“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2015-ci il
№ 995
|
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı
FƏALİYYƏT PLANI
[1]
Strateji hədəflər
|
Tədbirlər
|
Tədbirin həyata keçirilməsi üçün zəruri əsaslar
|
İcra müddəti (illər üzrə)
|
İcraçılar
|
||||||
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması
|
||||||||||
1.1. Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standartlarının və kurikulumların hazırlanması
|
1.1.1. məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının hazırlanması və ekspertizası
|
|
2015
|
Təhsil Nazirliyi
|
||||||
1.1.2. məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının təsdiqi
|
|
2015
|
Nazirlər Kabineti
|
|||||||
1.1.3. məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların (o cümlədən məktəbə hazırlıq kurikulumunun) hazırlanması
|
|
2015
|
Təhsil Nazirliyi
|
|||||||
1.1.4. məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumlara dair təlimlərin təşkili, kurikulumların tətbiqi
|
milli məzmun standartlarının Nazirlər Kabineti tərəfindən təsdiqi, kurikulumların tətbiqi üçün maliyyə vəsaitinin ayrılması
|
2016
|
Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
|||||||
1.1.5. “Səriştəli valideynlər” televiziya proqramının hazırlanması və həyata keçirilməsi
|
maliyyə vəsaitinin ayrılması
|
2015-ci ildən başlayaraq
|
Elm və Təhsil Nazirliyi
[2]
|
|||||||
1.2. Səriştə əsaslı ümumi təhsil standartlarının və kurikulumlarının hazırlanması
|
1.2.1. 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarının hazırlanması və ekspertizası
|
|
2015–2016
|
Təhsil Nazirliyi
|
||||||
1.2.2. 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarının təsdiqi
|
12 illik ümumi təhsilə keçidi təmin etmək məqsədi ilə müvafiq qanunvericilik aktlarında dəyişikliklərin edilməsi
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
1.2.3. 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumlarının hazırlanması
|
|
2016-2017
|
Təhsil Nazirliyi
|
|||||||
1.2.4. 12 illik ümumi təhsilin nümunəvi kurikulumları üzrə təlimlərin təşkili, kurikulumların tətbiqi
|
milli məzmun standartlarının Nazirlər Kabineti tərəfindən təsdiqi, kurikulumların tətbiqi üçün maliyyə vəsaitinin ayrılması
|
2017-2021
|
Təhsil Nazirliyi
|
|||||||
1.2.5. dərslik hazırlığı sahəsində yeni qaydaların hazırlanması
|
|
2016-2017
|
Təhsil Nazirliyi,
Dövlət İmtahan Mərkəzi
|
|||||||
1.2.6. dərslik hazırlığı sahəsində yeni qaydaların təsdiqi
|
|
2017
|
Nazirlər Kabineti
|
|||||||
1.2.7. dərslik hazırlığı sahəsində yeni qaydaların tətbiqi
|
dərslik hazırlığı sahəsində yeni qaydaların təsdiqi, maliyyə vəsaitinin ayrılması
|
2017
|
Təhsil Nazirliyi
|
|||||||
1.3. Şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması
|
1.3.1. istedadlı uşaq və gənclərin inkişafı üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi
|
istedadlı uşaq və gənclərin inkişafı üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması
|
2016–2024
|
Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
1.4. Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması
|
1.4.1. sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi
|
sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması
|
2015–2023
|
Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi
|
||||||
1.5. Cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı peşə və orta ixtisas təhsili standartlarının və kurikulumlarının hazırlanması
[4]
|
1.5.1. peşə və orta ixtisas təhsili standartlarının hazırlanması və ekspertizası
|
|
2015–2016
|
Təhsil Nazirliyi
|
||||||
1.5.2. peşə və orta ixtisas təhsili standartlarının təsdiqi
|
|
2017
|
Nazirlər Kabineti
|
|||||||
1.5.3. peşə və orta ixtisas təhsilinin nümunəvi kurikulumlarının hazırlanması
|
|
2017–2018
|
Təhsil Nazirliyi
|
|||||||
1.5.4. peşə və orta ixtisas təhsilinin nümunəvi kurikulumları üzrə təlimlərin təşkili, kurikulumların tətbiqi
|
milli məzmun standartlarının Nazirlər Kabineti tərəfindən təsdiqi, kurikulumların tətbiqi üçün maliyyə vəsaitinin ayrılması
|
2017–2019
|
Təhsil Nazirliyi
|
|||||||
1.6. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi
|
1.6.1. ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların hazırlanması və ekspertizası
|
|
2015–2017
|
Təhsil Nazirliyi
|
||||||
1.6.2. ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların təsdiqi
|
|
2017
|
Nazirlər Kabineti
|
|||||||
1.6.3. pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığı üzrə kurikulumların hazırlanması, ekspertizası və tətbiqi
|
standartların Nazirlər Kabineti tərəfindən təsdiqi
|
2017–2019
|
Təhsil Nazirliyi
|
|||||||
1.6.4. ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi prosesində müstəqilliyin verilməsi məqsədi ilə normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
|
2018-2019
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi
|
|||||||
