AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
26.12.2001
QEYDİYYAT NÖMRƏSİ
621
ADI
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2001, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 767)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlı onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə uyğun olaraq düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydalarını təsdiq etsin;

öz səlahiyyətləri daxilində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin. [1]

2. Müəyyən edilsin ki: [2]

2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin birinci və ikinci bəndlərində, 1.2-ci, 6.2-ci, 7.2-ci, 18.76-cı, 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [3]

2.1-1. həmin Qanunun 4.1-6-cı maddəsində “orqan (qurum)” dedikdə vəsaitlərin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə), Azərbaycan Respublikasının Nazirlər Kabineti (həmin Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin, 4.1-2-ci maddəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçilərinə, 4.1-3-cü maddəsində isə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinə və mobil cihazların qeydiyyatı sisteminə, 4.1-4-cü maddəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işçilərinə və texniki baxış stansiyalarına, 4.1-5-ci maddəsində məhkəmə aparatlarının işçilərinə münasibətdə) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (həmin Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə münasibətdə) həyata keçirirlər; [4]

2.1-2. həmin Qanunun 4.1-ci maddəsində “qurumların işçiləri” dedikdə, həmin Qanunda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin işçiləri nəzərdə tutulur; [5]

2.1-3. həmin Qanunun 4.1-1-ci maddəsində (hər dörd halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur; [6]

2.1-4. həmin Qanunun 4.1-1-ci maddəsində (hər iki halda) “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan qurumlar” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri nəzərdə tutulur; [7]

2.1-5. həmin Qanunun 4.1-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçiləri nəzərdə tutulur; [8]

2.1-6. həmin Qanunun 1.1-ci maddəsinin birinci və ikinci bəndlərində, 1.2-ci və 6.2-ci maddələrində “qurum” dedikdə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərən və hüquqi hərəkətləri həyata keçirən publik hüquqi şəxslər nəzərdə tutulur; [9]

2.1-7. həmin Qanunun 4.1-2-ci maddəsində “qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur; [10]

2.1-8. həmin Qanunun 4.1-2-ci maddəsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur; [11]

2.1-9. həmin Qanunun 4.1-2-ci maddəsində (üçüncü halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

2.1-10. həmin Qanunun 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; [12]

2.1-11. həmin qanunun 4.1-3-cü maddəsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;

2.1-12. həmin qanunun 4.1-3-cü maddəsində (üçüncü halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur; [13]

2.1-13. həmin Qanunun 4.1-4-cü maddəsində (hər üç halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur; [14]

2-1.14. həmin Qanunun 4.1-4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

2.1-15. həmin Qanunun 4.1-4-cü maddəsində (üçüncü halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur. [15]

2.1-16. həmin Qanunun 4.1-5-ci maddəsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur. [16]

2.2. həmin Qanunun 5.5-ci, 17.6-1-ci, 18.65.3-1-ci (ikinci halda), 25.2-ci, 25.2.1-ci və 25.2.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [17]

2.2-1. həmin Qanunun 7.2-ci və 18.76-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [18]

2.3. həmin Qanunun 4.7-ci maddəsində və 7-ci maddəsində (2-ci maddə üzrə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; [19]

2.3-1. həmin Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər; [20]

2.4. həmin Qanunun 23.1-ci, 23.2-ci, 23.3-cü (birinci və üçüncü cümlələrdə) və 23.4-cü (birinci cümlədə) maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində həyata keçirir; [21]

2.5. həmin Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş "xüsusi razılıq verən müvafiq icra hakimiyyəti orqanları"nın siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. [22]

2.6. həmin Qanunun 4.1-ci maddəsinin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur. [23]

2.7. həmin Qanunun 4.1-ci maddəsinin üçüncü bəndində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ikinci, üçüncü və dördüncü bəndlərində “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar” dedikdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri nəzərdə tutulur; [24]

2.8. həmin Qanunun 4.1-ci maddəsinin dördüncü bəndində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur. [25]

2.9. həmin Qanunun 27.4-cü maddəsində “qeydiyyat orqanı” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; [26]

2.10. həmin Qanunun 4.1-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri, ikinci və üçüncü hallarda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur. [27]

2.10. həmin Qanunun 33-3-cü və 33-4-cü maddələrinin adlarında, 33-4-cü maddəsinin mətnində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi həyata keçirir; [28]

2.11. həmin Qanunun 18.65.3-1-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. [29]

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bir ay müddətində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində nəzərdə tutulmuş hesabat formasını təsdiq etsin.

