×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.12.2001
QEYDİYYAT NÖMRƏSİ
199
ADI
Azərbaycan Respublikasında elektrik enerjisindən istifadəyə görə büdcə təşkilatlarının normaları və birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2001, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 809)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında elektrik enerjisindən istifadəyə görə büdcə təşkilatlarının normaları və birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı haqqında

Azərbaycan Respublikasında elektrik enerjisindən istifadəyə görə büdcə təşkilatlarının normaları və birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

[1] “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanının “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli, 1030 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [2]

 1. Büdcədən maliyyələşdirilən təşkilatların 2002-ci maliyyə ili üzrə təsdiq olunmuş büdcə çərçivəsində elektrik enerjisi istehlakı üçün ayrılmış aylıq vəsaitə müvafiq enerjinin miqdarı həmin ay üçün bu təşkilatların elektrik enerjisindən istifadəyə görə normaları hesab edilsin.

 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2002-ci maliyyə ili üzrə elektrik enerjisindən istifadəyə görə büdcədən maliyyələşdirilən istehlakçılara ayrılan büdcə vəsaitlərinin vaxtında açılmasını təmin etsin.

 Müvafiq nazirlik, idarə və təşkilatlar hər bir büdcədən maliyyələşdirilən istehlakçı üzrə elektrik enerjisi istehlakı üçün müəyyən edilmiş normalara uyğun vəsaitlərin ayrılmasını və təyinatı üzrə istifadəsini təmin etsinlər.

 3. Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı təsdiq edilsin (əlavə olunur).

 Müəyyən edilsin ki, büdcədən maliyyələşdirilən birinci dərəcəli istehlakçılar müəyyən olunmuş normalardan əlavə elektrik enerjisi istehlak etdiyi hallarda, artıq enerjinin haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada digər xərc maddələri hesabına ödənilə bilər və zəruri hallarda belə istehlakçıların elektrik enerjisi istehlakı normaları dəqiqləşdirilə bilər.

 Qismən büdcədən maliyyələşdirilən və tam təsərrüfat hesablı birinci dərəcəli istehlakçıların istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənişi onların müvafiq enerji təchizatçıları ilə bağladıqları müqavilə əsasında tənzimlənir.

 4. Bu qərara əlavədə göstərilmiş nazirlik, idarə və təşkilatlar 2002-ci ilin yanvar ayı ərzində tabeliklərində olan birinci dərəcəli istehlakçıların yerləşdiyi ünvanı göstərməklə siyahısını tərtib etsin və müvafiq enerji təchizatçıları ilə müqavilələrin bağlanmasını təmin etsinlər.

Müvafiq nazirlik, idarə və təşkilatlar hər növbəti ilin yanvar ayı ərzində tabeliklərində olan birinci dərəcəli istehlakçıların siyahısını müvafiq enerji təchizatçıları ilə birlikdə dəqiqləşdirsinlər. [3]

 5. Bu qərar 2002-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 25 dekabr 2001-ci il

№ 199

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların)

 

SİYAHISI

 

Büdcədən maliyyələşdirilən istehlakçılar

 

Azərbaycan Respublikası Prezidentinin İqamətgahı, Prezidentin İcra Aparatının inzibati binası;

Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binası;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati binası, Müdafiə Nazirliyinin Baş Qərargahı, döyüş və hərbi hazırlıq obyektləri, hərbi texnika və sursat istehsalı və təmiri müəssisələri; [4]

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binası, istintaq təcridxanası; [5]

Dövlət Sərhəd Xidmətinin inzibati binası və dövlət sərhədinin mühafizəsini həyata keçirən bölmələri;

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibati binası; [6]

Azərbaycan Respublikasının Hərbi Əks-kəşfiyyat İdarəsi; [7]

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin inzibati binası, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin inzibati binası, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri; [8]

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası, şəhər və rayon polis idarələri və təcridxanaları; [9]

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatının inzibati binası, mərkəzi çağırış məntəqəsi, yerli baş idarə, idarə, şöbə və bölmələrinin inzibati binaları; [10]

