Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin
QƏRARI
№ 25/3
Bakı şəhəri
|
“18”dekabr 2013-cü il
|
“Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş sistemlərinin fəaliyyətinin təşkil edilməsi, əlaqələndirilməsi və tənzimlənməsində istifadə etmək üçün nağdsız ödəniş dövriyyəsi üzrə tam və dolğun statistik məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə əsasən
Q Ə R A R A A L I R:
1. "Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat" təsdiq edilsin (əlavə olunur);
[1]
2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10.09.2008-ci il tarixli qərarı ilə (25 nömrəli protokol) təsdiq edilmiş "Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən ödəniş statistikası hesabatları formalarının tərtibi və təqdim edilməsi haqqında Təlimat" və bu Təlimata 14.01.2009-cu il tarixli qərarla (02 nömrəli protokol) təsdiq olunaraq edilmiş dəyişikliklər ləğv edilsin;
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Sədr
|
Elman Rüstəmov
|
|
|
Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında
TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ödəniş statistikasının tərtibi və təqdim olunması məsələlərini tənzimləyir.
1.2. Ödəniş statistikası hesabatı bankların, xarici bankların yerli filiallarının, prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzlərinin və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar, ödəniş kartlarının sayı və strukturu, müştəri hesabları üzrə əməliyyatlar, ödəniş avadanlıqlarının sayı, regionlar üzrə yerləşdirilməsi və texniki vəziyyəti, ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar, pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar, ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında tərtib etdikləri məlumatları nəzərdə tutur.
[2]
1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən ödəniş sistemlərinin fəaliyyətinin təşkil edilməsi, əlaqələndirilməsi və tənzimlənməsində istifadə etmək üçün nağdsız ödəniş dövriyyəsi üzrə tam və dolğun statistik məlumatların əldə edilməsidir.
2. Anlayışlar
2.0. Bu Təlimatın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. ödəniş avadanlığı – bankomatlar, POS-terminallar, ödəniş terminalları;
2.0.2. ödəniş xidməti şəbəkəsi – bankomatlar, POS-terminallar, ödəniş terminalları, elektron ticarət;
2.0.3. ödəniş terminalı – bankomatlar, POS-terminallar istisna olmaqla ödəyicilərə ödənişləri nağd pul vəsaiti və ya ödəniş kartları vasitəsilə həyata keçirmək imkanı verən və onları ödəniş əməliyyatları üzrə təsdiqləyici sənədlə təmin edən müvafiq proqram təminatı ilə təchiz olunmuş avadanlıq;
2.0.4. PC bankçılıq – istifadəçi tərəfindən statistik vahidin müvafiq proqram təminatı quraşdırılmaqla ayrılmış rabitə kanalı və ya internet şəbəkəsi üzərindən (www – World Wide Web) bank xidmətlərindən istifadə;
2.0.5. internet bankçılıq – istifadəçi tərəfindən statistik vahidin bank xidmətlərindən müvafiq proqram təminatını quraşdırmadan internet şəbəkəsi üzərindən istifadə;
2.0.6. elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi;
2.0.7. mobil bankçılıq – istifadəçi tərəfindən statistik vahidin müvafiq proqram təminatını quraşdırmaqla və ya quraşdırmadan mobil qurğular (mobil telefon, planşet kompyuter və s.) vasitəsilə mobil rabitə kanalları (GSM, CDMA, 3G, HSPA+, WiFi, LTE və s.) üzərindən bank xidmətlərindən istifadə;
2.0.8. pul köçürmə sistemləri – fiziki şəxslər tərəfindən pul vəsaitinin bank hesabı açmadan ölkə daxilində və ya ölkə xaricinə köçürülməsinə və ya onların xeyrinə köçürülən pul vəsaitlərinin əldə edilməsinə imkan verən sistem;