1.6.5. ali təhsilin səviyyələri arasında əlaqələrin və varisliyin gücləndirilməsi, doktorantura səviyyəsi üçün elmi tədqiqatlar sahəsində yüksək hazırlığı və elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə yiyələnməni təmin edən müasir standartların hazırlanması və ekspertizası
|
|
2016–2017
|
Təhsil Nazirliyi
|
|||||||
1.6.6. doktorantura səviyyəsi üçün standartların təsdiqi
|
|
2017
|
Nazirlər Kabineti
|
|||||||
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksəknüfuzlu təhsilverənin formalaşdırılması
|
||||||||||
2.1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması
|
2.1.1. bütün təhsil pillələri üçün innovativ təlim metodologiyasının və müvafiq resursların yaradılması məqsədi ilə müsabiqə mexanizminin hazırlanması və müsabiqələrin keçirilməsi
|
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
||||||
2.1.2. təhsilverənlərin əlavə təhsili sahəsində keyfiyyətin yüksəldilməsi və rəqabət mühitinin formalaşdırılması üçün mülkiyyət formasından asılı olmayaraq, əlavə təhsil verən müəssisələrin potensialının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi
|
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi
|
|||||||
2.1.3. ali təhsil müəssisələrində əlavə təhsil üzrə strukturların yaradılmasının təşviqi
|
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
2.1.4. ümumi təhsil müəssisələri müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması üçün innovativ modellərin (“Mentorluq”, “Həmkardan-həmkara”, “Məsləhət” və s.) yaradılması və tətbiqi
|
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
2.1.5. pedaqoji heyət üçün modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması
|
|
2016
|
Təhsil Nazirliyi
|
|||||||
2.1.6. ixtisasartırma təhsilinin nəticələrinin qiymətləndirilməsi və stimullaşdırılması mexanizminin hazırlanması və tətbiqi
|
ixtisasartırma təhsilinin nəticələrinin qiymətləndirilməsi və maddi stimullaşdırma tədbirləri sisteminin yaradılması
|
2017–2018
|
Təhsil Nazirliyi
|
|||||||
2.2. Təfəkkürün və şəxsiyyətin inkişafına yönəldilmiş, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resursların inkişafı
|
2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan metodiki vəsaitlərin, didaktik materialların, təlim vasitələrinin hazırlanmasını stimullaşdıran müsabiqə və qrant mexanizmlərinin yaradılması və tətbiqi
|
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
||||||
2.3. Müəllim peşəsinin nüfuzunun artırılması məqsədi ilə dövlət siyasətinin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi
|
2.3.1. səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması
|
|
2015–2016
|
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
||||||
2.3.2. yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin təsdiqi
|
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
2.3.3. əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin tətbiqi
|
yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin təsdiqi, yeni sistem üçün maliyyə vəsaitinin ayrılması
|
2017-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
2.3.4. müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin hazırlanması və tətbiqi
|
yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin təsdiqi
|
2018
|
Təhsil Nazirliyi
|
|||||||
2.3.5. müəllim fəaliyyətinin monitorinqi üzrə göstəricilər sisteminin hazırlanması və tətbiqi
|
|
2015–2016
|
Təhsil Nazirliyi
|
|||||||
2.3.6. müəllimlər arasında sağlam rəqabətin stimullaşdırılması üçün müsabiqələrin, o cümlədən qrant layihələrinin həyata keçirilməsi
|
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
2.3.7. müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi qaydalarının hazırlanması və təsdiq edilməsi
|
|
2016–2017
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi
|
|||||||
2.3.8. məktəbəqədər və ümumi təhsil müəssisələrinin təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi
|
|
2017-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
|||||||
3. Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması
|
||||||||||
3.1. Təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması
|
3.1.1. təhsil sistemində tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və təqdim edilməsi
|
|
2015–2016
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi
|
||||||
3.1.2. təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması
|
|
2016
|
Təhsil Nazirliyi
|
|||||||
3.1.3. birillik icbari məktəbəhazırlıq təhsilinin təmin olunması üzrə icra mexanizminin hazırlanması və tətbiqi
|
mövcud mexanizmin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinin ayrılması
|
2016–2018
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi
|
|||||||
3.1.4. erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını nəzərdə tutan məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramının hazırlanması
|
|
2015–2016
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları
