AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN KOLLEGİYASI
QƏRARI
№ 04
Bakı şəhəri 18 noyabr 2014-cü il
“Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasının, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanının 8.2-ci bəndinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrası məqsədilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyası qərara alır:
1. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları” təsdiq edilsin (əlavə olunur).
[1]
2. Dövlət Sosial Müdafiə Fondunun Aparatının Hüquq və strateji araşdırmalar şöbəsinə (A.Atayeva) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə” Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il 9 avqust tarixli 440 nömrəli əmrinin 1-ci hissəsinin 1-3-cü bəndləri ləğv edilsin.
4. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”na əlavə və dəyişikliklərin təsdiq edilməsi barədə” Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il 11 iyun tarixli 317 nömrəli əmri ləğv edilsin.
5. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”na əlavə və dəyişikliklərin təsdiq edilməsi barədə” Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il 24 iyun tarixli 430 nömrəli əmri ləğv edilsin.
Kollegiyanın sədri
|
Elman Mehdiyev
|
|
|
Məcburi dövlət sosial sığorta haqqının toplanması
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin dördüncü abzasına əsasən hazırlanmışdır və məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını tənzimləyir.
1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
1.2.1. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir;
1.2.2. Sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır;
1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - DSMF) - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir;
[2]
1.2.4. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir;
1.2.5. Sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir;
1.2.6. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir;
1.2.7. Hüquqi şəxs- dövlət qeydiyyatından keçən, mülkiyyətində ayrıca əmlakı olan, öz öhdəlikləri üçün bu əmlakla cavab verən, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququ olan qurumdur;
1.2.8. Xarici hüquqi şəxs- Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir;
1.2.9. Hüquqi şəxsin filialı- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsidir;
1.2.10. Hüquqi şəxsin nümayəndəliyi- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsidir;
1.2.11. Hüquqi şəxsin struktur bölməsi- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, onun filial və nümayəndəliyi hesab olunmayan, lakin hüquqi şəxs tərəfindən müəyyən hüquqlar verilmiş bölməsidir;
1.2.12. Тəsərrüfat obyektləri - sığortaedənlərin filial, nümayəndəlik və struktur bölməsi hesab olunmayan, lakin təsərrüfat fəaliyyəti aparılan yerdir;
1.2.13. Kommersiya hüquqi şəxs- əsas məqsədi mənfəət götürməkdən ibarət olan qurumdur;
1.2.14. Qeyri-kommersiya hüquqi şəxs- əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və ya götürülən mənfəəti iştirakçılar arasında bölüşdürməyən qurumdur;
1.2.14-1. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır;
[3]
1.2.15. Sahibkarlıq fəaliyyəti ilə məşğul olub özü-özlərini sığortaedən fiziki şəxslər - əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə etməyərək fəaliyyətlərini müstəqil surətdə öz riski ilə həyata keçirən və əsas məqsədi mənfəət əldə edilməsi olan fiziki şəxslərdir;
1.2.16. Sahibkarlıq fəaliyyəti ilə məşğul olub əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə edən fiziki şəxslər sığortaedənlər hesab olunur;
1.2.17. Seçkili orqanlar- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq seçki hüququ əsasında səsvermə yolu ilə seçilən orqanlardır;
1.2.18. Ailə kəndli təsərrüfatı- ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin birgə həyata keçirilməsidir;
1.2.19. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçiləri- özü-özlərini və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən əmək qabiliyyətli ailə üzvlərini (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatlarından başqa) sosial sığortaedən məcburi dövlət sosial sığorta haqqı ödəyiciləridir;
1.2.20. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin ailə üzvləri - qohumluq münasibətləri əsasında kənd təsərrüfatına yararlı torpaqdan istifadə etmək hüququna malik olan fiziki şəxslərdir (sığortaolunanlar);
1.2.21. Ev təsərrüfatına aid olan xidmətlərin həyata keçirilməsində muzdlu əmək fəaliyyəti ilə məşğul olan şəxslər- bu xidmətlərin həyata keçirilməsi barədə müvafiq müqavilə bağlayan şəxslərdir;
1.2.22. Seçkili ödənişli vəzifələrdə işləyənlər- seçkili orqanlarda ödənişli vəzifələrdə işləyən fiziki şəxslərdir;
1.2.23. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Тəhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir;
[4]
1.2.24. Xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) xidmət edən xüsusi rütbəli şəxslərdir;
[5]
1.2.25. Prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının Prokurorluğu sistemində aidiyyəti hüquq və vəzifələri icra edən şəxslərdir;
1.2.26. Əmək müqaviləsi (kontraktı) ilə işləyənlər- işəgötürənlə fərdi qaydada əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslərdir;
1.2.27. Vəkillər kollegiyasının üzvü- Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içərək vəkillik fəaliyyətini həyata keçirən şəxsdir;
1.2.28. Xüsusi notarius- xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müvafiq şəhadətnamə və xüsusi notariusun qeydiyyat vəsiqəsini almış şəxsdir;
1.2.29. Sərbəst auditor- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən respublika ərazisində sərbəst auditor xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxsdir;
[6]
1.2.30. Müəlliflik qonorarı alan şəxslər- qanunvericiliklə müəyyən olunmuş qaydada müəlliflik hüququ əldə etmiş şəxslərdir (sığortaolunanlar);
1.2.31. Mülki hüququ xarakterli müqavilələrlə işləyənlər- əmlakın verilməsini, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış mülki hüququ xarakterli müqavilələrlə həyata keçirən şəxslərdir (sığortaolunanlar);
1.2.32. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, həmin ölkələrdə məcburi sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları- xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olunması barədə müvafiq təsdiqedici sənəd təqdim edən və həmin ölkənin sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqanından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi barədə müvafiq arayış təqdim edən şəxslərdir (sığortaolunanlar);
1.2.33. Bazar qiyməti- malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətidir. Bazar qiyməti mal (iş, xidmət) əmək haqqı əvəzinə verilən anadək, lakin malın (işin, xidmətin) verildiyi andan 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir;
1.2.34. Fərdi uçot - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır;
1.2.35. Fərdi şəxsi hesab - dövlət sosial sığorta sistemi üzrə məlumatların toplusunu özündə əks etdirən və DSMF tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır;
1.2.36. Sosial sığorta nömrəsi (SSN) - DSMF tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrədir;
1.2.37. Əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur;
1.2.38. Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir;
1.2.39. Azərbaycan Respublikası mənbəyindən gəlir – Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı muzdlu işdən əldə olunan –əmək ödənişi, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir- sahibkarlıq fəaliyyətindən gəlir aiddir;
1.2.40. Məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri - özünü və ya başqasını sosial sığortaedən şəxslərdir;
1.2.41. Ödəmə mənbəyindən tutulma- əmək ödənişini və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin ödənişini həyata keçirən tərəfindən ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqqının hesablanıb təyinatı üzrə köçürülməsidir.
1.2.42. Əmək qabiliyyətli şəxslər- Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş aşağı və yuxarı yaş həddi arasında olan (15 yaşdan yaşa görə əmək pensiyası hüququ qazanılan yaş həddinədək olan kişilər və qadınlar) və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olanlardır. Buraya işləməyən I və II qrup əlillər və güzəştli şərtlərlə əmək pensiyası alanlar aid edilmir.
2. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər
2.1. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər aşağıdakılardır:
2.1.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
2.1.2. Əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər;
2.1.3. Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər ("Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Cıraq yataqlarlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PeТROLeUM LİMİТeD, Bİ-Pİ eKSPLOReYŞN (KASPİAN Sİ) LİMİТeD, DeLТA NİMİR XƏZƏR LİMİТeD, DeN NORSKe SТAТS OLYeSeLSKAP a. s., LUKoyl SƏHMDAR CƏMİYYƏТİ, MakDeRMOТТ AZƏRBAYCAN İNK., PeNNZOYL KASPİAN KORPOReYŞN, ReMKO XƏZƏR eNeRCİ LİMİТeD, ТÜRKİYe PeТROLLeRİ A.O., YUNOKAL XƏZƏR, LТD arasında Sazişin qəbul və təsdiq edilməsi, onun həyata keçirilməsinə icazə verilməsi barədə" Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli 933 nömrəli Qanunu və "Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi eksploreyşn (Azərbaycan) Limited, elf Petroleum Azərbaycan B.V., LUKoyl İnternəşnl LТD, Oyl İndastriz İncinirinq ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Тörkiş Petroleum Oversiz Kompani Limited şirkətləri arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" Azərbaycan Respublikasının 1996-cı il 4 oktyabr tarixli 160-IQ nömrəli Qanunu ilə təsdiq olunmuş Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən habelə Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılan sənaye parkında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla);
[7]
2.1.4. seçkili ödənişli vəzifələrdə işləyənlər;
2.1.5. hərbi qulluqçular ;
2.1.6. xüsusi rütbəli şəxslər ;
2.1.7. prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri;
2.1.8. vergi orqanlarının işçiləri;
2.1.9. vəkillər kollegiyasının üzvləri;
2.1.10. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunmurlar.
2.3. Тəqvim ilində üst-üstə 182 gündən artıq vaxtda sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar.
3.Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu
3.1. Qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar.
3.2. Kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin DSMF orqanlarında uçotu sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən uçot məlumatları əsasında aparılır.
[8]
3.3. Hər bir sığortaolunan sığortaedəninin uçotda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu orqanında məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçota alınmalıdır.
[9]
3.4. Sığorta iştirakçılarının uçotu «Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydaları»na uyğun olaraq aparılır.