2.0.9. ödəniş tələbnamə-tapşırığı – ödəyicinin əvvəlcədən verdiyi sərəncam əsasında vəsait alan tərəfindən təqdim olunan ödəniş tələbnamə-tapşırığı üzrə emitent bankın ödənişi vəsait alanın xeyrinə həyata keçirdiyi nağdsız hesablaşma forması;
2.0.10. itmiş/oğurlanmış kartla (Lost/Stolen Card) fırıldaqçılıq əməliyyatları – mövcud ödəniş kartının itməsi və ya oğurlanması nəticəsində, habelə kart sahibinin razılığı və ya icazəsi olmadan ödəniş kartından istifadə nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi;
2.0.11. ünvanına çatdırılmamış/və ya çatdırılmazdan öncə (Never Recieved) fırıldaqçılıq əməliyyatları – ödəniş kartının kart sahibinə göndərilməsi zamanı kart sahibinə çatdırılmadan öncə baş vermiş fırıldaqçılıq hadisəsi;
2.0.12. saxta/surəti çıxarılmış kartla (Counterfeit/Skimming) fırıldaqçılıq əməliyyatları – maqnit lentin surətinin çıxarılması/dəyişdirilməsi və kartın üzərindəki məlumatların dəyişdirilməsi ilə saxtalaşdırılmış və ya qanunsuz olaraq hazırlanmış ödəniş kartlarının istifadəsi nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi. Surət çıxarma (Skimming) həqiqi kartın maqnit lentində olan məlumatların surətinin çıxarılması ilə maqnit lentinin saxtakarlığı formasıdır;
2.0.13. kart təqdim edilmədən (CNP) fırıldaqçılıq əməliyyatları – kart sahibinin icazəsi olmadan ona məxsus ödəniş kartının məlumatlarından istifadə edilməklə (fiziki olaraq ödəniş kartı təqdim edilmədən) telefon, e-poçt ünvanı, internet və s. vasitəsilə baş vermiş fırıldaqçılıq hadisəsi;
[3]
2.0.14. digər fırıldaqçılıq əməliyyatları – yuxarıda qeyd edilməmiş hallar nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi. Məsələn, səlahiyyətsiz vasitələrlə müştərinin hesabına giriş əldə etməklə kart sahibinin icazəsi olmadan mövcud hesabının istifadəsi və ya təsərrüfat subyektlərində imprinter vasitəsilə kartların üzünü çıxartmaqla sonradan məlumatlardan istifadə olunması və s. nəticəsində yaranan fırıldaqçılıq hadisələri;
2.0.15. təmassız ödəniş kartı – daxilində radiotezlikli identifikator quraşdırılmış və təmassız ödənişlərin aparılmasına imkan verən ödəniş kartı;
2.0.16. təmassız ödəniş – təmassız ödəniş kartının kart istifadəçisi tərəfindən POS-terminala yaxınlaşdırılması ilə aparılan ödəniş əməliyyatı.
[4]
3. Hesabatın məzmunu və tərtib edilməsi
3.1. Ödəniş statistikası üzrə hesabat (bundan sonra ÖS hesabatı) on iki statistik formadan ibarətdir (Forma ÖS-12 yalnız prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzlərinə aiddir):
[5]
3.1.1. “Statistik vahidin emissiya etdiyi debet və kredit kartları vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat” (Forma ÖS-1 – əlavə №1) formasında statistik vahidin emissiya etdiyi debet və kredit kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkədaxili və ölkə xaricində aparılan əməliyyatların hesabat dövrü və hesabat ilinin əvvəlindən sayı və həcmi haqqında məlumatlar əks olunur.
3.1.1.1. Formanın “Statistik vahidin emissiya etdiyi debet və kredit kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsindəki statistik vahidin emissiya etdiyi debet və kredit kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkədaxili və ölkəxarici aparılan əməliyyatların hesabat dövrü və hesabat ilinin əvvəlindən sayı və həcmi haqqında məlumatlar “Statistik vahidin emissiya etdiyi debet kartları vasitəsilə aparılan əməliyyatlar” və “Statistik vahidin emissiya etdiyi kredit kartları vasitəsilə aparılan əməliyyatlar” hissələrinin müvafiq məlumatları əsasında tərtib edilir.
3.1.1.2. Hesabat formasının “Statistik vahidin emissiya etdiyi debet kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi debet kartları ilə aparılan əməliyyatlar əks etdirilir.