 

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 26 dekabr 2001-ci il

     № 621

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 dekabr 2006-cı il tarixli 510 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1057)

2.       12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)

3.       19 iyun 2012-ci il tarixli 653 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 547)

4.       27 dekabr 2012-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 28 dekabr 2012-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1271)

5.       15 noyabr 2013-cü il tarixli 23 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 noyabr 2013-cü il, № 251; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1327)

6.       10 dekabr 2013-cü il tarixli 43 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1510)

7.       11 aprel 2014-cü il tarixli 144 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2014-cü il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 360)

8.       13 yanvar 2016-cı il tarixli 721 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 yanvar 2016-cı il, № 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 43)

9.       26 may 2016-cı il tarixli 922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 883)

10.    6 sentyabr 2016-cı il tarixli 1026 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1463)

11.    07 noyabr 2016-cı il tarixli 1100 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 noyabr 2016-cı il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1807)

12.    9 mart 2017-ci il tarixli 1292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 mart 2017-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 370)

13.    1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 757)

14.    31 iyul 2017-ci il tarixli 1567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1377)

15.    17 oktyabr 2017-ci il tarixli 1637 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 oktyabr 2017-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1804)

16.    14 dekabr 2017-ci il tarixli 1725 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2293)

17.    25 iyun 2018-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2018-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1231)

18.    26 iyun 2018-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1239)

19.    16 iyul 2018-ci il tarixli 203 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyul 2018-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1489)

20.    10 dekabr 2018-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2552)

21.    31 yanvar 2019-cu il tarixli 505 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 95)

22.    25 iyun 2019-cu il tarixli 753 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 iyun 2019-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1044)

23.    31 iyul 2019-cu il tarixli 802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 avqust 2019-cu il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1248)

24.    12 noyabr 2019-cu il tarixli 851 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1699)

25.    22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561)

26.    16 may 2021-ci il tarixli 1401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 iyul 2021-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 735)

27.    29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401)

28.    6 may 2022-ci il tarixli 1673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 may 2022-ci il, № 94)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 29 dekabr 2006-cı il tarixli 510 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1057) ilə 1-ci bəndinin 5-ci abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

öz səlahiyyətləri daxilində "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləğlərini müəyyənləşdirib təsdiq etsin;

 

[2] 11 aprel 2014-cü il tarixli 144 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2014-cü il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 360) ilə 2-ci hissədə ikinci–onuncu abzaslar müvafiq olaraq 2.1–2.9-cu bəndlər hesab edilmişdir.

 

[3] 1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 757) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

31 iyul 2017-ci il tarixli 1567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1377) ilə 2.1-ci bənddə “4.1-ci maddəsində” sözləri “1.1-ci maddəsinin birinci və ikinci bəndlərində, 1.2-ci, 4.1-ci, 6.2-ci və 33-2.2-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

25 iyun 2018-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2018-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1231) ilə 2.1-ci bəndə “6.2-ci” sözlərindən sonra “, 23-2-ci” sözləri əlavə edilmişdir.

16 iyul 2018-ci il tarixli 203 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyul 2018-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1489) ilə 2.1-ci bəndinə “6.2-ci” sözlərindən sonra “, 18.65.6.1-ci (hər iki halda)” sözləri əlavə edilmişdir.

10 dekabr 2018-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2552) ilə 2.1-ci bəndə “4.1-ci,” sözlərindən sonra “4.1-2-ci (hər üç halda), 4.1-3-cü” sözləri əlavə edilmişdir.

31 yanvar 2019-cu il tarixli 505 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 95) ilə 2.1-ci bəndə “4.1-3-cü” sözlərindən sonra “(hər üç halda), 4.1-4-cü,” sözləri əlavə edilmişdir.

12 noyabr 2019-cu il tarixli 851 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1699) ilə 2.1-ci bəndə “4.1-4-cü” sözlərindən sonra “(hər üç halda), 4.1-5-ci” sözləri əlavə edilmişdir.

22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-ci bəndə “4.1-ci” sözlərindən sonra “, 4.1-1-ci (hər dörd halda)” sözləri əlavə edilmişdir.

16 may 2021-ci il tarixli 1401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 iyul 2021-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 735) ilə 2.1-ci bəndə 4.1-5-ci, sözlərindən sonra “4.1-6-cı,” sözləri əlavə edilmişdir.

29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401) ilə 2.1-ci bənddə “4.1-ci, 4.1-1-ci (hər dörd halda), 4.1-2-ci (hər üç halda), 4.1-3-cü (hər üç halda), 4.1-4-cü (hər üç halda), 4.1-5-ci, 4.1-6-cı, 6.2-ci, 18.65.6.1-ci (hər iki halda), 23-2-ci və 33-2.2-ci” sözləri “6.2-ci, 18.76-cı, 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü” sözləri ilə əvəz edilmişdir.

6 may 2022-ci il tarixli 1673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 may 2022-ci il, № 94) ilə 2.1-ci bəndə “6.2-ci” sözlərindən sonra “, 7.2-ci” sözləri əlavə edilmişdir.