4. Məcburi dövlət sosial sığorta haqqının tutulma obyekti
4.1. Muzdlu əməklə və sahibkarlıq fəaliyyəti ilə bağlı olan gəlirlər məcburi dövlət sosial sığorta haqqının tutulma obyektidir.
4.2. Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə aşağıdakılar aiddir:
4.2.1. muzdlu işlə bağlı olan gəlir-əmək ödənişi;
4.2.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir-sahibkarlıq fəaliyyətindən gəlir.
4.3. Əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər gəlirlər aiddir.
4.4. Sığortaedən əməyin natura formasında ödənişini həyata keçirdikdə, yəni əmək haqqı əvəzinə mallarını, işlərini və xidmətlərini işçiyə (sığortaolunana) verdikdə, məcburi dövlət sosial sığorta haqqı həmin məhsulların (işlərin, xidmətlərin) bazar qiyməti ilə ifadə olunan dəyərinə (məsələn, kənd təsərrüfatı sahələrində işləyənlərə taxıl, meyvə və s. şəklində, tikiş fabrikində işləyənlərə parça şəklində, karamel fabrikində işləyənlərə qənnadı məmulatları şəklində, çörək məmulatları müəssisəsində işləyənlərə çörək şəklində və s. ödənilən məhsulların dəyəri) uyğun hesablanır.
4.5. Əməkhaqqı əvəzinə verilən malların, işlərin və xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimləndiyi halda, məcburi dövlət sosial sığorta haqqı həmin məhsulların (işlərin, xidmətlərin) dövlət tərəfindən tənzimlənən qiymətləri ilə ifadə olunan dəyərinə uyğun hesablanır.
4.6. Sığortaedən işçinin (sığortaolunanın) «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş güzəştlər istisna olmaqla xərclərinin (yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakının, həyatının, sağlamlığının və sairənin sığortası üzrə sığorta xərclərinin və digər bu kimi xərclərinin) əvəzini ödədiyi halda, ödənilən vəsaitin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur.
4.7. Bütün növ icbari sığorta və könüllü tibbi sığorta, habelə 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası istisna olmaqla digər sığorta növləri üzrə sığortaedənin sığortaolunanın xeyrinə ödədiyi sığorta haqları ilə sığorta ödənişi arasındakı fərq kimi alınan gəlirdən məcburi dövlət sosial sığorta haqqı ödəniş mənbəyindən tutulur.
4.8. İşçinin əmək fəaliyyəti ilə bağlı sığortaedənə olan borcu və ya öhdəliyi bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur.
4.9. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olmaqla əmək ödənişinin və gəlirlərinin bütün növləri üzrə hesablanır:
4.9.1. iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
4.9.2. qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;
4.9.3. işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;
4.9.4. əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
4.9.5. istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
[10]
4.9.6. təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar, Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi aktları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
4.9.7. aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;
4.9.8. məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;
4.9.9. Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri;
4.9.10. sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;
4.9.11. muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, divident, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği);
4.9.12. yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;
4.9.13. dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
4.9.14. sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;
4.9.15. dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərin əvəzi üçün ödənilən kompensasiya;
4.9.16. rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı;
4.9.17. fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində);
4.9.18. əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr;
4.9.19. ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar.
4.9.20. hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə verilən və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən təminat xərcliyinə (pul təminatına) daxil edilməyən ödənişlər;
4.9.21. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əmək haqqı, mükafat və digər maddi təminatlar.
4.10. Məcburi dövlət sosial sığorta haqqı maliyyələşmə mənbəyindən və ödəmə formasından asılı olmayaraq tutulmuş vergi məbləğləri çıxılmamaqla olan məbləğdən hesablanır.
4.11. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər üzrə azadolmalar bu gəlirləri təsdiq edən sənədlər olduğu halda tətbiq edilir.
5. Məcburi dövlət sosial sığorta haqqının dərəcələri
5.1. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir.
5.2. Seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığortaedən şəxslər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
5.3. Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri; vergi orqanlarının işçiləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər hesablanmış əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
5.4. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün(alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının :
5.4.1. torpaqların 1-ci keyfiyyət qrupu üzrə - 12 faizi,
5.4.2. torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi,
5.4.3. torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi,
5.4.4. torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Qeyd: Bu hissənin 5.4.4-cü yarımbəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.
[11]
5.5. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərə məcburi dövlət sosial sığorta haqqı hesablanarkən hüquqi şəxs yaradanların, ailə kəndli təsərrüfatı üzvlərinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin torpaq payı nəzərə alınmır.
5.6. Тorpaq mülkiyyətçiləri mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan ailə üzvlərini sosial sığorta edə bilməzlər. Тorpaqların keyfiyyət qrupu torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktına əsasən müəyyənləşdirilir.
Misal 1. Ailənin 6 nəfər üzvünün 2-ci keyfiyyət qrupuna aid 9 hektar torpaq sahəsi var. Adambaşına 1,5 hektar torpaq sahəsi düşür. Ailə üzvlərindən 1 nəfəri pensiyaçı (1-ci qrup əlil), 1 nəfəri azyaşlı uşaq, 1 nəfəri müəllimdir və məktəbdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyir. Bu halda məcburi dövlət sosial sığorta haqqı aşağıdakı qaydada hesablanacaq.
2-ci keyfiyyət qrupuna aid
105 x 8% = 8,4 manat
olacaqdır. Məcburi dövlət sosial sığortasına cəlb olunan, yəni əmək qabiliyyətli ailə üzvləri 4 nəfər olduğu və hər nəfərə 1,5 hektar torpaq sahəsi düşdüyü üçün aylıq sığorta haqqının məbləği
8,4 x
12,6 x 4 nəfər = 50,4 manat təşkil edəcəkdir.
Misal 2. Ailənin 9 nəfər üzvünün 3-cü keyfiyyət qrupuna aid 5,4 hektar torpaq sahəsi var. Adambaşına 0,6 hektar torpaq sahəsi düşür. Ailə üzvlərindən 3 nəfəri azyaşlı uşaq, 1 nəfəri iqtisadçıdır və statistika idarəsində, 1 nəfər isə ailə kəndli təsərrüfatında əmək müqaviləsi ilə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Bu halda məcburi dövlət sosial sığorta haqqı aşağıdakı qaydada hesablanacaq.
3-cü keyfiyyət qrupuna aid
105 x 4% = 4,2 manat
olacaqdır. Məcburi dövlət sosial sığortasına cəlb olunacaq ailə üzvlərinin sayı 5 nəfər olduğu və hər nəfərə 0,6 hektar torpaq sahəsi düşdüyü üçün aylıq sığorta haqqının məbləği
4,2 x
2,52 x 5 nəfər = 12,6 manat təşkil edəcəkdir.
Misal 3. Ailənin 2 mülkiyyət aktına görə 6 nəfər üzvünün 2-ci keyfiyyət qrupuna aid 12 hektar, 3-cü keyfiyyət qrupuna aid 6 hektar torpaq sahəsi var. Adambaşına 2-ci keyfiyyət qrupuna aid 2 hektar, 3-cü keyfiyyət qrupuna aid isə 1 hektar torpaq sahəsi düşür. Ailə üzvlərindən 3 nəfəri azyaşlı uşaq, 1 nəfəri həkimdir və xəstəxanada işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyir. Bu halda məcburi dövlət sosial sığorta haqqı aşağıdakı qaydada hesablanacaq.
2-ci keyfiyyət qrupuna aid
105 x 8% = 8,4 manat,
3-cü keyfiyyət qrupuna aid
105 x 4% = 4,2 manat,
olacaqdır. Məcburi dövlət sosial sığortasına cəlb olunan ailə üzvləri 3 nəfər olduğu üçün aylıq sığorta haqqının məbləği hər nəfərə 2-ci keyfiyyət qrupuna aid 2 hektar torpaq sahəsi hesabı ilə
8,4 x
16,8 x 3 nəfər = 50,4 manat,
hər nəfərə 3-cü keyfiyyət qrupuna aid 1 hektar torpaq sahəsi hesabı ilə
4,2 x
4,2 x 3 nəfər = 12,6 manat,
cəmi 63 (50,4 + 12,6) manat təşkil edəcəkdir.
5.7. Əmək münasibətləri əsasında fəaliyyət göstərən və mülkiyyətində kənd təsərrüfatına yararlı torpağı olan ailə kəndli təsərrüfatı həm işəgötürən kimi, həm də mülkiyyətində kənd təsərrüfatına yararlı torpağı olan torpaq mülkiyyətçisi kimi məcburi dövlət sosial sığorta haqqı ödəyir.
5.8. Ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər həmin işçilər üçün məcburi dövlət sosial sığorta haqqını hesablanmış əmək haqqının 20 faizi miqdarında ödəyirlər. Bu halda hesablanmış məcburi dövlət sosial sığorta haqqı ödəmə mənbəyi tərəfindən ödənilməlidir. Ev təsərrüfatında müvafiq müqavilə əsasında işçilərin əməyindən istifadə üzrə bağlanılmış müqavilədə işçinin adı, atasının adı və soyadı, SSN-ni, ona ödəniləcək əmək haqqının miqdarı, verilmə tarixi, ödənilmə üsulu və s. aydın göstərilməlidir. Müqaviləni bağlamış işçilər eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, onlar məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyük olanını ödəməlidirlər.