3.1.1.3. Hesabat formasının “Statistik vahidin emissiya etdiyi kredit kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi kredit kartları ilə aparılan əməliyyatlar əks etdirilir.
3.1.1.4. Hesabat formasının “Ümumi əməliyyatlar” hissəsində həm statistik vahidə, həm də digər maliyyə institutlarına məxsus ödəniş avadanlıqları vasitəsilə aparılan əməliyyatlar əks etdirilir.
3.1.1.5. Hesabat formasının “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar” hissəsində yalnız statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar əks etdirilir.
3.1.1.6. Formada ölkəxarici əməliyyatların sayı və həcmi bankomatlar və POS-terminallar vasitəsilə nağd pulun çıxarılması, ödəniş avadanlıqları vasitəsilə ödənişlərin həyata keçirilməsi, elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə əməliyyatların müvafiq olaraq sayı və həcminin cəmindən ibarətdir.
3.1.1.7. Formada ölkədaxili əməliyyatların sayı və həcmi ödəniş xidməti şəbəkəsi vasitəsilə aparılan əməliyyatların müvafiq olaraq sayı və həcminin cəmindən ibarətdir.
3.1.1.8. Bankomatlar və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatları üzrə təsnifləşdirilir.
3.1.1.9. POS-terminallar üzrə ölkə daxilində həyata keçirilən bütün nağdsız ödənişlər manatla həyata keçirilən nağdsız ödəniş əməliyyatları kimi əks olunur. Pərakəndə ticarət və ictimai iaşə müəssisələrində xarici valyutada aparılan əməliyyatlar manat ekvivalentində xarici valyuta sətrində əks olunur.
3.1.2. “Statistik vahidə məxsus ödəniş avadanlıqlarının sayı haqqında statistik hesabat” formasında (Forma ÖS-2 – əlavə №2) statistik vahidə məxsus hesabat dövrünün əvvəlinə, hesabat dövrü ərzində və sonuna quraşdırılmış, silinmiş ödəniş avadanlıqlarının sayı müvafiq olaraq dövr ərzində və hesabat dövrünün əvvəlindən qeyd olunur.
3.1.3. “Statistik vahidə məxsus ödəniş avadanlıqlarının regionlar üzrə yerləşdirilməsi haqqında statistik hesabat” formasında (Forma ÖS-3 – əlavə №3) statistik vahidə məxsus quraşdırılmış və istismara verilmiş bankomatların (o cümlədən nağd pul qəbul edən (cash in)), POS-terminalların (o cümlədən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminalların), ödəniş terminallarının yerləşdiyi müvafiq iqtisadi rayon, şəhər üzrə sayı göstərilir.
3.1.4. “Dövriyyədə olan ödəniş kartlarının sayı haqqında statistik hesabat” formasının (Forma ÖS-4 – əlavə №4) hesabat ayı hissəsində hesabat dövrünün əvvəlinə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı, dövriyyəyə buraxılmış, dövriyyədən çıxarılmış, hesabat dövründə istifadə edilməyən kartların sayı, dövrün sonuna kartların ümumi sayı, formanın hesabat ilinin əvvəlindən hissəsində isə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı, dövriyyəyə buraxılmış, dövriyyədən çıxarılmış kartların sayı qeyd olunur.
3.1.5. “Statistik vahidin emissiya etdiyi dövriyyədə olan ödəniş kartlarının strukturu haqqında statistik hesabat” formasında (Forma ÖS-5 – əlavə №5) hesabat dövrü və hesabat ilinin əvvəlindən dövriyyədə olan ödəniş kartlarının təyinatı (debet kartları, kredit kartları), növündən asılı olaraq ödəniş sistemlərində istifadə olunan ödəniş kartlarının və kart sahiblərinin sayı, əməliyyatların sayı və həcmi əks etdirilir.
