AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.10.2014
QEYDİYYAT NÖMRƏSİ
1077-IVQD
ADI
“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 19-11-2014, Nəşr nömrəsi: 252), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2014, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1355)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.11.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201410171077
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.11.2014
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 316; 2005-ci il, № 4, maddə 272; 2008-ci il, № 6, maddə 460) aşağıdakı dəyişikliklər edilsin:

1. 21.9-cu maddədən “, hüquqi və fiziki şəxslər” sözləri çıxarılsın;

2. aşağıdakı məzmunda 21-1-ci maddə əlavə edilsin:

 

“Maddə 21-1. Fərdi ovçuluq təsərrüfatları

 

21-1.1. Hüquqi və fiziki şəxslər mülkiyyətlərində və ya icarələrində olan torpaqlarda fərdi ovçuluq təsərrüfatlarını təşkil edə bilərlər.

21-1.2. Fərdi ovçuluq təsərrüfatını təşkil edən şəxs ovçuluq turizmi ilə məşğul olanlar üçün müvafiq infrastrukturun yaradılmasını, dövlət ov fondunun səmərəli istifadəsini, habelə ov obyektlərinin qış mövsümündə yemlənməsini, qışlama yerlərini, nəsilartırma və çoxalma şəraitini təmin etməlidir.

21-1.3. Fərdi ovçuluq təsərrüfatlarında ərazinin bir hissəsi vəhşi heyvanların yetişdirilməsi və mühafizəsi məqsədləri üçün ayrılır. Həmin ərazilərdə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

21-1.4. Ovçularla və ya onların maraqlarını təmsil edən şəxslərlə bağlanılmış müqavilələr əsasında fərdi ovçuluq təsərrüfatlarında ovçular üçün ov təşkil edilə bilər. Fərdi ovçuluq təsərrüfatları tərəfindən ovçuların və onları müşayiət edən şəxslərin yerləşdirilməsi, qidalanması, daşınması və ovun təşkili ilə bağlı digər xidmətlər göstərilir.

21-1.5. Fərdi ovçuluq təsərrüfatlarında təşkil edilən ov zamanı ovçular həmin təsərrüfatın sərhədlərini tərk etməməlidir. Fərdi ovçuluq təsərrüfatını təşkil edən şəxs ovçuların müvafiq sərhədləri keçərək ov etməsinin mümkünlüyünü istisna edən şəraitin yaradılmasını təmin etməlidir.

21-1.6. Dövlət təbiət qoruqlarından və milli parklardan 5 (beş) kilometrdən az məsafədə olan ərazidə fərdi ovçuluq təsərrüfatlarının təşkil edilməsinə yol verilmir.”;

3. 25.4-cü maddəyə “təsərrüfatlarından” sözündən sonra “(fərdi ovçuluq təsərrüfatları istisna olmaqla)” sözləri əlavə edilsin;

4. 27-ci maddədə “və qeyri-qanuni heyvan ovuna cərimələr Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində” sözləri ilə əvəz edilsin;

5. 28-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 oktyabr 2014-cü il

             № 1077-IVQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status