Misal 4. Fiziki şəxs Bakı şəhərində hər hansı bir ev təsərrüfatında müqavilə bağlayaraq sürücü işləyir. Müqavilə şərtlərinə görə həmin şəxsin aylıq əmək haqqı məbləği 120 manat, buna müvafiq olaraq onun hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 24 (120 x 20%) manat təşkil edir. Həmin şəxsin Bakı şəhərində nəqliyyat sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (105 manat) məbləğinin hər ay üçün 20 faizi miqdarında, yəni 105 x 20% = 21 manat təşkil edir. Beləliklə, 24,0 manat 21 manatdan çox olduğundan həmin şəxs hər ay 24,0 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
5.9. Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan məbləğ sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəkillər kollegiyasının üzvlərinin, xüsusi notariusların, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab olunur. Həmin şəxslər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş dərəcələrlə hesablanmış məcbur dövlət sosial sığorta haqqı məbləğindən az olduqda, onlar məcburi dövlət sosial sığorta haqqını sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş dərəcələrlə ödəməlidirlər.
Misal 5. Bakı şəhərində sərbəst auditor yanvar ayında auditor xidmətinin göstərilməsinə dair 2 şirkətlə müqavilə bağlamışdır. Həmin ay sərbəst auditorun bağlanmış müqavilələr üzrə gəliri 1000 manat, həmin dövr üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 600 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 400 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 80 (400 x 20%) manat təşkil edir. Həmin şəxsin Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (105) məbləğinin hər ay üçün 20 faizi miqdarında, yəni 105 x 20% = 21 manat təşkil edir.Beləliklə, 80,0 manat 21 manatdan çox olduğundan həmin şəxs hər ay 80,0 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 6. Bakı şəhərində sərbəst auditor yanvar ayında auditor xidmətinin göstərilməsinə dair 1 şirkətlə müqavilə bağlamışdır. Həmin ay sərbəst auditorun bağlanmış müqavilə üzrə gəliri 500 manat, həmin dövr üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 450 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 50 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 10 (50 x 20%) manat təşkil edir.Həmin şəxsin Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (105 manat) məbləğinin hər ay üçün 20 faizi miqdarında, yəni 105 x 20% = 21 manat təşkil edir.Beləliklə, 10,0 manat 21 manatdan az olduğundan həmin şəxs hər ay 21 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
5.10. Vəkillər kollegiyasında və onun nəzdində olan hüquq məsləhətxanalarında işləyənlər və vəkillər kollegiyasının üzvü olmayanlar üçün əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, hesablanmış əmək haqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı vəkillər kollegiyası və onun nəzdində olan hüquq məsləhətxanaları tərəfindən ödənilir.
5.11. Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər vergi orqanlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi qeydiyyatdan keçdiyi halda, onlar məcburi dövlət sosial sığorta haqqını sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kimi ödəməlidirlər.
Misal 7. Fiziki şəxs institutda əmək müqaviləsi ilə müəllim işləyir, eyni zamanda tərcümə mərkəzində mülki hüquqi müqavilə əsasında tərcümə işlərini həyata keçirir. Həmin şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdirsə, bu zaman o institutdakı əmək fəaliyyəti ilə bağlı məcburi dövlət sosial sığorta haqqını həm əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, ona hesablanmış əmək haqqının 3 faizi miqdarında ödənilməsi ilə yanaşı, tərcümə mərkəzindəki fəaliyyətlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (105 manat) məbləğinin hər ay üçün 20 faizi miqdarında, yəni 105 x 20% = 21 manat məbləğində ödənilməsini də təmin etməlidir.
5.12. Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər (nəşriyyatlar, redaksiyalar, radio, televiziya, səsyazma studiyaları, kinostudiya və videostudiyalar, teatrlar, sirk, konsert-tamaşa təşkilatları, bədii fond, mədəniyyət fondu, xüsusi fondlar, fiziki şəxslər və s.) üçün ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Məcburi dövlət sosial sığorta haqqı əsərin yaradılmasına görə ödənilən qonorara hesablanır. Yaranmış əsərdən sonradan istifadəyə və təkrar istifadəyə görə müəllifə verilən qonorara məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Müəlliflik qonorarının məbləği qanunvericiliklə təsdiq edilmiş müəllif qonorarının minimum miqdarından az olmamalıdır.
5.13. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
5.14. Тicarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin :
5.14.1. Bakı şəhərində 100 faizi,
5.14.2. Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,
5.14.3. respublika tabeli digər şəhərlərdə (Naxçıvan, Mingəçevir, Naftalan, Şirvan, Yevlax, Şəki, Lənkəran, Şuşa, Xankəndi) 80 faizi,
5.14.4. rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,
5.14.5. kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Misal 8. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Lənkəran şəhərində tikinti sahəsində xidmətlə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (105 manat) məbləğinin hər ay üçün 50 faizinin 80 faizi miqdarında, yəni 105 x 50% = 52,5 x 80% = 42 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 9. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bərdə şəhərində əhaliyə məişət xidməti ilə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (105 manat) məbləğinin hər ay üçün 20 faizinin 60 faizi miqdarında, yəni 105 x 20% = 21 x 60% = 12,6 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
5.15. Fərdi qaydada sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını özü-özləri üçün hesablayıb ödəməlidirlər. Əmək müqaviləsi (kontrakt) ilə işçi qüvvəsindən istifadə edənlər sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işçilər üçün məcburi dövlət sosial sığorta haqqını əməyin ödənişinə nisbətdə bu Qaydalarla müəyyən edilmiş dərəcələrlə ödəyirlər.
Misal 10. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bakı şəhərində pərakəndə ticarətlə məşğuldur. Əmək müqaviləsi (kontrakt) ilə 2 nəfər işçi qüvvəsindən istifadə edir. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (105 manat) məbləğinin hər ay üçün 50 faizi miqdarında, yəni
105 x 50% = 52,5 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Eyni zamanda həmin şəxs işçiləri üçün əməyin ödənişi fondunun 22 faizi və hesablanmış əmək haqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
5.16. Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünu ödəyirlər.
Misal 11. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xaçmaz şəhərində topdan ticarətlə və əhaliyə məişət sahəsində xidmətlə məşğuldur. Bu zaman sahibkar qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünü (ticarət üzrə minimum aylıq əmək haqqının 50%), yəni
105 x 50% = 52,5 x 60% = 31,5 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
5.17. Ailə kəndli təsərrüfatları ailə kəndli təsərrüfatının hər bir üzvü üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
5.18. Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
[12]
5.19. Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir.
Misal 12. Sığortaedən əmək müqaviləsinə əsasən əmək haqqını hər ayın sonuncu günü verir. Sığortaedən tərəfindən hesabat ayında məcburi dövlət sosial sığorta haqqı hesablanmasına baxmayaraq növbəti ayın 15-dək ödənilməmişdir. Bu halda müvafiq DSMF orqanı tərəfindən növbəti iş günündən başlayaraq gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmalıdır.
6. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğlərinin tutulması
6.1. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır:
6.1.1. sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir;
6.1.2. hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, DSMF orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının DSMF orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam (Əlavə №2) verir. Sərəncam DSMF orqanının rəhbəri və aidiyyəti sektor müdiri tərəfindən imzalanır. Sərəncamların DSMF orqanında uçotu xüsusi qaydada qaytanlanmış və möhürlə təsdiq edilmiş kitabda aparılır. Sərəncam 4 nüsxədən ibarət tərtib olunur (1-ci nüsxə vəsait ödəyicinin hesabından silmək üçün əsas olur və icraçı bankda və ya digər kredit təşkilatında qalır, 2-ci nüsxəsi sərəncamın icraya qəbul olunması barədə iltizam kimi icraçı bankın və ya digər kredit təşkilatının məsul şəxsinin imzası və ştampı ilə təsdiqlənir və DSMF orqanına qaytarılır, 3-cü nüsxəsi sərəncam tam və ya qismən icra olunduqdan sonra DSMF orqanına qaytarılır, 4-cü nüsxə sığortaedənə təqdim olunur);
6.1.3. sığortaedənin cari və digər hesablarında vəsait olduqda DSMF orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir;
6.1.4. sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir;
6.1.5. sığortaedənin cari, valyuta və digər hesablarında vəsait olmadıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, DSMF orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir;
6.1.6. DSMF orqanının məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının alınması haqqında sərəncamı bir neçə bank və kredit təşkilatına verildikdə və bu zaman məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedənin hər hansı cari, valyuta və digər hesabından DSMF orqanının hesabına alındıqda, DSMF orqanı digər banklara və ya kredit təşkilatlarına həmin borc və maliyyə sanksiyalarının alınması üçün vermiş olduğu sərəncamların və artıq alınmış vəsaitlərin dərhal geri qaytarılmasını təmin edir;
6.1.7. sığortaedən hüquqi şəxs olmadıqda borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur.
6.1.8. Hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları bankda və ya digər kredit təşkilatında hesabı olmayan sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur.
6.2. DSMF orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malikdir. Qanunvericiliyə müvafiq olaraq belə sığortaedənlərə (hüquqi şəxs olanlara) qarşı iddia qaldırmaq üçün onlara əvvəlcədən (sərəncam banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 60 gün sonra 30 gün müddət verilməklə) iddianın qaldırılacağı barədə xəbərdarlıq (Əlavə №3) göndərilir.
Məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları bildirişdə göstərilən müddətdə ödənilmədikdə, borcun ödənilməsi barədə fiziki şəxs olan sığortaedənlərə xəbərdarlıq bildirişdə göstərilən müddət başa çatdıqdan sonra göndərilir. Xəbərdarlıq imzaetmə yolu ilə verilir və ya sifarişli poçtla göndərilir. Xəbərdarlıqda göstərilən müddətdə borc məbləği ödənilməzsə, DSMF orqanları sığortaedənin (hüquqi şəxs statusunda olanlar) hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılması və sığortaedənin (hüquqi şəxs statusunda olanlar və fiziki şəxslər) fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün iddia ərizəsi ilə müvafiq məhkəmə orqanlarına müraciət edirlər. İddia ərizəsinə həmçinin xəbərdarlıq məktubu, məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlar, iddia ərizəsinin cavabdehə göndərilməsini sübut edən sənəd (poçt qəbzi) əlavə olunur.