[6]
3.1.5.1. Dövriyyədə olan debet kartları təyinatına görə aşağıdakı kimi təsnifləşdirilir:
3.1.5.1.1. sosial kartlar:
3.1.5.1.1.1. əmək pensiyası kartı – yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi üçün istifadə olunan kart;
3.1.5.1.1.2. sosial müavinət kartı – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət və s.) və birdəfəlik (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət və s.) ödənilən pul vəsaitinin, habelə ünvanlı dövlət sosial yardımı, məcburi köçkünlərə verilən müavinətlərin verilməsi üçün istifadə olunan kart;
[7]
3.1.5.1.1.3. təhsil təqaüdü kartı – ali təhsil müəssisələrinin adlı, magistr, bakalavr pilləsi üzrə, orta ixtisas təhsili müəssisələrinin və peşə təhsili müəssisələrinin tələbələrə müəyyən etdiyi təqaüdlərin verilməsi üçün istifadə olunan kart;
[8]
3.1.5.1.1.4. digər sosial kartlar – kənd təsərrüfatı subsidiyaları və yuxarıda qeyd olunanlara aid olmayan digər debet kartları;
3.1.5.1.2. əmək haqqı kartları:
3.1.5.1.2.1. dövlət orqanları, dövlət müəssisə və təşkilatları üzrə;
3.1.5.1.2.2. qeyri-dövlət müəssisə və təşkilatları üzrə;
3.1.5.1.3. digər debet kartları – yuxarıda qeyd olunanlara aid olmayan digər debet kartları.
3.1.6. “Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat” formasında (Forma ÖS-6 – əlavə №6) statistik vahidin müştərilərinin hesab növü, hüquqi statusu və müddətinə görə hesablarının sayı, cari hesablardan köçürmələrin hüquqi statusuna və növünə görə sayı, habelə cari hesablardan aparılan köçürmələrin növünə görə həcmi əks etdirilir.
3.1.6.1. Formanın “Müştərilərin hüquqi statusuna görə sayı” hissəsində müştərilərin sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.
3.1.6.2. Formanın “Müştəri hesablarının hesab növünə görə sayı” hissəsində depozit, kredit və cari müştəri hesabları üzrə sayı qeyd olunur.
3.1.6.3. Formanın “Depozit hesabların hüquqi statusuna görə sayı” hissəsində depozit hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.
3.1.6.4. Formanın “Depozit hesabların müddətinə görə sayı” hissəsində depozit hesablarının sayı müddətli və tələbli üzrə təsnifləşdirilir.
3.1.6.5. Formanın “Kredit hesabların hüquqi statusuna görə sayı” hissəsində kredit hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.
3.1.6.6. Formanın “Kredit hesabların müddətinə görə sayı” hissəsində kredit hesablarının sayı uzunmüddətli və qısamüddətli (360 günə qədər) üzrə təsnifləşdirilir.
3.1.6.7. Formanın “Cari hesabların hüquqi statusuna görə sayı” hissəsində cari hesabların sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.
3.1.6.8. Formanın “Cari hesablardan aparılan köçürmələrin hüquqi statusuna görə sayı” hissəsində cari hesablardan aparılan köçürmələrin sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.
3.1.6.9. Formanın “Cari hesablardan aparılan köçürmələrin növünə görə sayı” hissəsində cari hesablardan aparılan köçürmələrin sayı kağız daşıyıcılarla, elektron şəbəkə və ya cihazlar (internet bankçılıq, mobil bankçılıq, PC bankçılıq və digər), vasitəsilə və ödəniş tələbnamə-tapşırığı növünə görə təsnifləşdirilir.
3.1.6.10. Formanın “Cari hesablardan aparılan köçürmələrin hüquqi statusuna görə həcmi” hissəsində cari hesablardan aparılan köçürmələrin həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.
3.1.6.11. Formanın “Cari hesablardan aparılan köçürmələrin növünə görə həcmi” hissəsində cari hesablardan aparılan köçürmələrin həcmi kağız daşıyıcılarla, elektron şəbəkə və ya cihazlar (internet bankçılıq, mobil bankçılıq, PC bankçılıq və digər) vasitəsilə və ödəniş tələbnamə-tapşırığı növünə görə təsnifləşdirilir.
