AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.09.2014
QEYDİYYAT NÖMRƏSİ
1033-IVQD
ADI
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-11-2014, Nəşr nömrəsi: 245), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2014, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1153)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.11.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201409301033
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.11.2014
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968) aşağıdakı dəyişikliklər edilsin:

1. 28-ci maddədə “orqanlarının və idarələrinin elə bir fəaliyyətidir ki, bu fəaliyyət” sözləri “orqanları və idarələri tərəfindən bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir və” sözləri ilə əvəz edilsin.

2. 34-cü maddə üzrə:

2.1. adında “xidməti vəzifəli şəxslərinin” sözləri “xidmətinin” sözü ilə əvəz edilsin.

2.2. 1-ci hissədə “baş dövlət sanitariya həkimi, Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, hava və su nəqliyyatı baş dövlət sanitariya həkimləri və onların müavinləri aşağıdakı hüquqlara malikdirlər” sözləri “dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlara malikdir” sözləri ilə əvəz edilsin.

2.3. 1-ci hissənin 1-ci bəndində “xidmət vəsiqəsini göstərməklə” sözləri “xidməti vəsiqəsini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən həmçinin yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə” sözləri ilə əvəz edilsin və 10-cu bəndindən “bilavasitə nəzarət obyektlərində zəruri laboratoriya tədqiqatları və alətlər vasitəsilə” sözləri çıxarılsın.

2.4. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bu maddənin 1, 2, 4-12 və 14-cü bəndlərində nəzərdə tutulmuş hüquqları Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi, Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, hava və su nəqliyyatı baş dövlət sanitariya həkimləri və onların müavinləri həyata keçirirlər.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il

             № 1033-IVQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status