6.3. DSMF və onun orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar.
6.4. Ləğv edilən hüquqi şəxsin (və ya xarici hüquqi şəxsin) filialının, nümayəndəliyinin və struktur bölməsinin məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliyini onların pul vəsaitləri, o cümlədən onların əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası yerinə yetirir. Hüquqi şəxsin (və ya xarici hüquqi şəxsin) filialının, nümayəndəliyinin və struktur bölməsinin məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliyini həmin filialın, nümayəndəliyin və struktur bölmənin daxil olduğu hüquqi şəxs (və ya xarici hüquqi şəxs), hüquqi şəxs (və ya xarici hüquqi şəxs) ləğv edildikdə həmin hüquqi şəxsin (və ya xarici hüquqi şəxsin) ləğvetmə komissiyası yerinə yetirir.
6.5. Ləğv edilən hüquqi şəxsin (və ya xarici hüquqi şəxsin) pul vəsaiti, o cümlədən əmlakının satışından əldə edilən vəsait məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliyin tam həcmdə yerinə yetirilməsinə kifayət etmədiyi halda, məcburi dövlət sosial sığorta haqqı üzrə qalan borc öhdəliyi qanuna, nizamnaməyə və digər təsis sənədlərinə uyğun olaraq hüquqi şəxsin (və ya xarici hüquqi şəxsin) təsisçilər tərəfindən ödənilməlidir.
6.6. Hüquqi şəxs (və ya xarici hüquqi şəxs) iflas prosesinə məruz qaldığı hallarda məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliyi qanunla müəyyən edilmiş növbəlik qaydasında yerinə yetirilir.
6.7. Yenidən təşkil edilən hüquqi şəxsin məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliyini yerinə yetirməməsinin, yaxud lazımi qaydada yerinə yetirməməsinin yenidən təşkili başa çatanadək hüquqi varisə məlum olub-olmamasından asılı olmayaraq yenidən təşkil edilən hüquqi şəxsin hüquqi varisi (hüquqi varisləri) yerinə yetirilməlidir.
6.8. Hüquqi şəxsin yenidən təşkil edilməsi onun məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliyinin bu hüquqi şəxsin hüquqi varisi tərəfindən yerinə yetirilməsi müddətlərini dəyişdirmir.
6.9. Vəfat etmiş sahibkarlıq (və ya fərdi əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliyi onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Varisi (varisləri) olmadıqda vəfat etmiş sahibkarlıq (və ya fərdi əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliyi silinir.
[13]
6.10. Sığortaedənlərin bank hesablarından pul vəsaitinin silinməsi növbəliliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bank hesabındakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə, hesabdan pul vəsaitinin silinməsi ardıcıllığına görə üçüncü növbədə dövlət büdcəsi ilə bərabər məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmənin həyata keçirilməsi müəyyənləşdirilmişdir.
6.11. DSMF orqanının sərəncamları ilə sığortaedənlərin bank hesablarından silinən, eləcə də təyinatı göstərilməyən (yəni ödəniş sənədlərində ödənilən vəsaitin məcburi dövlət sosial sığorta haqları üzrə borcun əsas məbləğinin, maliyyə sanksiyaları (o cümlədən penya) üzrə borcun və ya cari öhdəliklərin ödənilməsinə aid olması konkret göstərilmədikdə) ödəniş sənədləri üzrə daxil olan vəsaitlərin borcların ödənilməsinə aid edilməsi növbəliliyi aşağıdakı kimi nəzərə alınmalıdır.
6.11.1. ödənişi bir ildən çox olmamaqla gecikdirilən borcun ödənilməsinə;
6.11.2. bir ildən çox olmamaqla hesablanmış penya və maliyyə sanksiyasının ödənilməsinə;
6.11.3. cari hesabat dövrünün birinci və ikinci ayları üzrə yaranan öhdəliklərin ödənilməsinə;
6.11.4 cari hesabat dövrünün üçüncü ayı üzrə yaranan öhdəliklərin ödənilməsinə;
6.11.5. digər borcların ödənilməsinə.
6.12. Hesabat dövrünün sonuna DSMF orqanları tərəfindən sığortaedənlərin artıq ödənilmiş məbləğləri məcburi dövlət sosial sığorta haqları, maliyyə sanksiyaları (o cümlədən penya) və digər sosial sığorta öhdəlikləri (sığortaolunanların sanatoriya-kurort yollayışlarının dəyərinin qismən ödənişi və s.) üzrə borcların ödənilməsinə aid edilməli və bu barədə sığortaedənə 3 iş günü müddətində bildiriş (Əlavə №4) göndərilməlidir.
7. Məcburi dövlət sosial sığorta haqları üzrə uçot və hesabat
7.1. Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır.
7.2. Məcburi dövlət sosial sığorta haqqı maliyyələşmə mənbələrindən və onların hansı ödəmə sənədləri (haqq-hesab ödəmə cədvəlləri, kassa-məxaric orderi, şəxsi hesablar və s.) ilə aparılmasından, hansı formada ödənilməsindən (dəyər, natura) asılı olmayaraq hesablanmış vergi məbləğləri çıxılmamaqla əmək ödənişi və gəlirlərin bütün növlərinə hesablanır.
[14]
7.3. Bank orqanlarında hesaba malik olmayan sahibkarlar məcburi dövlət sosial sığorta haqqını qanunvericiliklə müəyyən edilən bütün ödəniş vasitələri (Mərkəzi Bankın Hökumət Ödəniş Portalı və s.) ilə DSMF orqanlarının hesabına köçürürlər.
7.4. Sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.
7.5. Sığortaedənlər rüblük hesabatlarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. Elektron qaydada hesabatın baxılması üçün qəbul edildiyini bildirən bildirişdə (Əlavə № 7 ) göstərilən gün, rabitə orqanları vasitəsi ilə göndərilən hesabatın isə DSMF-nin müvafiq orqanına daxil olduğu gün hesabatın təqdim edildiyi gün hesab edilir.
[15]
7.6. Sığortaedənlər aşağıdakı formada rüblük hesabat təqdim edirlər:
7.6.1. hüquqi şəxslər- (Əlavə № 5) ;
7.6.2. hüquqi şəxslərin filialları və struktur bölmələri (mühasibatlığı aparılmayanlar istisna olmaqla)- (Əlavə № 5);
7.6.3. xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları və nümayəndəlikləri-(Əlavə № 5);
7.6.4. seçkili orqanlar- (Əlavə № 5) ;
7.6.5. ailə kəndli təsərrüfatları - (Əlavə № 5);
7.6.6. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçiləri- (Əlavə №5, Əlavə № 5.1);
7.6.7 ev təsərrüfatına aid olan xidmətlərin həyata keçirilməsində muzdlu əmək fəaliyyəti ilə məşğul olan şəxslər- (Əlavə № 5);
7.6.8. fərdi qaydada sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər- (Əlavə № 5);
7.7. Fərdi qaydada sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxs əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə etdikdə, o həm özü-özünü sığortaedən fiziki şəxs kimi, həm də başqalarını sığortaedən kimi (Əlavə № 5) hesabat təqdim etməlidir.
7.8. Sığortaedənlər məcburi dövlət sosial sığortası məqsədləri üçün fəaliyyət növünün hər kodu (və ya məcburi dövlət sosial sığorta haqqı üzrə hər fərqli dərəcəyə görə) üzrə ayrı-ayrılıqda hesabat təqdim etməlidirlər.
7.9. Sığortaedən hesabat dövründə fəaliyyət göstərmədiyi halda fəaliyyətini dayandırdığı gündən sonrakı 10 (on) iş günü ərzində, lakin hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətinin olmaması barədə arayış təqdim etməlidir. Arayış sığortaedənin fəaliyyətinin dayandırdığı müddətə düşən hesabat dövrlərinin sayından asılı olmayaraq sığortaedən tərəfindən fəaliyyətinin bərpa tarixi göstərilməklə fəaliyyətinin dayandırdığı birinci hesabat dövründə təqdim edilir.
7.10. Sığortaedənlər aşağıdakı hallarda və müddətlərdə sığortaolunanlar haqqında məlumatı DSMF orqanına təqdim edirlər:
7.10.1. əmək pensiyasının təyinatı üçün müraciət edən sığortaolunan üzrə- müraciət günündən 10 (on) gün müddətində (Əlavə 6, Əlavə № 6.1);
7.10.2. sığortaolunan vəfat etdikdə- ölüm haqqında arayış təqdim olunduqdan 10 (on) gün müddətində (Əlavə № 6, Əlavə № 6.1).
7.11. Məcburi dövlət sosial sığortası üzrə hesabat və sığortaolunanlar haqqında məlumat təqdim edildikdən sonra ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi uçot sistemində uçota alınan sığortaolunanların fərdi şəxsi hesabında qanunvericilikdə müəyyən olunmuş qaydada nəzərə alınır.
7.12. Fərdi uçot sistemində uçota alınan sığortaolunanlar haqqında 2006-cı ilin yanvarın 1-dən əvvəlki hesabat dövrü üçün məcburi dövlət sosial sığortası üzrə məlumatlar onların fərdi şəxsi hesablarında əksini tapmır. 01.01.2006-cı il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borcların bu tarixdən sonra ödənilmiş məbləğləri sığortaolunanların fərdi şəxsi hesabında əks olunmur.
7.13. Sığortaedənlər və sığortaolunanlar tərəfindən yazılı və ya elektron formada təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada saxlanılır.