Milli Elmlər Akademiyasının seysmoloji stansiyaları;

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri, uşaq və qocalar evləri, xüsusiləşdirilmiş (ruhi, dəri-zöhrəvi, infeksion, fiziki çatışmazlıq və s. xəstə, əlilliyi olan şəxslər üçün) səhiyyə və təhsil obyektləri. [11]

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsinin inzibati binası, yanğından mühafizə təşkilatları. [12]

Dövlət Miqrasiya Xidmətinin inzibati binası və qanunsuz miqrantların saxlanılması mərkəzlər; [13]

Azərbaycan Respublikasının Milli Genbankı; [14]

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin inzibati binası. [15]

 

Büdcədən qismən maliyyələşdirilən təsərrüfat hesablı istehlakçılar

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti; [16]

Xəstəxanalar və doğum evləri;

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti. [17]

 

Tam təsərrüfat hesablı istehlakçılar

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qazın istehsalı, nəqli və emalı müəssisələri, bilavasitə qaz emalı, nəqli və təchizatı müəssisəsi və obyektləri; [18]

“Azəriqaz” Səhmdar Cəmiyyətinin bilavasitə qaz emalı, nəqli və təchizatı müəssisəsi və obyektləri; [19]

“Azərenerji” Səhmdar Cəmiyyətinin mərkəzi və yerli dispetçer idarəetmə məntəqələri;

Abşeron Regional Səhmdar Su Cəmiyyətinin və şəhər (rayon) su təchizatı sistemlərinin su qəbulu, su təmizləyici qurğuları, suyun nəqli və təchizatı müəssisəsi və obyektləri;

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mərkəzi və yerli dispetçer idarəetmə məntəqələri, bilavasitə sərnişin (yük) daşımaları və təhlükəsizlik xidməti müəssisəsi və obyektləri; [20]

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bilavasitə sərnişin (yük) daşımaları və təhlükəsizlik xidməti müəssisəsi və obyektləri; [21]

Şəhər və rayonların mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin çirkab suların nəqli və qəbulu üzrə müəssisəsi və obyektləri, təmizləyici qurğuları.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bilavasitə uçuşun təşkili və idarəedilməsi, təhlükəsizlik xidməti üzrə müəssisə və obyektləri. [22]

Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri. [23]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             14 oktyabr 2002-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 641)

2.             10 iyun 2003-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 348)

3.             20 oktyabr 2004-cü il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 871)

4.             11 oktyabr 2005-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 978)

5.             13 aprel 2006-cı il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 04, maddə 373)

6.             13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

7.             13 sentyabr 2006-cı il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903)

8.             19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903)

9.             22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

10.          5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144)

11.          28 iyul 2009-cu il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 607)

12.          4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736)

13.          24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757)

14.          14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

15.          28 dekabr 2012-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1390)

16.          16 iyul 2013-cü il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyul 2013-cü il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 879)

17.          15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57)

18.          12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745)

19.          11 iyun 2015-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 792)

20.          22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

21.          7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513)

22.          5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)

23.          25 avqust 2022-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1022)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 aprel 2006-cı il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 04, maddə 373) ilə qərarının preambulasında "Gəncəelektrikşəbəkə", "Əli Bayramlıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərini" sözləri "Sumqayıtelektrikşəbəkə" Səhmdar Cəmiyyətini" sözləri ilə əvəz edilsin.

 

[2] 14 oktyabr 2002-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 641) ilə qərarın preambulasında "Fərmanının" sözündən sonra "və Gəncəelektrikşəbəkə", "Əli Bayramlıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli, 1030 nömrəli Sərəncamının" sözləri əlavə edilmişdir.

 

14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə preambulasından "və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 1030 nömrəli Sərəncamının" sözləri çıxarılmışdır.

 

[3] 10 iyun 2003-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 348) ilə qərarının 4-cü bəndinə yeni abzas əlavə edilmişdir.

 

[4] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinə dördüncü abzasından “Mülki Müdafiə İdarəsinin inzibati binası” sözləri çıxarılmışdır.

