10 manat.
[153]
18.55. Odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsinə görə:
18.55.1. ilkin qeydiyyata görə - 20 manat;
18.55.2. təkrar qeydiyyata görə - 10 manat.
18.55-1. Ovçuluq biletinin verilməsinə görə - 25 manat.
18.55-2. Balıqovlama biletinin verilməsinə görə - 25 manat.
[154]
18.56. Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə:
18.56.1. ilkin qeydiyyata görə - 20 manat;
18.56.2. təkrar qeydiyyata görə - 10 manat.
18.57. Ov icazələrinin verilməsi üçün - 5 manat.
[155]
18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
[156]
18.58.1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
18.58.1.1. 3 ayadək - 700 manat;
18.58.1.2. 6 ayadək - 900 manat;
18.58.1.3. 1 ilədək - 1400 manat;
18.58.1.4. 1 il 6 ayadək - 1600 manat;
[157]
18.58.1.5. 2 ilədək – 1800 manat.
18.58.2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
18.58.2.1. 3 ayadək - 500 manat;
18.58.2.2. 6 ayadək - 700 manat;
18.58.2.3. 1 ilədək - 1200 manat;
18.58.2.4. 1 il 6 ayadək - 1400 manat;
18.58.2.5. 2 ilədək – 1600 manat.
18.58.3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
18.58.3.1. 3 ayadək - 350 manat;
18.58.3.2. 6 ayadək - 600 manat;
18.58.3.3. 1 ilədək - 1000 manat;
18.58.3.4. 1 il 6 ayadək - 1200 manat;
18.58.3.5. 2 ilədək – 1400 manat.
18.58-1. Bu Qanunun 18.58.1-ci, 18.58.2-ci və 18.58.3-cü maddələrində nəzərdə tutulan müddətlər 2023-cü il yanvarın 1-dən 5 (beş) il müddətinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə beş iş günü azaldılmaqla tətbiq edilir.
[158]
18.59. Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə - 20 manat.
18.60. Seleksiya nailiyyətləri sahəsində:
18.60.1. seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün - 20 manat;
18.60.2. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətinin sifariş sənədlərində əlavələr, dəqiqləşmələr və düzəlişlər üçün - 10 manat;
18.60.3. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətlərinin adının dəyişdirilməsi üçün - 50 manat;
18.60.4. seleksiya nailiyyətinə güzəştlə patent hüququnun başqasına verilməsi üçün - 50 manat;
18.60.5. sortun yeniliyinə görə ekspertizası üçün – 20 manat;
18.60.6. seleksiya nailiyyətlərinin yeniliyinə görə iddia edildikdə - 20 manat;
18.60.7. seleksiya nailiyyətlərinin fərqliliyinin, oxşarlığının və sabitliyinin sınaqdan keçirilməsinə görə - 120 manat;
[159]
18.60.8. patentin verilməsi və seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilməsinə görə - 70 manat;
18.60.9. müəlliflik şəhadətnaməsi verilməsi üçün - 70 manat;
18.60.10. patentin sürətinin verilməsinə görə - 50 manat;
18.60.11. patentin saxta olmasına aid ərizə daxil olduqda - 25 manat;
18.60.12. seleksiya nailiyyətinə açıq lisenziyanın verilməsinə görə - 25 manat;
18.60.13. seleksiya nailiyyətinə açıq lisenziyanın fəaliyyətinin dayandırılması haqda sifariş edildikdə - 25 manat;
18.60.14. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə təqdim edilən ərizə üçün - 25 manat;
18.60.15. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə görə - 25 manat;
18.60.16. seleksiya nailiyyətinə məcburi lisenziyanın fəaliyyət müddətinin uzadılmasına görə - 50 manat.
18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları üzrə:
18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru, kartof, pomidor, badımcan, bibər, kələm üçün və s. üçün - 20 manat, hər artan il üçün 10 manat artırılmaqla;
18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün - 15 manat, hər artan il üçün 10 manat artırılmaqla;
18.61.3. digər bitkilər üçün - 20 manat, hər artan il üçün 10 manat artırılmaqla.
18.62. Adlar verilən şərabçılıq məhsullarına görə:
18.62.1. ekspertiza üçün - 50 manat;
18.62.2. dövlət reyestrində qeydiyyata alınma üçün - 10 manat;
18.62.3. attestasiya üçün - 10 manat.