[16]
7.14. DSMF orqanları rüblük hesabatı qanunvericiliklə müəyyən edilən vaxtda təqdim etməyən sığortaedənlərə hesabatın qanunvericiliklə müəyyən edilən vaxtda təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunduğunu bildirir və hesabat 5 (beş) iş günü ərzində təqdim edilmədikdə qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin görüləcəyi barədə xəbərdarlıq (Əlavə №8) göndərir.
7.15. DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir.
7.15.1. Kameral yoxlama zamanı hesabatın doldurulmasında səhvlər aşkar edildikdə və ya hesabatlar müəyyən olunmuş formada (və ya natamam məlumatlar təqdim edildikdə təqdim edilmədikdə, DSMF orqanı tərəfindən bu barədə sığortaedənə müraciət (Əlavə №10) göndərilir və 5 (beş) iş günü ərzində sığortaedəndən düzəliş edilmiş hesabatın təqdim olunması tələb edilir.
7.16. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, sığortaedənlər tərəfindən həmin dövr (01.01.2006-cı ildən əvvəlki hesabat dövrünü əhatə etməmək şərti ilə) üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.
7.17. Əvvəl təqdim edilmiş hesabat sığortaolunana dair maliyyə göstəricilərinin ( məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı) dəyişməsi səbəbindən dəqiqləşmə tələb edərsə, sığortaolunanlar haqqında dəqiqləşdirilmiş məlumatlar sığortaedəndə səyyar yoxlama aparılmaqla, digər səbəblərdən dəqiqləşmə tələb edirsə səyyar yoxlama aparılmadan təqdim edilir.
7.18. Dəqiqləşdirilmiş hesabat DSMF-yə ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləği əvvəl təqdim edilmiş hesabat üzrə DSMF-yə ödənilməli olan məbləğdən çox olduqda hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği üzrə fərq ödənilir, az olduğu halda isə hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği üzrə fərq azaldılır. Qeyd olunan fərqlər və ona tətbiq edilmiş maliyyə sanksiyaları dəqiqləşdirilmiş hesabat təqdim ediliyi hesabat dövründə nəzərə alınır.
7.19. Əvvəlki dövrlər üçün təqdim edilməmiş hesabatlar (01.01.2006-cı ildən əvvəlki hesabat dövrünü əhatə etməmək şərti ilə) sonradan təqdim edildikdə bu hesabatlar kameral yoxlama aparıldıqdan sonra qəbul edilir. Hesabatdakı göstəricilər bu hesabatların təqdim ediliyi hesabat dövründə nəzərə alınır.
7.20. Sığortaolunanlar haqqında məlumatların sığortaolunanların şəxsi hesablarına işlənilməsi kameral yoxlamalar aparıldıqdan sonra 1 (bir ay) müddətində həyata keçirilir.
7.21. DSMF orqanları kağız daşıyıcıda qəbul edilmiş bütün hesabatların qəbulunun uçotunu aparmalıdırlar. Uçot qaytanlanmış və möhürlənmiş xüsusi jurnalda (Əlavə №11) aparılmalıdır. Bu zaman jurnalda hesabatın qəbul olunma tarixi, sığortaedənin adı, uçot nömrəsi və s. göstərilməlidir.
7.22. Sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində nəzərə alınması məqsədi ilə DSMF orqanları hər bir sığortaedən üzrə «Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat» (Əlavə №21) formasını tərtib edir.
7.23. DSMF orqanları məcburi dövlət sosial sığorta haqlarının uçotunu hər bir sığortaedən üçün açılmış məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında aparır. Şəxsi uçot hesabında sığortaedənin məcburi dövlət sosial sığortası üzrə vəsaitlərinin hərəkətinə dair hər bir əməliyyat (əmək ödənişi və gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlər, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları, məcburi dövlət sosial sığorta haqları üzrə debitor və kreditor borcları, akta əsasən silinmə, maliyyə sanksiyasının tətbiqi, sərəncam ilə ödəniş və s.) üzrə (onun aparılma tarixləri qeyd olunmaqla) müvafiq qeydlər verilməlidir.
7.24. Sığortaedən sığortaolunan barədə DSMF orqanına təqdim olunmuş məlumatların surətini sığortaolunanın müraciətinə əsasən ona təqdim edir.
7.25. DSMF orqanına təqdim olunmuş hesabatlarda səhv aşkar edildiyi halda, sığortaedən dəqiqləşdirilmiş hesabatı DSMF orqanına təqdim etdiyi gündən sonra 15 (on beş) gün müddətində sığortaolunana bu barədə dəqiqləşdirilmiş məlumat (Əlavə №6, Əlavə №6.1) təqdim etməlidir.
7.26. Sığortaolunan işdən azad edilərsə, sığortaolunanın işdən azad edildiyi günə kimi DSMF orqanına onun barəsində təqdim olunmamış fərdi məlumatlar sığortaedən tərəfindən sığortaolunana həmin gün, DSMF orqanına isə ümumi qaydada təqdim edilir.
7.27. Əmək pensiyası təyin edilərkən, sığortaolunan sığortaedənə onun barəsində DSMF orqanına təqdim olunmamış fərdi məlumatların təqdim edilməsi haqqında ərizə ilə müraciət edir. Sığortaedən bu şəxs haqqında əvvəllər təqdim olunmamış fərdi məlumatları bu Qaydalarla müəyyən edilmiş formada DSMF orqanına 10 (on) iş günü ərzində təqdim etməlidir.
7.28. Sığortaedənin fəaliyyəti maliyyə ili (1 yanvar - 31 dekabr tarixlərini əhatə edən dövr) ərzində müvəqqəti olaraq dayandırıldığı halda, sonuncu hesabat dövründən sığortaedənin fəaliyyətinin dayandırıldığı günədək olan dövrü əhatə edən rüblük hesabatlar (Əlavə №5) DSMF orqanına 1 (bir) ay müddətində təqdim edilməlidir.
7.29. Sığortaedənin ləğv olunduğu və ya yenidən təşkil edildiyi halda sonuncu hesabat dövründən sığortaedənin ləğv olunduğu və ya yenidən təşkil edildiyi günədək fəaliyyətini əhatə edən rüblük hesabatlar (Əlavə №5) DSMF orqanına 1 (bir) ay müddətində təqdim edilməlidir.
7.30. Sığortaedən sığortaolunanlar barəsində fərdi məlumatları müvafiq qaydada təsdiq edir. Sığortaedənlər sığortaolunanların güzəştli əmək stajı barədə məlumatları (Əlavə № 6.1) hesabatla (Əlavə №5) birlikdə DSMF-nin müvafiq orqanına təqdim etməlidirlər.
7.31. Sığortaolunanın hesablanmış və ödənilmiş sosial sığorta haqlarının miqdarı barədə DSMF orqanına təqdim edilmiş məlumatların əks olunduğu formaların surəti mühasibat uçotu və hesabat sənədlərinin saxlanması (qorunması) qaydalarına uyğun olaraq sığortaedəndə saxlanılır.
8. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyət növləri
8.1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci və 21-ci maddələrinə müvafiq olaraq DSMF orqanlarına, məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğlərini sığortaedənlərin hesabından tutmaq, bank və ya digər kredit təşkilatlarına, sığortaedənlərə maliyyə sanksiyaları tətbiq etmək, onların hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının və fəaliyyətlərinin dayandırılması, əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının ödənilməsi üçün iddia qaldırmaq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlanılmadan (və ya hüquqi qüvvəyə minmədən) sığortaedən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb etmək hüququ verilir.
8.2. Sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçota durma qaydalarını pozmalarına görə, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə hesablanmış məcburi dövlət sosial sığorta haqqının 5 faizi məbləğində, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda isə iyirmi iki manat miqdarında maliyyə sanksiyası tətbiq olunur. Sığortaedən hesablanmış məcburi dövlət sosial sığorta haqqını və ona tətbiq edilmiş maliyyə sanksiyasını ödəməkdən imtina edərsə, həmin məbləğ DSMF orqanları tərəfindən məhkəmə qaydasında alınır.
[17]
8.3. Sığortaedənin sonradan təqdim etdiyi hesabatlara görə uçota dürmadığı dövr üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının 5 faizi məbləği iyirmi iki manatdan çox olduqda yaranan fərq sığortaedənə əlavə hesablanaraq müəyyən olunmuş qaydada DSMF-yə ödənilməsi təmin edilir.
8.4. Sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərini vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda isə qırx dörd manat miqdarında maliyyə sanksiyası tətbiq olunur.
8.5. Sığortaedənin sonradan təqdim etdiyi hesabatlara görə hesabat təqdim etmədiyi dövr üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının 10 faizi məbləği qırx dörd manatdan çox olduqda yaranan fərq sığortaedənə əlavə hesablanaraq müəyyən olunmuş qaydada DSMF-yə ödənilməsi təmin edilir.
8.6. Sığortaedən tərəfindən fəaliyyətinin olmaması barədə müəyyən edilmiş müddətdə arayış təqdim edilməməsi hesabatın təqdim edilməməsi kimi qiymətləndirilir.
8.7. Sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlər gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur.
8.8. Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqları başqa məqsədlər üçün istifadə edildikdə, sərf olunmuş vəsaitlərin 50 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir. Sərf olunmuş vəsait dedikdə, məhsul, iş və ya xidmətin reallaşdırılmasından əldə edilən vəsaitdən onun maya dəyərinə daxil edilmiş hesablanmış məcburi dövlət sosial sığorta haqqının DSMF orqanlarına ödənilməmiş məbləği başa düşülür.