3.1.6.12. “Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat” formasında hesabat ayı sütununda statistik vahid tərəfindən hesabat ayı ərzində açılan hesabların, cəlb olunan müştərilərin sayı, həyata keçirilən əməliyyatların sayı və həcmi, hesabat ilinin əvvəlindən sütununda isə dövrün sonuna müştəri və hesabların faktiki say göstəriciləri, həyata keçirilən əməliyyatların sayı və həcminin artan yekunla məbləği əks olunur.
3.1.7. “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-7 – əlavə №7) statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində rezident (statistik vahidin emissiya etdiyi kartlar istisna olmaqla) və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların sayı və həcmi ödəniş növləri (nağd pulun çıxarılması və ödənişlərin həyata keçirilməsi) və ödəniş kartlarının kateqoriyaları (Visa, MasterCard, American Express və digər beynəlxalq ödəniş sistemləri) üzrə təsnifləşdirilir.
3.1.8. “Statistik vahid tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-8 – əlavə №8) yerli və xarici pul köçürmə sistemləri vasitəsilə hesabat dövrü üçün və hesabat ilinin əvvəlindən milli və xarici valyutada (xarici valyutada aparılan əməliyyatların manat ekvivalenti) statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələrin sayı və həcmi əks olunur. Hesabat formasında göstərilən yerli və xarici pul köçürmə sistemlərinin siyahısında əks olunmayan hər hansı digər pul köçürmə sistemi vasitəsilə statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələr həyata keçirildikdə statistik vahid tərəfindən həmin pul köçürmə sisteminin adını və müvafiq daxilolma və ya kənara köçürmənin sayı və həcmini əks etdirən məlumat müvafiq hesabat formasının təqdim olunduğu gün statistik vahidin icra orqanının rəhbərinin imzası ilə və möhürlə təsdiqlənməklə Mərkəzi Banka təqdim edilir.
3.1.9. “Bankomatların texniki vəziyyəti haqqında statistik hesabat” formasında (Forma ÖS-9 – əlavə №9) statistik vahidin bankomatlarının ümumi sayı, işləməyən bankomatların sayı və işləməməsinin səbəbləri (bankomatlarda nağd pulun olmaması, rabitə, elektrik cərəyanında problemlərin olması, bankomatın nasazlığı, prosesinq mərkəzinin texniki səbəbləri, quraşdırıldığı yerdə təmirin olması və digər), yerləşdiyi müvafiq rayon, şəhər üzrə təsnifləşdirilir. Formada bankomatların digər səbəblərdən işləmədiyi qeyd edildikdə statistik vahid tərəfindən həmin səbəbləri aydın şəkildə izah edən məlumat müvafiq hesabat formasının təqdim olunduğu gün statistik vahidin icra orqanının rəhbərinin imzası ilə və möhürlə təsdiqlənməklə Mərkəzi Banka təqdim edilir.
3.1.10. “Statistik vahidə məxsus ödəniş terminalları üzrə əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-10 – əlavə №10) statistik vahidə məxsus ödəniş terminalları vasitəsilə nağd və nağdsız ödənişlərin təyinatına görə əməliyyatların hesabat dövrü və hesabat ilinin əvvəlindən sayı və həcmi haqqında məlumatlar əks olunur.
3.1.11. “Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-11 – əlavə №11) statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici, həmçinin qeyri-rezident təşkilatlara məxsus ödəniş kartları ilə statistik vahidin ölkədaxili ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları fırıldaqçılıq və ödəniş kartlarının kateqoriyasına görə göstərilir.
3.1.11.1. Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları aşağıdakı fırıldaqçılıq kateqoriyalarından ibarətdir:
3.1.11.1.1. itmiş/oğurlanmış kart (Lost/Stolen Card);
3.1.11.1.2. ünvanına çatdırılmamış/və ya çatdırılmazdan öncə (Never Recieved);
3.1.11.1.3. saxta/surəti çıxarılmış (Counterfeit/Skimming);
3.1.11.1.4. kart təqdim edilmədən (CNP);
3.1.11.1.5. digər fırıldaqçılıq hadisələri.
