AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.12.2014
QEYDİYYAT NÖMRƏSİ
383
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-12-2014, Nəşr nömrəsi: 269), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2014, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1661)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.12.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.100.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201412030383
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.12.2014
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli 30 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 189 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 119; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255; 2014, № 5, maddə 578) ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 8.1-ci bəndinin üçüncü abzasında “vətəndaşlığını itirməsi” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 3 dekabr 2014-cü il

                  № 383

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status