8.9. DSMF orqanları tərəfindən növbəti səyyar yoxlama halında bildirişin (Əlavə №14), növbədənkənar səyyar yoxlama halında isə DSMF orqanının qərarının (Əlavə №12) rəsmiləşdirildiyi günədək əmək ödənişi və gəlirlər gizlədilməsi (məcburi dövlət sosial sığorta haqqının azaldılması) və ya məcburi dövlət sosial sığorta haqqının başqa məqsədlərə istifadə edilməsi sığortaedənin özü tərəfindən müəyyən edilərsə, maliyyə sanksiyası (penya istisna olmaqla) tətbiq olunmur. Sığortaedən DSMF orqanına bu barədə yazılı məlumat verməklə, pozuntunu növbəti rübün hesabatında nəzərə almalıdır. Belə hallar sığortaedənin özü tərəfindən müəyyən edilməsi sistematik xarakter daşıyırsa (yəni bu hal iki və daha çox halda təkrarlanarsa), maliyyə sanksiyası tətbiq olunur.
8.10. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçiyə əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqının ödənilməsinə görə faktiki ödənilən əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərqin 50 faizi məbləğində mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlara, onların filial və nümayəndəliklərinə maliyyə sanksiyası tətbiq olunur.
[18]
8.11. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən minimum əmək haqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir və aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsinə əsasən büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildiyindən əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqının ödənilməsinə görə maliyyə sanksiyası tətbiq olunmur.
[19]
8.12. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi olmadan işləyənlər olduqda və ya müqaviləsi (kontraktı) olduğu halda hesabatdan gizlədildikdə) hər işçiyə görə sığortaedənin qanun pozuntusuna yol verdiyi dövrün hər ayı üçün əlli beş manat miqdarında maliyyə sanksiyası tətbiq olunur. Belə hallar DSMF orqanlarının işçilərinin yoxlamalar zamanı tərtib etdikləri aktla rəsmiləşdirilir.
8.13. Məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda- aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.
8.14. Bank və ya digər kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə bank hesabları açıldıqda həmin subyekt DSMF orqanında onun uçota alınması barədə sənəd (şəhadətnamə-dublikat) təqdim etməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu orqanında uçota alınması barədə sənəd (şəhadətnamə-dublikat) olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açdığına görə – hər açılmış hesab üçün bank və ya digər kredit təşkilatlarına dörd yüz qırx manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
[20]
8.15. Məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülkü Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu orqanının sərəncamlarını icra etmədiyinə görə, eləcə də hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvericiliyə uyğun olaraq dayandırıldığı müddətdə köçürmə əməliyyatı apardığına görə ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin 10 faizi miqdarında bank və ya digər kredit təşkilatlarına maliyyə sanksiyaları tətbiq olunur. Bu maliyyə sanksiyası bank və ya digər kredit təşkilatları tərəfindən ödənilmədiyi halda DSMF orqanları tərəfindən məhkəmələrdə iddia qaldırılır.
[21]
8.16. Hansı rayonun (şəhərin) ərazisində yerləşməsindən asılı olmayaraq bank və ya digər kredit təşkilatlarına maliyyə sanksiyasının tətbiqi sığortaedənin uçotda olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun orqanları tərəfindən həyata keçirilir.
[22]
8.17. Bank və digər kredit təşkilatları DSMF orqanlarının tələbi ilə onların fəaliyyəti ilə bağlı məlumatları - sığortaedənlərin cari, valyuta və digər hesabları, məcburi dövlət sosial sığorta haqları və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcların alınması üçün sığortaedənlərin bank hesablarına qoyulmuş sərəncamların icrası barədə 10 gündən gec olmayaraq təqdim etməyə borcludurlar.
[23]
8.18. Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə– gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanır.
8.19. Məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün müəyyən olunmuş müddətdən sonra Fondun hesabına köçürülməmiş məbləğ ödənilməsi gecikdirilmiş borc sayılır. Penya sığorta haqının ödəmə müddəti qurtardığı gündən sonrakı gündən başlayaraq, lakin bir ildən çox olmamaq şərti ilə borcun faktiki ödənildiyi gün də daxil olmaqla bütün təqvim günləri üçün hesablanır.
Misal 13. Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqı mayın 15-də ödənilməli olmasına baxmayaraq, mayın 18-də ödənilmişdirsə, onda penyanı 3 günə görə hesablamaq lazımdır (ayın 16-dan başlayaraq 18-i də daxil olmaqla).
8.20.Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir.
Misal 14. DSMF orqanları tərəfindən 2006-cı ilin mart ayında aparılmış yoxlama zamanı sığortaedən tərəfindən keçən ilin sonuncu rübündə 1000,0 manat gəlirin məcburi dövlət sosial sığortasından yayındığı aşkar edilmişdir. DSMF orqanı 2005-ci ilin sonuncu rübündən məcburi dövlət sosial sığorta haqqının hesablanmasını bərpa edərək müvafiq maliyyə sanksiyalarını tətbiq edir. Bu halda hesablanaraq bərpa olunmuş məcburi dövlət sosial sığorta haqqının bu gündən başlayaraq, lakin bir ildən çox olmamaq şərti ilə borcun faktiki ödənildiyi gün də daxil olmaqla bütün təqvim günləri üçün hesablanır.
8.21. DSMF orqanları üçün aşağıdakı günlər ödənişin qəbul olunduğu günlər sayılır:
8.21.1. sığortaedənin hesabından məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyaları məbləğinin bank idarəsinə köçürülməsi zamanı bank idarəsi tərəfindən bu məbləğin sığortaedənin hesabından silinmə tarixindən asılı olmayaraq, DSMF orqanının xəzinə orqanlarındakı xəzinə hesabına daxil olduğu;
8.21.2. nağd yolla ödəniş zamanı pulun DSMF orqanının xəzinə orqanlarındakı xəzinə hesabına daxil olduğu;
[24]
8.21.3. pulun poçtamt ilə göndərildiyi zaman pulun DSMF orqanının xəzinə orqanlarındakı xəzinə hesabına daxil olduğu gün.
8.22. Məcburi dövlət sosial sığorta haqqının ödəmə vaxtı istirahət günü (bayram günü, iş günü olmayan digər günlər) ilə üst-üstə düşərsə, onda penya istirahət (bayram) günündən sonrakı ikinci iş günündən hesablanır. Hesablanmış penya məbləğinə yenidən penya hesablanmır.
8.23. Məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma və sığortaedənlər tərəfindən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların DSMF-yə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə əsasən müvafiq məsuliyyətə səbəb olur.
[25]
8.24. Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.
9. Məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarət
9.1. Məcburi dövlət sosial sığorta haqqının düzgün hesablanmasına, vaxtında və tam məbləğdə ödənilməsinə nəzarəti DSMF orqanları həyata keçirirlər. DSMF orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla həyata keçirirlər. DSMF orqanları tərəfindən aparılan yoxlamalar kameral və ya səyyar ola bilər.
9.2. Kameral yoxlama DSMF orqanı tərəfindən yerlərə getmədən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasını və ödənilməsini özündə əks etdirən və sığortaedənin fəaliyyəti haqqında DSMF orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında həyata keçirilir. Kameral yoxlamanı həyata keçirmək üçün sığortaedən tərəfindən təqdim olunmuş hesabatlarda, habelə hesabatla bağlı sənədlərdə olan məlumatlar arasında uyğunsuzluq və ya səhv aşkar edildikdə bu uyğunsuzluq və ya səhvin aradan qaldırılması ilə bağlı DSMF orqanı sığortaedəndən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.
[26]
9.3. Sahibkarlıq fəaliyyəti subyektlərində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
9.4. Sahibkarlıq fəaliyyəti subyekti olmayan sığortaedənlərdə səyyar yoxlamalar bu Qaydalarla müəyyən edilmiş qaydada həyata keçirilir. Səyyar yoxlama DSMF orqanının qərarına (Əlavə №12) əsasən aparılır. Verilmiş qərarların uçotu xüsusi jurnalda (Əlavə №13) aparılır. Yoxlamalar keçirildikdə DSMF orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən sığortaedənlər üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Səyyar yoxlama sığortaedənin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edir.
[27]
9.5. Sığortaedənlərin DSMF orqanları tərəfindən həyata keçirilən yoxlamalar üzrə məhkəməyə müraciət etmək hüququ vardır.
[28]
9.6. Səyyar yoxlama növbəti və növbədənkənar ola bilər.
9.7. Səyyar yoxlamanın aparılmasının səmərəliliyinin artırılması və onların təyin edilməsi səbəblərinin əsaslandırılması məqsədi ilə səyyar yoxlama aparılması nəzərdə tutulan sığortaedən barədə DSMF orqanında olan aşağıda göstərilən məlumatlar əldə edilməlidir:
9.7.1. sığortaedənin yuxarı təşkilatı;
9.7.2. sığortaedənin təsisçiləri;
9.7.3. sığortaedənin vəzifəli şəxsləri;
9.7.4. sığortaedənin DSMF orqanında uçotu;
9.7.5. sığortaedənin hüquqi və faktiki ünvanı;
9.7.6. sığortaedənin struktur vahidləri və onların yerləşdikləri ünvanlar;
9.7.7. sığortaedənlərin bank hesabları;
9.7.8. sığortaedəndə sonuncu səyyar yoxlamanın keçirildiyi tarix, yoxlama ilə əhatə edilən dövr, hesablanmış əlavə məcburi dövlət sosial sığorta haqlarının, tətbiq olunmuş maliyyə sanksiyalarının və inzibati cərimələrin məbləğləri və ödənişi vəziyyəti;
9.7.9. sığortaedəndə yoxlama aparılması nəzərdə tutulan dövr üzrə təqdim olunmuş hesabatlar;
9.7.10. sığortaedənə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları;
9.7.11. sığortaedəndə qanunvericiliklə müəyyən edilmiş dövrə kimi sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi vəziyyəti;
9.7.12. torpaq mülkiyyətçiləri üzrə onların mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahələri (müvafiq keyfiyyət qrupları üzrə);
9.7.13. torpaq mülkiyyətçilərinin ailə üzvlərinin tərkibi və məşğulluğu;
9.7.14. sığortaedən üzrə işçilərin sayı;
9.7.15. fərdi uçot sistemində uçota alınan sığortaolunanlar haqqında məlumat;
9.7.16. sığortaedəndə yoxlama aparılması nəzərdə tutulan dövr üzrə sığortaolunanlar üçün təqdim olunmuş məlumatlar;
9.7.17. sığortaedəndə işçilərin əmək ödənişi və digər gəlirləri.