 

[4] 1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 757) ilə yeni məzmunda 2.1-1 — 2.1-5-ci bəndlər əlavə edilmişdir.

31 iyul 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164) ilə 2.1-1-ci bəndə “orqanlar” sözündən sonra “(Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər)” sözləri, “orqanlarının,” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin,” sözləri əlavə edil

10 dekabr 2018-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2552) ilə 2.1-1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1-1. həmin Qanunun 4.1-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar (Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər) arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə), Azərbaycan Respublikasının Nazirlər Kabineti (bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının işçilərinə münasibətdə) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (həmin Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə münasibətdə) həyata keçirirlər;

31 yanvar 2019-cu il tarixli 505 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 95) ilə 2.1-1-ci bənddə “4.1-3-cü” sözləri “4.1-4-cü” sözləri ilə, “və 4.1-2-ci maddəsində isə” sözləri “, 4.1-2-ci maddəsində” sözləri ilə əvəz edilmişdir, həmin bəndə birinci halda “işçilərinə” sözündən sonra “, 4.1-3-cü maddəsində isə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinə və mobil cihazların qeydiyyatı sisteminə” sözləri əlavə edilmişdir.

12 noyabr 2019-cu il tarixli 851 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1699) ilə 2.1-1-ci bənddə 4.1-4-cü” sözləri “4.1-5-ci” sözləri ilə əvəz edilmişdir, ikinci halda “isə” sözü çıxarılmışdır və “sisteminə” sözündən sonra “, 4.1-4-cü maddəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işçilərinə və texniki baxış stansiyalarına” sözləri əlavə edilmişdir.

22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-1-ci bənddən “vəsaitlərin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə),” sözləri çıxarılmışdır və həmin bənddə “bu Qanunun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

16 may 2021-ci il tarixli 1401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 iyul 2021-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 735) ilə 2.1-1-ci bənddə 4.1-5-ci sözləri 4.1-6-cı sözləri ilə əvəz edilmişdir və həmin bəndə stansiyalarına sözündən sonra , 4.1-5-ci maddəsində məhkəmə aparatlarının işçilərinə sözləri əlavə edilmişdir.

 

[5] 31 iyul 2017-ci il tarixli 1567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1377) ilə 2.1-2-ci bəndə “orqanlarının,” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin,” sözləri əlavə edilmişdir.

25 iyun 2019-cu il tarixli 753 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 iyun 2019-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1044) ilə 2.1-1-ci və 2.1-2-ci bəndlərdə “kontorlarının” sözü “ofislərinin” sözü ilə əvəz edilmişdir.

 

22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-2-ci bənddə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, bu” sözləri “həmin” sözləri ilə əvəz edilmişdir.

 

[6] 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1-3. həmin Qanunun 4.1-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirirlər;

 

[7] 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-4-cü bəndə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilmişdir.

 

[8] 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-5-ci, 2.1-9-cu, 2.1-11-ci, 2.1-12-ci, 2.1-14-cü və 2.1-15-ci bəndlər ləğv edilmişdir.

 

[9] 31 iyul 2017-ci il tarixli 1567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1377) ilə 2.1-6-cı bənd əlavə edilmişdir.

 

[10] 10 dekabr 2018-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2552) ilə yeni məzmunda 2.1-7-ci – 2.1-9-cu bəndlər əlavə edilmişdir.

 

[11] 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-8-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1-8. həmin Qanunun 4.1-2-ci maddəsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçiləri nəzərdə tutulurlar;

 

[12] 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-10-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1-10. həmin qanunun 4.1-3-cü maddəsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçiləri nəzərdə tutulurlar;

29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401) ilə 2.1-10-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1-10. həmin Qanunun 4.1-3-cü maddəsində (hər üç halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;

 

[13] 31 yanvar 2019-cu il tarixli 505 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 95) ilə yeni məzmunda 2.1-10-cu – 2.1-12-ci bəndlər əlavə edilmişdir.

 

[14] 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-13-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1-13. həmin Qanunun 4.1-4-cü maddəsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işçiləri nəzərdə tutulurlar;

 

[15] 12 noyabr 2019-cu il tarixli 851 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1699) ilə 2.1-1-ci bənddə 2.1-13-2.1-15-ci bəndlər əlavə edilmişdir.

 

[16] 16 may 2021-ci il tarixli 1401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 iyul 2021-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 735) ilə yeni məzmunda 2.1-16-cı bənd əlavə edilmişdir.

29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401) ilə 2.1-1–2.1-4-cü, 2.1-7-ci, 2.1-8-ci, 2.1-13-cü və 2.1-16-cı bəndlər ləğv edilmişdir.