[160]
18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində:
[161]
18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün - 30 manat;
[162]
18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün - 30 manat.
[163]
18.63. İnteqral sxem topologiyası sahəsində:
18.63.1. topologiyanın qeydiyyatı - 30 manat;
[164]
18.63.2. topologiyaya əmlak hüquqlarının vərəsəlik üzrə keçməsinin qeydiyyatı üçün - 30 manat;
18.63.3. topologiyaya əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatı üçün - 30 manat.
[165]
18.64. Məlumat topluları sahəsində:
18.64.1. müəlliflik hüququ və ya xüsusi qorunma hüquqi ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün - 40 manat;
[166]
18.64.2. müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün - 40 manat.
[167]
18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:
18.65.1. Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə:
[168]
18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 30 manat;
[169]
18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 15 manat;
[170]
18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:
18.65.2.1. avtonəqliyyat vasitələri üçün - 30 manat;
[171]
18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 15 manat;
[172]
18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:
[173]
18.65.3.1. minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün -20 manat;
[174]
18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 manat;
18.65.3-1. Yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə:
[175]
Minik avtomobilinin mühərrikinin həcmi
|
Dövlət rüsumunun məbləği
|
18.65.3-1.1. 2000 kubsantimetrədək olduqda
|
mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat
|
18.65.3-1.2. 3000 kubsantimetrədək olduqda
|
100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat
|
18.65.3-1.3. 4000 kubsantimetrədək olduqda
|
200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat
|
18.65.3-1.4. 5000 kubsantimetrədək olduqda
|
400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat
|
18.65.3-1.5. 5000 kubsantimetrdən çox olduqda
|
1500 manat
|
18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:
18.65.4.1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün - 40 manat;
[176]
18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat.
[177]
18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün -10 manat
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi:
18.65.5.1. avto-moto nəqliyyat vasitələri üçün - 30 manat;
[178]
18.65.5.1-1. beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün – 12 manat;
[179]
18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 10 manat.
[180]
18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:
[181]
18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
[182]
Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası
|
Dövlət rüsumunun məbləği
|
|
|
seriyası müxtəlif hərflərdən ibarət olduqda
|
seriyası eyni hərflərdən ibarət olduqda
|
001, 002, 003, 004, 005, 006, 007, 008, 009
|
2000
|
3000
|
100, 200, 300, 400, 500, 600, 700, 800, 900
|
1500
|
2000
|
111, 222, 333, 444, 555, 666, 777, 888, 999
|
1000
|
1500
|
18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 30 manat.
[183]
18.65.6.3. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat.
[184]
18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi:
18.65.7.1. avto-moto nəqliyyat vasitələri üçün - 30 manat;
[185]
18.65.7.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 10 manat.
[186]
18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi - 15 manat;
[187]
18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması - 15 manat;
[188]
18.65.10. Avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün - 15 manat.
[189]
18.66. baytarlıq şəhadətnaməsinin, sertifikatının, arayışının, pasportunun və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün:
[190]
18.66.1. baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) – 10 manat;
18.66.2. baytarlıq sertifikatının verilməsi (bir sənəd) – 25 manat;
18.66.3. baytarlıq arayışının verilməsi (bir sənəd) – 5 manat;
[191]
18.66.4. baytarlıq pasportunun verilməsi (bir sənəd) – 20 manat;
18.66.5. baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) – 120 manat.
18.66-1. Qida təhlükəsizliyi sahəsində:
[192]
18.66-1.1. ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;
18.66-1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;
18.66-1.3. qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat.
18.66-2. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması (1 müayinə üçün):
18.66-2.1. qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) – 5 manat;
18.66-2.2. qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) – 4 manat;
18.66-2.3. diri quş və quş əti (1 baş və ya 1 cəmdək) – 0,02 manat;
18.66-2.4. hazır ət məhsulları (hər biri 1 partiya) – 5 manat;
18.66-2.5. içalat, dil, baş, dırnaq (1 partiya) – 3 manat;
18.66-2.6. balıq (diri, dondurulmuş və ya hisə verilmiş) – 1 partiya – 3,50 manat;
18.66-2.7. yumurta (topdansatış – 1 partiya (1000 ədəddən artıq) – 2,50 manat;
18.66-2.8. yumurta (pərakəndə satış – 1 partiya (1000 ədədə qədər) – 1,30 manat;
18.66-2.9. süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) – 2,60 manat;
18.66-2.10. arı balı (1 partiya) – 4,50 manat.