[29]
9.7.18. digər zəruri məlumatlar.
9.8. Növbəti səyyar yoxlama keçirildikdə, DSMF orqanı tərəfindən sığortaedənə yoxlama başlamazdan azı 15 gün əvvəl yazılı bildiriş (Əlavə №14) və azı 5 gün əvvəl səyyar yoxlamanın keçirilməsi haqqında qərarın (Əlavə № 12) surəti göndərilir. Bildirişdə yoxlamanın əsası, tarixi, sığortaedənin və DSMF orqanının hüquq və vəzifələri göstərilməlidir. Bildiriş iki nüsxədə tərtib olunmaqla bir nüsxəsi DSMF orqanında qalır, digər nüsxəsi isə sığortaedənə göndərilir.
9.9. Sığortaedənlərdə növbəti səyyar yoxlamanın keçirilmə müddəti iri sığortedənlərdə 10 iş günündən, orta və kiçik sığortəedənlərdə 5 iş günündən artıq ola bilməz.
9.10. Növbədənkənar səyyar yoxlama halları istisna olmaqla, DSMF orqanları tərəfindən yoxlanılmış dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının və ödənilməsinin vəziyyətinin yoxlanılması qadağandır. Bu halda növbədənkənar səyyar yoxlama yuxarı DSMF orqanının razılığına əsasən DSMF orqanının əsaslandırılmış qərarı ilə həyata keçirilir.
[30]
9.11. Yoxlanılmış dövrün yenidən yoxlanılması üçün səyyar yoxlama aşağıdakı hallarda təyin edilə bilər:
[31]
9.11.1. hüquqi şəxsin ləğvi ilə bağlı;
9.11.2. növbədənkənar səyyar yoxlaması hallarında.
9.12. Sığortaedənin DSMF orqanlarında qeydiyyata alınmış filial və ya nümayəndəliyində, digər struktur bölməsində səyyar yoxlamanın təyin edilməsi sığortaedənin özünün yoxlanılmasından asılı olmayaraq həyata keçirilir.
9.13. Yoxlamanın nəticələri ilə razılaşmayan sığortaedənlər növbədənkənar yoxlamanın keçirilməsini tələb edə bilərlər. Bu halda növbədənkənar yoxlama əvvəlki yoxlamanı keçirmiş şəxslər tərəfindən aparıla bilməz.
9.14. Növbədənkənar səyyar yoxlama təyin edildikdə yazılı bildiriş göndərilmir.
9.15. Növbədənkənar səyyar yoxlama DSMF orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilir:
[32]
9.15.1. məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi üçün zəruri olan hesabatlar DSMF orqanının xəbərdarlığından sonra da müəyyən olunmuş müddətdə təqdim edilmədikdə;
9.15.2. Əvvəl təqdim edilmiş hesabatlarda sığortaolunana dair maliyyə göstəricilərinin ( məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı) dəyişməsi ilə bağlı dəqiqləşmə tələb edilərsə, dəqiqləşdirilmiş hesabat təqdim edilməmişdən əvvəl;
9.15.3. yoxlamanın nəticələri üzrə tərtib olunmuş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
9.15.4. artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının qaytarılması barədə sığortaedənin ərizəsi daxil olduqda;
9.15.5. DSMF orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında sığortaedəninin məcburi dövlət sosial sığorta haqlarının minimum aylıq əmək haqqının 20 mislindən çox məbləğdə gizlədildiyi (və ya qanunvericiliklə müəyyən edilmiş dövrə kimi nəzərdə tutulmuş məbləğdən artıq sosial sığorta ödəmələri verildiyi) aşkar edildikdə;
9.15.6. məhkəmənin və ya hüquq-mühafizə orqanlarının yoxlamanın aparılması barədə müvafiq qərarı olduqda.
9.16. Səyyar yoxlama həyata keçirilərkən məcburi dövlət sosial sığorta haqqının hesablanması, ödənilməsi və uçotu ilə bağlı olan sənədlər (əmək və ya mülkü hüquqi xarakterli müqavilələr, sığortaolunanın fərdi uçot sistemində uçotu haqqında sənədlər, kassa və bank əməliyyatlarını əks etdirən sənədlər, təh-təl şəxslərin avans hesabatları, əmək haqqı hesablaşma cədvəlləri, mühasibat hesabatları və sair sənədlər) araşdırılmaqla aşağıdakı məsələlərə xüsusi fikir verilməli və bu məsələlər aktda öz əksini tapmalıdır:
[33]
9.16.1. muzdlu işlə məşğul olan işçilərlə əmək müqaviləsinin bağlanılması və əmək kitabçası saxlanılan sığortaedəndə işçinin (sığortaolunanın) sosial sığorta şəhadətnaməsinin olması (ilk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi) vəziyyəti;
9.16.2. sonuncu səyyar yoxlama zamanı hesablanmış əlavə məcburi dövlət sosial sığorta haqlarının, tətbiq olunmuş maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənişi vəziyyəti;
9.16.3. qanunvericiliklə müəyyən edilmiş dövrə kimi sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi vəziyyəti;
9.16.4. sosial sığorta ödəmələrinin hesablanmasına əsas olan sənədlərin tərtibinin düzgünlüyü və onların DSMF orqanlarına təqdim olunmuş nüsxələri ilə üzləşdirilməsi;
9.16.5. yoxlanılan dövr üçün məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının düzgünlüyü;
9.16.6. yoxlanılan dövr üçün məcburi dövlət sosial sığorta haqları hesablanmayan gəlirlərin müəyyən edilməsinin düzgünlüyü;
9.16.7. yoxlanılan dövr üçün DSMF orqanlarına təqdim olunan rüblük hesabatların tərtibinin düzgünlüyü və hesabatdakı məlumatların ilkin mühasibat sənədlərindəki məlumatlarla üzləşdirilməsi;
9.16.8. sığortaolunanlar barədə DSMF orqanlarına göndərilmiş məlumatların sığortaolunanlara təqdim olunması vəziyyəti;
9.16.9. ödəmə mənbəyindən məcburi dövlət sosial sığorta haqlarının hesablanıb ödənilməsinin düzgünlüyü;
9.16.10. məcburi dövlət sosial sığorta haqlarının ödənişində qanunvericiliklə müəyyən edilmiş növbəliyin gözlənilməsi vəziyyəti;
9.16.11. məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatlarının aparılması vəziyyəti;
9.16.12. sığortaolunanların fərdi uçot sistemində uçota alınması və onlar üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların DSMF-nin müvafiq orqanlarına təqdim olunması vəziyyəti;
[34]
9.16.13. ayrı-ayrı məcburi dövlət sosial sığorta ödəyicilərinin qrupları üzrə gəlirlərin düzgünlüyü ;
9.17. Səyyar yoxlamanın keçirilməsi zamanı sığortaedən tələb etdiyi halda tərcüməçi dəvət olunmalıdır. Тərcüməçinin dəvət olunması DSMF orqanının rəhbərinin qərarı (Əlavə №15) əsasında həyata keçirilir. Тərcüməçi işin nəticələrində maraqlı olmayan şəxs olmalıdır.
9.18. Səyyar yoxlamanın nəticələri üzrə DSMF orqanının yoxlama aparan işçiləri tərəfindən akt tərtib olunur və həmin şəxslər, həmçinin sığortaedənin rəhbəri (onu əvəz edən şəxs) tərəfindən imzalanır.