|
|||||||
3.1.5. 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflərin hazırlanması
|
|
2017–2018
|
Nazirlər Kabineti Təhsil Nazirliyi
|
|||||||
3.1.6. tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi və fəaliyyətinin təşkili
|
|
2017-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.1.7. təhsil müəssisələrinin infrastrukturuna dair yeni norma, standart və qaydaların hazırlanması
|
|
2017–2018
|
Təhsil Nazirliyi
|
|||||||
3.1.8. təhsil müəssisələrinin infrastrukturuna dair yeni norma, standart və qaydaların təsdiqi
|
|
2019
|
Nazirlər Kabineti
|
|||||||
3.1.9. təhsil müəssisələrinin infrastrukturuna dair yeni norma, standart və qaydaların tətbiqi
|
təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların Nazirlər Kabineti tərəfindən təsdiqi
|
2019-cu ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.1.10. beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qaydalarının hazırlanması
|
|
2016-2017
|
Təhsil Nazirliyi
|
|||||||
3.1.11. təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qaydalarının təsdiqi
|
|
2017
|
Nazirlər Kabineti
|
|||||||
3.1.12. təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin hüquqi bazasının yaradılması haqqında təkliflərin hazırlanması
|
|
2017–2018
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat |
|||||||
3.1.13. ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq, prioritet sahələr üzrə kadr hazırlığını əhatə edən dövlət sifarişinin formalaşdırılmasının yeni mexanizminin hazırlanması və təsdiqi
|
|
2015-2016
|
Nazirlər Kabineti
|
|||||||
3.1.14. təhsil sistemində kadr hazırlığı üzrə dövlət sifarişinin formalaşdırılmasına dair yeni mexanizmin tətbiqi
|
təhsil sistemində kadr hazırlığı üzrə dövlət sifarişinin formalaşdırılmasına dair yeni mexanizmin təsdiqi
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
|||||||
3.1.15. mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanması və təsdiq üçün təqdim olunması
|
|
2015–2016
|
Nazirlər Kabineti
|
|||||||
3.1.16. ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizminin tətbiqi
|
yeni qəbul və yerləşdirmə mexanizminin təsdiqi
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi
|
|||||||
3.2. Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması
|
3.2.1. təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazasının yaradılması
|
|
2018-2020
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi
|
||||||
3.2.2. təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması
|
|
2020
|
Təhsil Nazirliyi
|
|||||||
3.2.3. maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə, təhsil müəssisələrində dövlət-ictimai idarəetmə strukturlarının (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) yaradılması üzrə təkliflərin hazırlanması
|
|
2020-2021
|
Təhsil Nazirliyi
|
|||||||
3.3. Təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması
|
3.3.1. təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartlarının və göstəricilərinin hazırlanması
|
|
2015–2017
|
Təhsil Nazirliyi
|
||||||
3.3.2. ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsi layihəsinin hazırlanması
|
|
2015-2016
|
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
|||||||
3.3.3. ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin təsdiqi
|
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
3.3.4. ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqi
|
Milli Kvalifikasiya Çərçivəsinin təsdiqi
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.3.5. ömür boyu təhsil, qeyri-formal və informal təhsilin təşkilinin və bu yolla təhsil almış şəxslərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün hüquqi bazanın yaradılmasına dair təkliflərin hazırlanması
|
|
2016-2017
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
|||||||
3.3.6. beynəlxalq təhsil proqramlarının tanınması və onların tətbiqi ilə bağlı müvafiq mexanizmlərin hazırlanması və həyata keçirilməsi
|
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.3.7. təhsil müəssisələrinin reytinq sisteminin yaradılması
|
|
2016
|
Təhsil Nazirliyi
|
|||||||
3.3.8. məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin hazırlanması
|
|
2015-2016
|
Təhsil Nazirliyi
|
|||||||
3.3.9. məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin təsdiqi
|
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
3.3.10. məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin tətbiqi
|
məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin təsdiqi
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.3.11. keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi
|
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.3.12. təhsil proqramları, tədris resursları, təlim metodikaları, təhsilverənlər, təhsil müəssisələri arasında sağlam rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin müəyyənləşdirilməsi və tətbiq edilməsi
