“Hökumət rabitəsindən istifadə Qaydaları”nın və “Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
[1]
“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Hökumət rabitəsindən istifadə Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 21 fevral 2013-cü il
№ 27
|
|
Hökumət rabitəsindən istifadə
QAYDALARI
1. Bu Qaydalar “Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanının 7.1-ci bəndinə əsasən hazırlanmışdır və hökumət rabitəsindən istifadə qaydalarını müəyyən edir.
2. Hökumət rabitəsindən yalnız hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxs (bundan sonra - vəzifəli şəxs) istifadə edə bilər.
3. Hökumət rabitəsi ilə vəzifəli şəxs məxfi danışıqlar apara bilər. Hökumət rabitəsi vasitəsilə, həmçinin Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin dövlət orqanlarının rəhbərləri ilə də məxfi telefon danışıqları aparıla bilər. Bunun üçün hökumət rabitəsi stansiyasının növbətçi operatoruna (“
4. Hökumət rabitəsinin telefon aparatının və digər qurğularının quraşdırılması, onun digər yerə köçürülməsi, təmiri, söndürülməsi və ya çıxarılması yalnız Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hökumət rabitəsi struktur bölməsinin mühəndis-texniki personalı tərəfindən həyata keçirilir.
[2]
5. Vəzifəli şəxs üçün quraşdırılmış hökumət rabitəsinin telefon aparatı və digər qurğularına vurulmuş möhürlərin əkslərinin bütövlüyünə nəzarət müvafiq dövlət orqanının, idarə və təşkilatın dövlət sirrinin mühafizəsi üzrə struktur bölməsi tərəfindən həyata keçirilir.
6. Hökumət rabitəsinin telefon aparatının quraşdırıldığı otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi dövlət orqanı tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hökumət rabitəsi struktur bölməsinin mühəndis-texniki personalı ilə birlikdə həyata keçirilir.
7. Bu Qaydaların tələblərini pozan vəzifəli şəxsin hökumət rabitəsi söndürülə və telefon aparatı çıxarıla bilər.
8. Hökumət rabitəsinin məlumat kitabçası Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur.
[3]
9. Məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, habelə hökumət rabitəsinin telefon aparatının işində hər hansı bir nasazlıq olduqda və ya nömrə yığımında birləşmə əldə etmək mümkün olmadıqda, bu barədə hökumət rabitəsi stansiyasının növbətçi operatoruna məlumat verilməlidir.
|
|
Xüsusi dövlət rabitəsindən istifadə
QAYDALARI
1. Bu Qaydalar “Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanının 7.1-ci bəndinə əsasən hazırlanmışdır və xüsusi dövlət rabitəsindən istifadə qaydalarını müəyyən edir.
2. Xüsusi dövlət rabitəsindən yalnız xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxs (bundan sonra - vəzifəli şəxs) istifadə edə bilər.
3. Xüsusi dövlət rabitəsinin telefon aparatının quraşdırılması, onun digər yerə köçürülməsi, təmiri, söndürülməsi və ya çıxarılması yalnız Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
4. Xüsusi dövlət rabitəsinin xətlərini konsentrator və ya başqa kommutasiyalı qurğulara qoşmaq, həmçinin telefon aparatına cütləşmə və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır.
5. Xüsusi dövlət rabitəsinin telefon aparatı quraşdırılmış otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi dövlət orqanı tərəfindən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin mütəxəssisləri ilə birlikdə həyata keçirilir.
6. Xüsusi dövlət rabitəsi vasitəsilə məxfi danışıqlar yalnız xüsusi şifrəli telefon aparatları quraşdırıldıqda aparıla bilər.
7. Bu Qaydaların tələblərini pozan vəzifəli şəxsin xüsusi dövlət rabitəsi söndürülə və telefon aparatı çıxarıla bilər.
8. Xüsusi dövlət rabitəsinin məlumat kitabçası Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur.
9. Vəzifəli şəxsin iş və (və ya) ev telefonlarının nömrələri dəyişildikdə, məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, habelə xüsusi dövlət rabitəsinin telefon aparatının işində hər hansı bir nasazlıq olduqda, bu barədə xüsusi dövlət rabitəsinin növbətçi operatoruna məlumat verilməlidir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
2.
27 yanvar 2020-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 yanvar 2020-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 75)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
27 yanvar 2020-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 yanvar 2020-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 75) ilə ləğv edilmişdir.
[2]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Hökumət rabitəsindən istifadə Qaydaları”nın 4-cü və 6-cı hissələrdə “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.
[3]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Hökumət rabitəsindən istifadə Qaydaları”nın 8-ci hissədə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.