3.1.11.2. Formada əməliyyatların sayı, həcmi rüblük və hesabat ilininin əvvəlindən dövrlər üzrə təsnifləşdirilir.
3.1.11.3. Formada fırıldaqçılıq əməliyyatlarının qeydiyyatı baş verdiyi tarixə yox, fırıldaqçılıq əməliyyatının olması təsdiq olunduğu tarix üzrə aparılmalıdır. Məsələn, 5 yanvar tarixində baş verən əməliyyatın fırıldaqçılıq əməliyyatı olması birinci rübün sonunadək təsdiqləndikdə əməliyyat birinci rübə aid qeyd edilməli, birinci rübdən sonra təsdiqləndikdə isə müvafiq rübə aid olunmalıdır.
3.1.12. “Prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutu üzrə statistik hesabat” formasında (Forma ÖS-12 – əlavə №12) prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutunun emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar, dövriyyədə olan ödəniş kartlarının strukturu, maliyyə institutuna məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar, ödəniş avadanlıqlarının sayı haqqında məlumatlar əks olunur. Bu forma xidmət olunan hər bir maliyyə institutu üzrə ayrıca tərtib olunur.
3.1.12.1. Formanın “Maliyyə institutunun emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsində prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutunun emissiya etdiyi ödəniş kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkədaxili və ölkəxarici əməliyyatların hesabat dövrü və hesabat ilinin əvvəlindən sayı və həcmi haqqında məlumatlar əks olunur.
3.1.12.2. Formanın “Maliyyə institutuna məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar” hissəsində prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutuna məxsus ödəniş xidməti şəbəkəsində digər rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların sayı və həcmi ödəniş növləri (nağd pulun çıxarılması və ödənişlərin həyata keçirilməsi) və ödəniş kartlarının kateqoriyaları (Visa, MasterCard, American Express və digər beynəlxalq ödəniş sistemləri) üzrə təsnifləşdirilir.
3.1.12.3. Formanın “Maliyyə institutuna məxsus ödəniş avadanlıqlarının sayı” hissəsində prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutuna məxsus ödəniş avadanlıqlarının sayı əks olunur.
3.1.12.4. Formanın “Maliyyə institutunun emissiya etdiyi dövriyyədə olan ödəniş kartlarının strukturu” hissəsində prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutuna məxsus hesabat dövrünün sonuna dövriyyədə olan ödəniş kartlarının kateqoriyalarından asılı olaraq ödəniş sistemlərində istifadə olunan ödəniş kartlarının sayı əks etdirilir.
[9]
3.2. Bütün hesabat formalarında xarici valyuta ilə aparılmış əməliyyatlar dövrün sonuna Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manat ekvivalentində göstərilir.
3.3. ÖS-1 və ÖS-5 hesabat formalarında, habelə ÖS-12 hesabat formasının “Maliyyə institutunun emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsində ödəniş kartları vasitəsilə həyata keçirilən ödənişlər (ödəniş kartına pul vəsaitlərinin daxil olması ilə bağlı əməliyyatların sayı və həcmi istisna olmaqla) və nağd pulun çıxarılması üzrə əməliyyatların sayı və həcmi əks olunur.
[10]
4. Hesabatın təqdim olunması
[11]
4.1. Ödəniş statistikası hesabatının ÖS-1; ÖS-2; ÖS-3; ÖS-4; ÖS-5; ÖS-6; ÖS-7; ÖS-8; ÖS-9; ÖS-10; ÖS-12 formaları aylıq əsasda, ÖS-11 forması isə rüblük əsasda elektron formada hesabat dövründən sonrakı ayın 10 (on) iş günü ərzində statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq Mərkəzi Banka təqdim edilməlidir. Əməliyyat baş verməyən hallarda hesabat formasında bu göstərici üzrə xana boş saxlanılır.
[12]
4.2. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.
[13]
|
|
|
|
|
|||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
||||||||||
|
|
|
|
|
|
||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
||||||||||||||
|
|
|
|
|
|||||||||||
|
|
|
|
||||||||||||
|
|
|
|
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|