|
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.4. Təhsilin idarə olunmasının məlumat sistemləri və yeni hesabatvermə modelinin yaradılması
|
3.4.1. bütün təhsil pillələri üzrə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi, “Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemləri əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və mütəmadi yenilənməsinin təmin edilməsi
[5]
|
maliyyə vəsaitinin ayrılması
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi
|
||||||
3.4.2. təhsil müəssisələrində məlumat bazalarının, məzun-koordinasiya-informasiya sistemlərinin yaradılması, yenilənməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi
|
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.4.3. əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması və tətbiqi
|
|
2016-2017
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat |
|||||||
3.5. Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması
|
3.5.1. təhsil müəssisələrində keyfiyyətin xarici və daxili monitorinqi, qiymətləndirmə mexanizmlərinin yaradılması və tətbiqi
|
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
||||||
3.5.2. ali təhsil müəssisələrində qiymətləndirmə mexanizmlərinin Bolonya prosesinin tələblərinə uyğun təkmilləşdirilməsi
|
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.5.3. ümumi təhsildə şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin, o cümlədən məktəbdaxili qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi
|
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi
|
|||||||
3.5.4. ümumi təhsildə müxtəlif fənlər üzrə mütəmadi olaraq milli qiymətləndirmə tədqiqatlarının aparılması
|
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.5.5. ümumi təhsil müəssisələri şagirdlərinin biliyinin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda iştirakın təmin olunması
|
maliyyə vəsaitinin ayrılması
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
3.5.6. ümumi təhsildə beynəlxalq qiymətləndirmənin nəticələri əsasında inkişaf layihələrinin hazırlanması
|
beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakın təmin olunması
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması
|
||||||||||
4.1. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompyuter-planşetlə təmin olunması
|
4.1.1. təhsil sisteminin informasiyalaşdırılması proqramına uyğun olaraq bütün təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması
|
maliyyə vəsaitinin ayrılması
|
2015–2020
|
Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
[6]
|
||||||
4.1.2. hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi
|
maliyyə vəsaitinin ayrılması
|
2015–2020
|
Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
|||||||
4.1.3. ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompyuter-planşetlə təmin edilməsi
|
maliyyə vəsaitinin ayrılması
|
2015–2020
|
Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
|||||||
4.2. Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması
|
4.2.1. təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarının layihəsinin hazırlanması
|
|
2016-2017
|
Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
4.2.2. təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarının təsdiq üçün təqdim edilməsi
|
|
2017
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi
|
|||||||
4.2.3. təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarının həyata keçirilməsi
|
təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı pillələr üzrə dövlət proqramlarının təsdiqi
|
2018–2025
|
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
|||||||
4.3. Distant təhsil, istedadlı şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması
|
4.3.1. regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramı layihəsinin hazırlanması
|
|
2017-2018
|
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat |
||||||
4.3.2. regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramının təsdiq üçün təqdim edilməsi
|
|
2019
|
Nazirlər Kabineti
|
|||||||
4.3.3. regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramının həyata keçirilməsi
|
regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması
|
2019–2024
|
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
|||||||
4.4. Müasir təminatlı peşə təhsil mərkəzlərinin və komplekslərinin yaradılması
[7]
|
4.4.1. peşə təhsil mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının layihəsinin hazırlanması
|
|
2015–2016
|
Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
4.4.2. peşə təhsil mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının təsdiq üçün təqdim edilməsi
|
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
4.4.3. peşə təhsil mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının həyata keçirilməsi
|
peşə təhsil mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması
|
2016–2024
|
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
|||||||
4.5. Məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin hazırlanması
|
4.5.1. məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramının layihəsinin hazırlanması
|
|
2015–2016
|
Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
4.5.2. məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramının təsdiq üçün təqdim edilməsi
|
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
4.5.3. məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramının həyata keçirilməsi
|
məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması
|
2016–2024
|
Elm və Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları
|
|||||||
4.6. Kampusların yaradılması
|
4.6.1. ali təhsil müəssisələri üçün kampusların yaradılması üzrə dövlət proqramının layihəsinin hazırlanması
|
|
2015-2016
|
Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
4.6.2. ali təhsil müəssisələri üçün kampusların yaradılması üzrə dövlət proqramının təsdiq üçün təqdim edilməsi
|
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
4.6.3. ali təhsil müəssisələri üçün kampusların yaradılması üzrə dövlət proqramının həyata keçirilməsi
|
ali təhsil müəssisələri üçün kampusların yaradılması üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması
|
2016–2024
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
4.7. Ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi
|
4.7.1. elektron kitabxana şəbəkəsinin genişləndirilməsi
|
|
2015–2020
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
|
||||||
4.8. Təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi
|
4.8.1. uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə onlayn “Təhsil” televiziyasının yaradılması;
|
maliyyə vəsaitinin ayrılması
|
2015-2016
|
Təhsil Nazirliyi
|
||||||
|
4.8.2. təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirmə xarakterli portalların yaradılması, onlayn təlimlər, elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunlarının hazırlanması;
|
maliyyə vəsaitinin ayrılması
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
||||||
4.8.3. Təhsilin inkişaf istiqamətlərinin düzgün başa düşülməsi üçün media işçilərinin bilik və bacarıqlarının inkişafına yönəlmiş təlimlərin təşkili, təhsil sahəsində çap, onlayn, audio və video materiallarının hazırlanması üzrə müsabiqələrin təşkili
|
maliyyə vəsaitinin ayrılması
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən maliyyələşdirilməsinin yeni mexanizminin yaradılması
|
||||||||||
5.1. Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması
|
5.1.1. ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması
|
|
2016-cı ildən başlayaraq
|
Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi
|
||||||
5.1.2. dövlət təhsil müəssisələri üçün nəticəyönlü büdcə planlaşdırılması, büdcədənkənar mənbələrdən vəsaitlərin cəlbi və onlardan istifadə mexanizmlərinin yaradılması
|
|
2015–2017
|
Təhsil Nazirliyi
|
|||||||
5.2. Təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminə keçid
|
5.2.1. təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminin hazırlanması
|
|
2016
|
Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
5.2.2. təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminin təsdiqi
|
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
5.2.3. təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi
|
təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminin təsdiqi, maliyyə vəsaitinin ayrılması
|
2017-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
5.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi
|
5.3.1. dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin hazırlanması
|
|
2015-2016
|
Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
5.3.2. dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin təsdiqi
|
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
5.3.3. dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin tətbiqi
|
dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin təsdiqi
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
5.4. Büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması
|
5.4.1. Təhsilin İnkişafı Fondunun yaradılmasına dair təkliflərin təqdim edilməsi
|
|
2015–2016
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi
|
||||||
5.5. Təhsil sistemində elmi tədqiqatların yeni maliyyələşmə mexanizminin tətbiqi
|
5.5.1. təhsil sistemində elmi tədqiqatların dövlət sifarişi və qrantlar əsasında maliyyələşdirilməsi mexanizminin hazırlanması və həyata keçirilməsi
|
|
2015-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
5.6. Mülkiyyət formasından asılı olmayaraq, müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi
|
5.6.1. müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexanizminin hazırlanması
|
|
2015-2016
|
Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
5.6.2. müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexanizminin təsdiqi
|
|
2016
|
Nazirlər Kabineti
|
|||||||
5.6.3. müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexanizminin həyata keçirilməsi
|
müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexanizminin təsdiqi
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
|||||||
5.7. Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması
|
5.7.1. təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin hazırlanması
|
|
2016–2017
|
Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
5.7.2. təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin təsdiqi
|
|
2017
|
Nazirlər Kabineti
|
|||||||
5.7.3. təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin tətbiqi
|
təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin təsdiqi, maliyyə vəsaitinin ayrılması
|
2017-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi
|
|||||||
5.8. Ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmadan məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması
|
5.8.1. məqsədli kapital fondunun nümunəvi Əsasnaməsinin layihəsinin hazırlanması və təsdiqi
|
|
2016–2017
|
Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
5.9. Aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək sisteminin yaradılması
|
5.9.1. təhsil müəssisələrində aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək mexanizminin yaradılması və tətbiqi
|
təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizmində aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək üçün vəsaitin nəzərdə tutulması
|
2017-ci ildən başlayaraq, mütəmadi
|
Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
5.10. Müəllim əməyinin layiqincə dəyərləndirilməsi, onların illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması
|
5.10.1. ortamüddətli proqnozlaşdırmada müəllimlərin illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması
|
yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin təsdiqi
|
2015–2022
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
||||||
5.11. Tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması
|
5.11.1. ortamüddətli proqnozlaşdırmada tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması
|
ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması
|
2016–2022
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi
|
||||||
5.12. İnformasiya-kommunikasiya texnologiyalarına əsaslanan müasir təhsil infrastrukturunun, o cümlədən elektron təhsil resurslarının yaradılmasına əlavə vəsaitlərin ayrılması
|
5.12.1. ortamüddətli proqnozlaşdırmada informasiya-kommunikasiya texnologiyalarına əsaslanan müasir təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına vəsaitlərin ayrılmasının nəzərdə tutulması
|
ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması
|
2016–2022
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi
|
||||||
5.13. Təhsil şəbəkəsində rasionallaşdırma tədbirlərini həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək məqsədi ilə ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması
|
5.13.1. təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizmində ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin nəzərdə tutulması
|
|
2017-ci ildən başlayaraq, mütəmadi
|
Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
||||||
5.14. Təhsilalma imkanlarını genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin yaradılması
|
5.14.1. təhsilalma imkanlarını genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri və qrantları sisteminin normativ hüquqi bazasının yaradılması
|
|
2015–2016
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
5.14.2. təhsilalma imkanlarını genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri və qrantları sisteminin tətbiqi
|
təhsilalma imkanlarını genişləndirmək üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri və qrantları sisteminin normativ hüquqi bazasının yaradılması
|
2016-cı ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
|||||||
5.15. Məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz olaraq müvafiq xidmətlərin göstərilməsi, dərs və ya təlim vəsaitlərinin verilməsi
|
5.15.1. təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizmində məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz olaraq müvafiq xidmətlərin göstərilməsi, dərs və ya təlim vəsaitlərinin verilməsi mexanizminin yaradılması və tətbiqi
|
təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizmində məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz olaraq müvafiq xidmətlərin (dərs və ya təlim vəsaitləri və s.) göstərilməsi üçün vəsaitin nəzərdə tutulması
|
2017-ci ildən başlayaraq, mütəmadi
|
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat |
||||||
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
2.