 

[17] 26 may 2016-cı il tarixli 922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 883) ilə 2.2-ci bəndində “5.5-ci maddəsində” sözləri “5.5-ci, 25.2-ci, 25.2.1-ci və 25.2.2-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

26 iyun 2018-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1239) ilə 2.2-ci bəndə “5.5-ci” sözlərindən sonra “, 18.65.3-1-ci (ikinci halda),” sözləri əlavə edilmişdir və həmin bənddə “və 25.2.2-ci” sözləri “, 25.2.2-ci və 33-5-ci” sözləri ilə əvəz edilmişdir.

31 iyul 2019-cu il tarixli 802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 avqust 2019-cu il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1248) ilə 2.2-ci bəndə “5.5-ci,” sözlərindən sonra “17.6-1-ci,” sözləri əlavə edilmişdir.

29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401) ilə 2.2-ci bənddən “18.65.3-1-ci (ikinci halda)” sözləri çıxarılmışdır və həmin bənddə “, 25.2.2-ci və 33-5-ci” sözləri “və 25.2.2-ci” sözləri ilə əvəz edilmişdir.

 

[18] 29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401) ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

6 may 2022-ci il tarixli 1673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 may 2022-ci il, № 94) ilə 2.2-1-ci bənddə “18.76-cı maddəsində” sözləri “7.2-ci və 18.76-cı maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[19] 1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 757) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.3. həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini bu Qanunun 2.0.1 - 2.0.11 maddələri üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

17 oktyabr 2017-ci il tarixli 1637 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 oktyabr 2017-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1804) ilə 2.3-cü bəndində “2.0.1 – 2.0.11-ci maddələr” sözləri “2-ci maddə” sözləri ilə əvəz edilmişdir.

29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401) ilə 2.3-cü bənddən “və 7-ci maddəsində (2-ci maddə üzrə)” sözləri çıxarılmışdır və həmin bənddə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilmişdir.

 

[20] 29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401) ilə yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

6 may 2022-ci il tarixli 1673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 may 2022-ci il, № 94) ilə 2.3-1-ci bənddə “7-ci” sözləri “7.1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[21] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə 2-ci bəndinin beşinci abzasından “və Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində” sözləri çıxarılmışdır.

13 yanvar 2016-cı il tarixli 721 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 yanvar 2016-cı il, № 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 43) ilə 2.4-cü bənddə “maddəsində” sözü “, 23.2-ci, 23.3-cü (birinci və üçüncü cümlələrdə) və 23.4-cü (birinci cümlədə) maddələrində” sözləri ilə əvəz edilmişdir.

9 mart 2017-ci il tarixli 1292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 mart 2017-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 370) ilə 2.4-cü bənd ləğv edilmişdir.

 

[22] 13 yanvar 2016-cı il tarixli 721 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 yanvar 2016-cı il, № 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 43) ilə 2.5-ci bənd ləğv edilmişdir.

 

[23] 19 iyun 2012-ci il tarixli 653 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 547) ilə 2-ci hissəsinə altıncı bənd əlavə edilmişdir.

 

6 sentyabr 2016-cı il tarixli 1026 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1463) ilə 2.6-2.8-ci bəndləri ləğv edilmişdir.

 

[24] 27 dekabr 2012-ci il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 28 dekabr 2012-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1271) ilə 2-ci hissəsinə yeni məzmunda yeddinci bənd əlavə edilmişdir.

11 aprel 2014-cü il tarixli 144 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2014-cü il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 360) ilə 2.7-ci bənddə “Agentliyi” sözündən sonra “, ikinci, üçüncü və dördüncü bəndlərində “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar” dedikdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri” sözləri əlavə edilmişdir.

 

[25] 15 noyabr 2013-cü il tarixli 23 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 noyabr 2013-cü il, № 251; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1327) ilə 2-ci hissəsinin yeddinci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə səkkizinci bənd əlavə edilmişdir.

 

[26] 10 dekabr 2013-cü il tarixli 43 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1510) ilə 2-ci hissəsinə doqquzuncu bənd əlavə edilmişdir.

29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401) ilə 2.9-cu bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[27] 07 noyabr 2016-cı il tarixli 1100 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 noyabr 2016-cı il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1807) ilə 2.9-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.10-cu bənd əlavə edilmişdir.

 

1 may 2017-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 757) ilə 2.10-cu bənd ləğv edilmişdir.

 

[28] 14 dekabr 2017-ci il tarixli 1725 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2293) ilə yeni məzmunda 2.10-cu bənd əlavə edilmişdir.

 

[29] 26 iyun 2018-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1239) ilə 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilmişdir.

29 dekabr 2021-ci il tarixli 1536 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1401) ilə 2.11-ci bənddən “(birinci halda)” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status