9.19. Akt tərtib olunarkən aşağıdakı struktur gözlənilməlidir:
9.19.1. yoxlama aktının nömrəsi və tərtib edildiyi tarix, yoxlamanın aparıldığı yer (ünvan), yoxlamanı aparan DSMF orqanının adı, səyyar yoxlama aparılan sığortaedənin adı, SUN-u, VÖEN-i və yoxlamanın növü qeyd olunmalıdır;
9.19.2. yoxlamaya əsas verən qərarın adı, nömrəsi, seriyası, tarixi, yoxlamanı aparan şəxslərin soyadı, adı, atasının adı, vəzifəsi;
9.19.3. yoxlama müddəti (başlama və başa çatma tarixi göstərilməklə);
9.19.4. sığortedənə yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat;
9.19.5. sığortaedənin tam adı, onun rəhbərinin, səlahiyyətli nümayəndəsinin adı, atasının adı, şəxsiyyət vəsiqəsinin və sosial sığorta şəhadətnaməsinin məlumatları, yaşayış ünvanı;
9.19.6. sığortaedənin hüquqi və faktiki ünvanı, filialları, nümayəndəliyi və digər təsərrüfat subyektlərinin dislokasiyası, hüquqi forması və fəaliyyəti barədə müvafiq qeydlər;
9.19.7. sığortaedənin hesabları olan bankların adları və müxbir hesabları, bankda olan hesabların adları, nömrələri, açılma tarixləri, hesabın açılması üçün şəhadətnamə-dublikat (bildiriş) vermiş DSMF orqanlarının adı, şəhadətnamə-dublikatların (bildirişlərin) nömrələri və tarixləri;
9.19.8. sığortaedəni təsis etmiş hüquqi şəxslərin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, pasport məlumatları, yaşadığı ünvan və s. Müəssisənin təsis edilməsini təsdiq edən sənədin adı, nömrəsi, tarixi, təsis sənədlərini qeydə alan dövlət orqanının adı, sığortaedənin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədin adı, nömrəsi və tarixi;
9.19.9. səyyar yoxlama zamanı sığortaedən tərəfindən sənədlərin vaxtında və tam şəkildə təqdim edilib-edilməməsi, sənədlər təqdim edilmədiyi hallarda sənədlərin əldə olunması ilə bağlı görülmüş tədbirlər, digər sığortaedənlərdən və banklardan məlumatların alınması, məhkəməyə müraciət edilməsi barədə məlumat;
9.19.10. sonuncu səyyar yoxlamaya əsas verən sənədin adı, nömrəsi, tarixi, aktın tərtib edildiyi tarix, yoxlamanın nəticəsi ilə müəyyən edilmiş qanun pozuntusunun adı, yol verilmiş qanun pozuntusuna görə qanunvericilikdə nəzərdə tutulmuş və görülmüş tədbirlər. Əvvəlki yoxlamanın nəticələri üzrə əlavə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının, tətbiq olunmuş maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənişi vəziyyəti;
9.19.11. DSMF orqanı tərəfindən tərcüməçinin dəvət olunması və bu addımın atılmasının zəruriliyi;
9.19.12. muzdlu işlə məşğul olan işçilərlə əmək müqaviləsi bağlanılması və əmək kitabçası saxlanılan sığortaedəndə işçinin (sığortaolunanın) sosial sığorta şəhadətnaməsinin olması (ilk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi) vəziyyəti;
9.19.13. yoxlanılan dövr ərzində əmək ödənişi və gəlirlər;
9.19.14. yoxlanılan dövr üçün məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının düzgünlüyü;
9.19.15. yoxlanılan dövr üçün məcburi dövlət sosial sığorta haqları hesablanmayan gəlirlərin müəyyən edilməsinin düzgünlüyü;
9.19.16. yoxlanılan dövr üçün DSMF orqanlarına təqdim olunan rüblük hesabatların və sığortaolunan haqqında məlumatların müəyyən olunmuş müddətdə təqdim olunması vəziyyəti;
9.19.17. yoxlanılan dövr üçün DSMF orqanlarına təqdim olunan rüblük hesabatların və, eləcə də sığortaolunanlar haqqında məlumatların tərtibinin düzgünlüyü və hesabatdakı məlumatların ilkin mühasibat sənədlərindəki məlumatlarla üzləşdirilməsinin nəticələri;
9.19.18. sığortaolunanlar barədə DSMF orqanlarına göndərilmiş məlumatların sığortaolunanlara təqdim olunması vəziyyəti;
9.19.19. ödəmə mənbəyindən məcburi dövlət sosial sığorta haqlarının hesablanıb ödənilməsinin düzgünlüyü;
9.19.20. məcburi dövlət sosial sığorta haqlarının ödənişində qanunvericiliklə müəyyən edilmiş növbəliliyin gözlənilməsi vəziyyəti;
9.19.21. məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatlarının aparılması vəziyyəti;
9.19.22. ayrı-ayrı məcburi dövlət sosial sığorta ödəyicilərinin qrupları üzrə gəlirlərin düzgünlüyü vəziyyəti;
9.19.23. məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan sığortaedənlər üzrə əmlak mövcudluğu vəziyyəti;
9.19.24. nəticə və yoxlanılan dövr ərzində sığortaedən tərəfindən yol verilmiş qanun pozuntuları və buna görə maliyyə sanksiyalarının tətbiqinə, nöqsanların aradan qaldırılmasına dair təkliflər, sığortaedənlərin vəzifəli şəxslərinin məsuliyyəti və inzibati cərimələr barədə təkliflər.
9.20. Sığortaedən yoxlama aktı ilə və onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, yoxlama aktının verilməsi günündən sonrakı ən geci 15 iş günü müddətində müvafiq DSMF orqanına aktın imzalanmamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Sığortaedən yoxlama materiallarına baxılmasında birbaşa, yaxud nümayəndə və ya vəkil vasitəsilə iştirak edə bilər. Qeyd olunan müddətin sonuncu günü DSMF orqanı yoxlama aktına əsasən yol verilmiş pozuntu hallarını müzakirə edir. Sığortaedən tərəfindən yoxlama aktı üzrə izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları sığortaedənlərin vəzifəli şəxslərinin (və ya onların nümayəndələrinin) iştirakı ilə müzakirə edilir. Sığortaedən və ya onun nümayəndəsi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq gəlməyibsə, yoxlamanın materiallarına, sığortaedən tərəfindən təqdim olunan etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır.
9.21. Müzakirələrdə sığortaedən tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları təsdiq olunduqdan sonra DSMF orqanının qərarı (Əlavə №16) əsasında sığortaedənə tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi, habelə aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə tələbnamə (Əlavə №17) göndərilir. DSMF orqanının qərarının surəti və tələbnamə sığortaedənə və ya onun nümayəndəsinə qərarın çıxarıldığı vaxtdan 3 iş günündən gec olmayaraq verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. DSMF orqanının qərarının surəti və tələbnaməsi sığortaedənin və ya onun nümayəndəsi tərəfindən bilərəkdən qəbul edilmirsə, bu sənədlər onların sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab olunur.
9.22. Sosial sığorta haqqında qanunvericiliyi pozmuş şəxsin əməlində inzibati xəta əlamətləri aşkar edildikdə onun məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq tədbirlər görülür.
[35]
Protokol tərtib olunduğu vaxtdan sonrakı gündən gec olmayaraq uçot jurnalında qeydiyyata alınmalı və bütün yoxlama materialları ilə birlikdə müvafiq qərarın qəbul edilməsi üçün DSMF orqanının rəhbərliyinə verilməli, bu materiallara 10 gün müddətində baxılmalı və inzibati cərimə tətbiq edilməsi barədə qərar (Əlavə №20) qəbul edilməlidir.
[36]
Cərimə barədə qərar iki nüsxədən ibarət olmaqla, DSMF orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Qərar elan edilir, onun surəti barəsində qərar çıxarılan şəxsə təqdim edilir və ya həmin şəxsə təqdim olunduğu bildirilməklə sifarişli poçtla göndərilir. Тətbiq olunmuş inzibati cərimənin məbləği 30 (otuz) gün müddətində DSMF-nin hesabına ödənilməli, onun ödənilməsi barədə qəbz DSMF orqanına təqdim edilməlidir. Vəzifəli şəxslər tərəfindən cərimə göstərilən müddətdə ödənilmədiyi hallarda, qərarın surəti vəzifəli şəxsin işlədiyi idarə, müəssisə və ya təşkilata göndərilir və DSMF orqanına çatası məbləğ müəssisənin hesabından müəyyən olunmuş qaydada silinir.
9.23. Yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi mövcud qanunvericiliyə uyğun olaraq aparılır.
10. Sığortaedənlərin şikayətlərinə baxılması qaydası
10.1. Hər bir sığortaedənin DSMF orqanlarının qərarlarından, habelə DSMF orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
10.2. DSMF orqanlarının qərarlarından, habelə DSMF orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı DSMF orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayət yuxarı DSMF orqanı və ya onun vəzifəli şəxsi tərəfindən şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət etmiş şəxsə yazılı cavab verilir.
[37]
10.3. Məhkəməyə şikayətin verilməsi borcların, maliyyə sanksiyalarının alınmasını bu barədə qərar qəbul edilənə qədər dayandırmır.
10.4. Sığortaedənin şikayətinə əsasən qərarın icrasının dayandırılması barədə məsələyə DSMF orqanının rəhbəri və ya yuxarı DSMF orqanı tərəfindən dərhal baxılır və əsaslandırılmış qərar qəbul edilir.
[38]
|
|
|||||
|
||||||
|
|
|||||
|
||||||
|
||||||
|
|
|||||
|
||||||
|
|
|||||
|
||||||
|
||||||
|
||||||
|
|
|||||
|
||||||
|
||||||
|
|
|||||
|
|
|||||
|
|
|||||
|
|
|
|
|
||
|
|
|
|
|
||
|
|
|
|
|||
|
|
||||||||||||||||||
|
|||||||||||||||||||
|
|||||||||||||||||||
|
|
||||||||||||||||||
|
|
||||||||||||||||||
|
|||||||||||||||||||
|
|||||||||||||||||||
|
|||||||||||||||||||
|
|||||||||||||||||||
|
|||||||||||||||||||
|
|||||||||||||||||||
|
|
|
|||||||||||||||||
|
|
|
|
||||||||||||||||
|
|
|
|
||||||||||||||||
|
|
|
|
||||||||||||||||
|
|
|
|
||||||||||||||||
|
|
||||||||||||||||||
|
|
||||||||||||||||||
|
|
||||||||||||||||||
|
|
|
|
||||||||||||||||
|
|
|
|
||||||||||||||||
|
|||||||||||||||||||
|
|||||||||||||||||||
|
|
|
|
||||||||||||||||
|
|
|
|
||||||||||||||||
|
|
|
|
||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||
|
|
||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|
||||||
|
|
||||||
|
|
||||||
|
|
||||||
|
|
||||||
|
|
||||||
|
|
||||||
|
|
||||||
|
|
||||||
|
|||||||
|
|
||||||
|
|
||||||
|
|
||||||
|
|||||||
|
|
||||||
|