×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.10.2013
QEYDİYYAT NÖMRƏSİ
314
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2013, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1232)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.10.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.10.2013
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş «Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı»nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Azərbaycan Milli Elmlər Akademiyası üzrə” bölməsində:

1.1.1. “Biologiya elmləri bölməsi”ndən sonra aşağıdakı məzmunda “Aqrar elmlər bölməsi” əlavə edilsin:

 

Aqrar elmlər bölməsi

 

1.

Torpaqşünaslıq və Aqrokimya İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

2.

Genetik Ehtiyatlar İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

3.

Eroziya və Suvarma İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

 

1.1.2. “Humanitar və İctimai elmlər bölməsi”ndən sonra aşağıdakı məzmunda “Naxçıvan bölməsi” və “Gəncə bölməsi” əlavə edilsin:

 

Naxçıvan bölməsi

 

1.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

2.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

3.

Təbii Ehtiyatlar İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

4.

Bioresurslar İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

5.

Batabat Astrofizika Rəsədxanası

fəlsəfə doktoru üzrə

 

Gəncə bölməsi

 

1.

Humanitar Tədqiqatlar İnstitutu

fəlsəfə doktoru üzrə

2.

Diyarşünaslıq İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

3.

Nizami Gəncəvi Mərkəzi

fəlsəfə doktoru üzrə

4.

Bioresurslar İnstitutu

fəlsəfə doktoru üzrə

5.

Ekologiya və Təbii Ehtiyatlar İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

6.

Aqrar Problemlər İnstitutu

fəlsəfə doktoru üzrə

 

1.1.3. “Biologiya elmləri bölməsi”ndən 4-cü və 5-ci hissələr çıxarılsın;

1.1.4. “Humanitar və İctimai elmlər bölməsi”ndən 16-cı və 17-ci hissələr çıxarılsın;

1.2. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə” bölməsindən 9-cu hissə çıxarılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    Artur RASİ-ZADƏ

 

Bakı şəhəri, 24 oktyabr 2013-cü il

                  № 314

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status