 

[5] 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342) ilə "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı"nın "Büdcədən maliyyələşdirilən istehlakçılar" bölməsinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin inzibati binası, istintaq təcridxanası;

Dövlət Sərhəd Xidmətinin inzibati binası və dövlət sərhədinin mühafizəsini həyata keçirən bölmələri;"

 

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin beşinci abzasda “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

 

[6] 25 avqust 2022-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1022) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin yeddinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi;

 

[7] 20 oktyabr 2004-cü il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 871) ilə qərarın ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı"ndan "Azərbaycan Respublikasının Hərbi Əks-kəşfiyyat İdarəsi;" sözləri çıxarılmışdır.

 

  [8] 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903) ilə "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına
icazə verilməyən təşkilatların) Siyahısı"nın "Büdcədən maliyyələşdirilən istehlakçılar" hissəsində
"Ədliyyə Nazirliyinin" sözlərindən sonra "inzibati binası, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin inzibati binası" sözləri əlavə edilmişdir.

 

[9] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinə doqquzuncu abzasından “Baş Yanğından Mühafizə İdarəsinin təşkilatları” sözləri çıxarılmışdır.

 

[10] 28 dekabr 2012-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1390) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin doqquzuncu abzasına “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası, şəhər və rayon polis idarələri və təcridxanaları” sözlərindən sonra “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatının inzibati binası, mərkəzi çağırış məntəqəsi, yerli idarə, şöbə və bölmələrinin inzibati binaları” sözləri əlavə edilmişdir.

5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin onuncu abzasına “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.

 

[11] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə on birinci abzasında «və əlillər» sözləri « , əlillər və sağlamlıq imkanları məhdud uşaqlar» sözləri ilə əvəz edilmişdir.

 

7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin on ikinci abzasında “əlillər və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[12] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinə on ikinci abzas əlavə edilmişdir.

 

[13] 28 iyul 2009-cu il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 607) ilə "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı"nın "Büdcədən maliyyələşdirilən istehlakçılar" bölməsinə yeni məzmunda on üçüncü abzas əlavə edilmişdir.

11 iyun 2015-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 792) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin on beşinci abzasında “miqrantların saxlanması” sözləri “miqrantların saxlanılması” sözləri ilə əvəz edilmişdir.

 

[14] 16 iyul 2013-cü il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyul 2013-cü il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 879) ilə "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı"nın birinci hissəsinin on beşinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on altıncı abzas əlavə edilmişdir.

 

[15] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin on beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və yeni məzmunda on yeddinci abzas əlavə edilmişdir.

 

[16] 16 iyun 2005-ci il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 541) ilə qərarın ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin II bölməsinin on üçüncü abzasında “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

[17] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745) ilə "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı"nın "Büdcədən qismən maliyyələşdirilən təsərrüfat hesablı istehlakçılar" bölməsinin üçüncü abzasında "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[18] 24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757) ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı»nın «Tam təsərrüfat hesablı istehlakçılar» bölməsinin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qazın istehsalı, nəqli və emalı müəssisələri;

 

[19] 24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757) ilə ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı»nın «Tam təsərrüfat hesablı istehlakçılar» bölməsinin ikinci abzası çıxarılmışdır.

 

[20] 4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736) ilə "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı"nın "Tam təsərrüfathesablı istehlakçılar" hissəsinin altıncı abzasında "Azərbaycan Dövlət Dəmir Yolunun" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.

 

[21] 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57) ilə “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Tam təsərrüfat hesablı istehlakçılar” bölməsinin beşinci abzasında “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilmişdir.

 

[22] 5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144) ilə «Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı»nın «Tam təsərrüfat hesablı istehlakçılar» bölməsinin səkkizinci abzasında «Azərbaycan Hava Yolları Dövlət Konserninin» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin» sözləri ilə əvəz edilmişdir.

 

[23] 11 oktyabr 2005-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 978) ilə "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı"nın "Tam təsərrüfat hesablı istehlakçılar" hissəsinə yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status