AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.12.2014
QEYDİYYAT NÖMRƏSİ
393
ADI
“Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-12-2014, Nəşr nömrəsi: 284), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2014, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1670)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.12.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201412160393
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.12.2014
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 16 dekabr 2014-cü il

     № 393

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 16 dekabr tarixli 393 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin

 

S İ Y A H I S I

 

1. Səhiyyə sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə:

1.1. insan bədəninin temperaturunun ölçmə vasitələri;

1.2. insanın kütləsinin ölçmə vasitələri;

1.3. insanın əzələlər qrupunun iş qabiliyyətinin diaqnostikasında tətbiq edilən qüvvə və güc ölçmə vasitələri;

1.4. qanın arterial təzyiqinin ölçmə vasitələri;

1.5. klinik-laborator diaqnostikaya aid olan ölçmə vasitələri;

1.6. insanın boyunun təyin edilməsində tətbiq edilən ölçmə vasitələri;

1.7. nəfəs alınan (verilən) havanın həcminin, axınının sürətinin, qazların konsentrasiyasının (oksigen, etanol buxarları, karbon qazı) ölçmə vasitələri;

1.8. nümunə eynək linzalarının optik qüvvəsinin və digər metroloji xarakteristikalarının ölçmə vasitələri;

1.9. eşitmə orqanlarının diaqnostikasında tətbiq edilən səs siqnallarının intensivliyinin ölçmə vasitələri;

1.10. foton və elektron şüalanmasının udulmuş dozasının klinik ölçmə vasitələri;

1.11. rentgen-diaqnostik tədqiqatlarda tətbiq olunan rentgen şüalanmasının dozasının ölçmə vasitələri;

1.12. işçilərin iş yerində radiasiya nəzarəti üçün tətbiq edilən foton şüalanması doza gücünün və udulan dozasının ölçmə vasitələri;

1.13. xəstəliklərin tibbi-bioloji tədqiqatlarında, diaqnostikasında və müalicəsində tətbiq edilən radionuklidlərin aktivliyinin ölçmə vasitələri;

1.14. bioloji nümunələrin optik sıxlığının ölçmə vasitələri;

1.15. məktəbəqədər uşaq və digər təhsil müəssisələrində sanitariya-gigiyena qaydalarına və normalarına riayət edilməsinin və yaşama mühitinin, həmçinin müalicə müəssisələrinin sterilizəolunma palata və bokslarındakı mühitin xarakteristikalarının ölçülməsində tətbiq edilən ölçmə vasitələri; [1]

1.16. ionlaşdırıcı şüa mənbələrinin ölçülməsində tətbiq edilən ölçmə vasitələri.

2. Bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin həyata keçirilməsi üzrə:

2.1. radionuklidlərin aktivliyinin ölçülməsində tətbiq edilən ölçmə vasitələri;

2.2. çirkab suların nümunələrinin optik sıxlığının ölçülməsində tətbiq edilən ölçmə vasitələri;

2.3. torpağın nəmliyinin təyin edilməsi üçün tətbiq edilən ölçmə vasitələri;

2.4. torpaq sahələri, qapalı su hövzələri (təbii və süni göllər) üzərində olan hava qatının analizi üçün tətbiq edilən ölçmə vasitələri;

2.5. pestisidlərin suda, torpaqda, bitki və bitki mənşəli məhsullarda kimyəvi qalığının miqdarının təyin edilməsi üçün tətbiq edilən ölçmə vasitələri;

2.6. kənd təsərrüfatı məhsullarında nitrat və nitritlərin qalığının miqdarının təyin edilməsi üçün tətbiq edilən ölçmə vasitələri;

2.7. dərmanlaşdırılmış toxum və çiyidin tərkibində olan pestisidlərin təyin edilməsi üçün tətbiq edilən ölçmə vasitələri.

3. Baytarlıq sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə:

3.1. heyvanların kliniki müayinəsində tətbiq edilən ölçmə vasitələri;

3.2. baytarlıq və baytarlıq-sanitariya ekspertizasının keçirilməsində tətbiq edilən ölçmə vasitələri.

4. Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə:

4.1. Dövlət Yol Polisi tərəfindən avtomobillərə dövlət texniki baxışı keçirərkən, hüquqi və fiziki şəxslər tərəfindən texniki xidmət stansiyalarında avtomobillərə texniki xidmət göstərərkən tətbiq edilən, qazların və tüstülüyün konsentrasiyasını, nəqliyyat vasitələrinin səs-küyünün səviyyəsini ölçmə vasitələri;

4.2. içməli, təbii və çirkab suların çirklənmə miqdarının tədqiqi (sınağı) və ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri;

4.3. atmosferin vəziyyətinin parametrlərinin tədqiqi (sınağı) və ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri;

4.4. torpaqda çirklənmənin miqdarının tədqiqi (sınağı) və ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri.

5. Əməyin mühafizəsinin təmin edilməsi sahəsində işlərin yerinə yetirilməsi üzrə:

5.1. sərnişin və yük daşımasını həyata keçirən nəqliyyat vasitələrinin hərəkət rejimlərinə, sürücülərin iş və istirahət rejiminə nəzarət edilməsində tətbiq edilən ölçmə vasitələri.

6. Təhlükə potensiallı obyektlərin istismarına dair qanunvericiliklə müəyyən edilmiş texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi üzrə:

6.1. sənaye təhlükəsizliyi sahəsi üzrə təhlükəli istehsalat obyektlərində tətbiq olunan texniki qurğuların sınağının aparılması və müvafiq şəhadətnamənin verilməsi zamanı istehsalat nəzarətinin həyata keçirilməsi üçün tətbiq edilməsinə icazə verilmiş ölçmə vasitələri.