7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470)
3.
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802)
4.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
5.
1 mart 2019-cu il tarixli 1003 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 443)
6.
16 may 2019-cu il tarixli 1178 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 899)
7.
29 noyabr 2019-cu il tarixli 871 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 noyabr 2019-cu il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1719)
8.
30 iyul 2020-ci il tarixli 2182 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 946)
9.
29 yanvar 2021-ci il tarixli 2464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 80)
10.
3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.3.1-ci, 3.1.12-ci, 3.1.14-cü, 3.4.3-cü, 4.2.1-ci, 4.2.3-cü, 4.3.1-ci, 4.3.3-cü, 4.4.1-ci, 4.4.3-cü, 4.5.1-ci, 4.6.1-ci, 5.2.1-ci, 5.3.1-ci, 5.5.1-ci, 5.6.1-ci, 5.6.3-cü, 5.7.1-ci, 5.8.1-ci, 5.9.1-ci, 5.14.1-ci, 5.14.2-ci və 5.15.1-ci yarımbəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.2.5-ci, 3.1.16-cı, 3.4.1-ci və 3.5.3-cü yarımbəndlərinin “İcraçılar” sütununda “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.
[2]
3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.1.5-ci, 1.3.1-ci, 1.4.1-ci, 2.1.1–2.1.4-cü, 2.2.1-ci, 2.3.3-cü, 2.3.6-cı, 2.3.8-ci, 3.1.6-cı, 3.1.9-cu, 3.1.14-cü, 3.1.16-cı, 3.3.4-cü, 3.3.6-cı, 3.3.10–3.3.12-ci, 3.4.1-ci, 3.4.2-ci, 3.5.1–3.5.6-cı, 4.2.3-cü, 4.3.3-cü, 4.4.3-cü, 4.5.3-cü, 4.6.3-cü, 4.8.2-ci, 4.8.3-cü, 5.1.1-ci, 5.2.3-cü, 5.3.3-cü, 5.5.1-ci, 5.6.3-cü, 5.7.3-cü, 5.9.1-ci, 5.13.1-ci, 5.14.2-ci və 5.15.1-ci yarımbəndlərinin “İcraçılar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.
[3]
29 yanvar 2021-ci il tarixli 2464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 80) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.3-cü bəndinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılmışdır.
[4]
16 may 2019-cu il tarixli 1178 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 899) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.5-ci bəndində və 1.5.1–1.5.4-cü yarımbəndlərində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.
[5]
1 mart 2019-cu il tarixli 1003 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 443) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 3.4.1-ci yarımbəndində “və “Tələbə-məzun” sistemi” sözləri “, Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemləri” sözləri ilə əvəz edilmişdir.
30 iyul 2020-ci il tarixli 2182 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 946) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 3.4.1-ci yarımbəndində “Təhsilin İdarə olunmasının Məlumat Sistemləri” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” sözləri ilə əvəz edilmişdir.
[6]
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 4.1.1-ci - 4.1.3-cü yarımbəndlərinin “İcraçılar” sütununa “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.
[7]
29 noyabr 2019-cu il tarixli 871 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 noyabr 2019-cu il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1719) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 4.4-cü bəndinin “Strateji hədəflər” sütununda, 4.4.1-ci və 4.4.2-ci yarımbəndlərinin “Tədbirlər” sütununda, 4.4.3-cü yarımbəndinin “Tədbirlər” və “Tədbirin həyata keçirilməsi üçün zəruri əsaslar” sütunlarında “peşə-tədris” sözləri “peşə təhsil” sözləri ilə əvəz edilmi.dir.
[8]
7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470) ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 5.14.2-ci yarımbəndinin “İcraçılar” sütununa “Mərkəzi Bank” sözlərindən əvvəl “Maliyyə Bazarlarına Nəzarət Palatası,” sözləri əlavə edilmişdir.