AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
21.12.2001
QEYDİYYAT NÖMRƏSİ
844
ADI
Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2001, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 788)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.12.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
120.000.000
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında

Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ölkənin su ehtiyatlarından elektrik enerjisi istehsalı üçün səmərəli istifadə edilməsi və yerlərdə enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq qərara alıram:

1. "Azərenerji" Səhmdar Cəmiyyətinin bu Sərəncamının əlavəsində göstərilən kiçik su elektrik stansiyaları özəlləşdirməyə açıq elan edilsinlər.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kiçik su elektrik stansiyalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsini təmin etsin. [1]

3. Müəyyən edilsin ki, kiçik su elektrik stansiyalarının özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.

4. "Azərenerji" Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu Sərəncamın əlavəsində göstərilən kiçik su elektrik stansiyaları özəlləşdirilənədək onların idarə olunmasına və əmlakının qorunub saxlanılmasına məsuliyyət daşıyır.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 21 dekabr 2001-ci il
№ 844

 

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il "21"dekabr tarixli  844 №-li Sərəncamına

əlavə

 

Özəlləşdirməyə açıq elan edilən kiçik su elektrik stansiyalarının
SİYAHISI

 

1. "Quba" kiçik su elektrik stansiyası

2. "Qusar" kiçik su elektrik stansiyası

3. "Şəki" kiçik su elektrik stansiyası

4. "Çiçəkli (Zurnabad)" su elektrik stansiyası

5. "Muğan" kiçik su elektrik stansiyası

6. "Zeyxur" kiçik su elektrik stansiyası

7. "Nügədi" kiçik su elektrik stansiyası

8. "Balakən" kiçik su elektrik stansiyası

9. "Çinarlı" kiçik su elektrik stansiyası

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)

2.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)

3.       4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911)

 

 SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bəndində “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 2-ci bəndində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status