7. Ödənişli xidmətlərin göstərilməsi, ticarət əməliyyatları, malların ölçülüb qablaşdırılması sahələrində fəaliyyətin həyata keçirilməsi üzrə:

7.1. poçt göndərişlərinin kütləsinin ölçmə vasitələri;

7.2. poçt göndərişlərinin xətti ölçülərinin (qabaritlərinin) ölçülməsi üçün tətbiq edilən uzunluq ölçmə vasitələri.

7.3. ticarətdə tətbiq edilən, o cümlədən qiyməti və dəyəri göstərilməklə, malların kütləsinin ölçmə vasitələri;

7.4. ticarətdə malların xətti ölçülərini ölçmək üçün tətbiq edilən uzunluqölçmə vasitələri;

7.5. ticarətə daxil olan malların ölçülüb qablaşdırılmasında tətbiq edilən, konsentrasiya və həcmölçmə vasitələri;

7.6. vətəndaşlara göstərilən kommunal xidmətlərin ödənişinin hesabatında tətbiq edilən elektrik enerjisi miqdarının ölçmə vasitələri;

7.7. vətəndaşlara göstərilən kommunal xidmətlərin ödənişinin hesabatında tətbiq edilən isti və soyuq su sərfinin ölçmə vasitələri;

7.8. vətəndaşlara göstərilən kommunal xidmətlərin ödənişinin hesabatında tətbiq edilən qaz sərfinin ölçmə vasitələri;

7.9. yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçmə vasitələri;

7.10. yanacaqdoldurma məntəqələrində buraxılan avtomobil yağlarının həcminin və kütləsinin ölçmə vasitələri;

7.11. maye qazdoldurma məntəqələrində avtonəqliyyat vasitələrinə qaz doldurulmasında tətbiq edilən qaz həcmi və kütləsinin ölçmə vasitələri;

7.12. avtonəqliyyatda gediş haqqının ödənişinin hesabatında avtomobilin getdiyi məsafənin və boşdayanmanın ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri.

8. Dövlət uçot və qeydiyyat əməliyyatları sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə:

8.1. dövlət uçot və qeydiyyat əməliyyatları sahəsində tətbiq edilən ölçmə vasitələri.

9. Su, qaz, elektrik və istilik enerjisinin sərfinin uçotu sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə:

9.1. su, qaz, elektrik və istilik enerjisinin uçotu zamanı istifadə olunan ölçmə vasitələri.

10. Dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üzrə:

10.1. dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi sahəsində tətbiq edilən ölçmə vasitələri.

11. Bank, vergi və gömrük əməliyyatlarının həyata keçirilməsi üzrə:

11.1. bank və gömrük əməliyyatlarının keçirilməsində, həmçinin vergi tutulması zamanı tətbiq edilən kütlə ölçmə vasitələri;

11.2. gömrük əməliyyatlarının keçirilməsində tətbiq edilən həcm-ölçmə vasitələri;

11.3. gömrük əməliyyatlarının keçirilməsində tətbiq edilən uzunluq- ölçmə vasitələri;

11.4. gömrük əməliyyatlarının keçirilməsində, həmçinin vergi tutulması zamanı tətbiq edilən yanacaq-energetika resurslarının parametrlərinin və miqdarının ölçmə vasitələri.

12. Fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi üzrə:

12.1. fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi sahəsində tətbiq edilən ölçmə vasitələri.

13. Geodeziya və kartoqrafiya sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə:

13.1. geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində tətbiq edilən ölçmə vasitələri.

14. Hidrometeorologiya sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə:

14.1. havanın nisbi rütubətinin ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri;

14.2. havanın temperaturunun ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri;

14.3. atmosfer təzyiqinin ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri;

14.4. küləyin istiqamətinin və sürətinin ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri;

14.5. günəş şüasının intensivliyinin ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri.

15. Məhsulların (işlərin, xidmətlərin) normativ hüquqi aktlarla müəyyən edilmiş məcburi tələblərə uyğunluğunun qiymətləndirilməsi sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə:

15.1. məhsulların (işlərin, xidmətlərin) normativ hüquqi aktlarla (o cümlədən, texniki normativ hüquqi aktlarla) müəyyən edilmiş məcburi tələblərə uyğunluğunun qiymətləndirilməsində tətbiq edilən ölçmə vasitələri.

16. Rəsmi idman yarışlarının keçirilməsi, idmançıların hazırlanması sahəsi üzrə:

16.1. zamanın ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri;

16.2. uzunluğun ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri;

16.3. idmançıların və idman avadanlıqlarının kütləsinin ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri.

17. Dövlət orqanlarının ölçmələrin məcburi aparılması barədə qərarlarının icrası üzrə:

17.1. məhkəmə ekspertizasının həyata keçirilməsində, həmçinin məhkəmə və prokurorluq orqanlarının və digər dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsində tətbiq edilən ölçmə vasitələri.

18. Dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi üzrə:

18.1. məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.2. dövlət veterinar və karantin-fitosanitar nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.3. pestisidlər və aqrokimyəvi maddələrlə təhlükəsiz davranmaq sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.4. dövlət ekoloji nəzarəti tədbirlərinin (dövlət ekoloji nəzarətinin) həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.5. Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.6. dövlət sanitar-epidemioloji nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.7. təhlükəli istehsal obyektinin istismarına sənaye təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə dövlət nəzarəti tədbirlərinin, hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.8. dövlət metroloji nəzarətinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164) ilə “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı”nın 1.15-ci bəndindən “uşaq” sözü çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status