18.67. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi üçün:
18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) - 100 manat;
18.67.2. İdxal karantin icazəsinin verilməsi (bir icazə) - 10 manat;
18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün:
18.67.3.1. Bir poçt göndərişinə (dəst) - 2 manat
[193]
18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) - 10 manat
[194]
18.67-1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
[195]
18.67-1.2. reyestrdən çıxarışın verilməsi - 150 manat;
18.67-1.3. reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;
18.67-1.4. reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat.
18.68. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi - 100 manat.
[196]
18.69. Akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə - 50 manat.
[197]
18.70. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi - 50 manat.
18.71. Dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspert rəyinin verilməsi – 50 manat.
18.72. Yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə dağ-mədən ayırması statusunun verilməsi – 50 manat.
18.73. Geoloji öyrənilmə məqsədilə ayrılan yerin təki sahələrinə geoloji ayırma statusunun verilməsi – 50 manat.
18.74. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsi – 100 manat.
18.75. İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi – 2000 manat.
18.76. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi – 50 manat.
18.77. İnvestisiya təşviqi sənədinin verilməsi – 70 manat.
18.78. Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi – 20 manat.
[198]
Maddə 19. Əmtəə nişanının qeydə alınması ilə bağlı hüquqi hərəkətlər, habelə İcazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsiüçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
[199]
19.1. Bu Qanunun 18.54-cü maddəsində göstərilən dövlət rüsumunun məbləği göndərilən materialların göndərilmə xərclərini, habelə beynəlxalq sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmir.
[200]
19.2. Patent kooperasiyası haqqında müqayiləyə (PCT) uyğun ixtira, faydalı model barəsində iddia sənədinin milli fazaya daxil olması və digər hüquqi hərəkətlər üçün ödənilən rüsumun məbləği ixtira, faydalı model barəsində iddia sənədinin verilməsi və digər hüquqi hərəkətlər üçün müəyyən edilən məbləğə bərabər tutulur.
[201]
19.3. Bu qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.
[202]
19.4. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, dövlət rüsumu ödənilmir.
[203]
19.5. Bu Qanunun 18.65.3-1-ci maddəsi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə minik avtomobillərinin istehsal tarixindən asılı olaraq aşağıdakı əmsallar tətbiq edilir:
[204]
19.5.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;
19.5.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;
19.5.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.
19.6. Bu Qanunun 18.66-1.3-cü maddəsində göstərilən hərəkətlərə görə qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) dövlət rüsumu tutulmur.
[205]
Maddə 19-1. Aktuari şəhadətnaməsinin verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi
[206]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği
|
1
|
2
|
Aktuari şəhadətnaməsinin verilməsinə görə
|
65 manat
[207]
|
Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı va yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri
[208]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği
|
20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün.
|
300 manat
[209]
|
20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün.
|
5 manat
[210]
|
20.3. Digər hüquqi şəxslərin qeydiyyatı üçün.
|
15 manat
[211]
|
20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün.
|
bu Qanunun 20.1 - 20.3-cü maddələrdə göstərilən məbləğin 50 faizi
[212]
|
20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün.
|
3 manat
[213]
|
20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə)
|
2 manat
[214]
|
Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar
[215]
20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.
20-1.3. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.
[216]
Maddə 20-2. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi [217]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği
|
1
|
2
|
Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə
|
500 manat
|
Maddə 20-3. Aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
[218]
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği
|
20-3.1. Aksiz markasının verilməsinə görə
|
0,07
|
20-3.2. Məcburi nişanlamanın verilməsinə görə:
|
|
20-3.2.1. aksizli mallara məcburi nişanlamanın verilməsinə görə
|
0,07
|
20-3.2.2. məcburi nişanlanmalı olan digər mallara məcburi nişanlanmanın verilməsinə görə
|
0,03
|
Maddə 20-4. Aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
[219]
20-4.1. Həm aksiz markası, həm də məcburi nişanlama tətbiq edilməli olan mallara yalnız bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumu tutulur.
20-4.2. Tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyy