×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
21.12.2001
QEYDİYYAT NÖMRƏSİ
608
ADI
Ozondağıdıcı maddələrlə əlaqədar idxal-ixrac fəaliyyətinin dövlət tənzimlənməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2001, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 754)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
240.000.000
360.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Ozondağıdıcı maddələrlə əlaqədar idxal-ixrac fəaliyyətinin dövlət tənzimlənməsi haqqında

Ozondağıdıcı maddələrlə əlaqədar idxal-ixrac fəaliyyətinin dövlət tənzimlənməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu"nun tərəflərinin qəbul etdiyi "Monreal Protokoluna düzəliş"in təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.(Qüvvədən düşüb) [1]

2. (Çıxarılıb)

3. (Çıxarılıb) [2]

4. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının 3-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabineti:

idxalı və ixracı dövlət tərəfindən tənzimlənən ozondağıdıcı maddələrin siyahısını iki ay müddətində hazırlayıb təsdiq etsin; [3]

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 21 dekabr 2001-ci il
№ 608

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 mart 2006-cı il    nömrəli Azərbaycan Respublikasi Prezidentinin Fərmani () ilə 1-ci bəndi qüvvədən düşmüş hesab edilir.Bəndin əvvəlki redaksiyasında deyilirdi:

Müəyyən edilsin ki, Monreal Protokoluna qoşulmayan dövlətdən (dövlətə) bu Protokolun E qoşmasına daxil edilmiş maddənin (metil bromid) Azərbaycan Respublikasına idxalı və Azərbaycan Respublikasından ixracı qadağandır.

[2] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 2-ci və 3-cü bəndlər çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 3 nömrəli əlavəsinin idxal-ixrac bölmələrinə müvafiq olaraq aşağıdakı məzmunda abzas əlavə edilsin:

"ozondağıdıcı maddələr" (Monreal Protokoluna qoşulmayan dövlətlərdən (dövlətlərə) metil bromidin idxalı və ixracı istisna olmaqla) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"na aşağıdakı məzmunda 80-ci bənd əlavə edilsin:

"80 – ozondağıdıcı maddələrin idxalı və ixracı (Monreal Protokoluna qoşulmayan dövlətlərdən (dövlətlərə) metil bromidin idxalı və ixracı istisna olmaqla) - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

[3] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 5-ci bəndin ikinci abzasından "Bu Fərmanın ikinci bəndində göstərilən fəaliyyət növünə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını və" sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status