AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2012
QEYDİYYAT NÖMRƏSİ
2645
ADI
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2012, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1336)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.12.2012
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Qəbelə" İqamətgahı yaradılsın.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Marxal" Müalice - İstirahət Kompleksi yaradılsın.

3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilmiş "Səadət sarayı" "Rəsmi Qəbullar Sarayı" adlandırılsın.

4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində yaradılmış "Qəbələ" İqamətgahına, “Marxal” Müalicə-İstirahət Kompleksinə və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilmiş "Rəsmi Qəbullar Sarayı"na Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilat statusu verilsin və onun saxlanılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. [1]

5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Marxal" Müalicə - İstirahət Kompleksinə və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azersuvenir" (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin təsərrüfat hesablı tabeli təşkilatı statusu verilsin. [2]

6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Xüsusi dövlət tədbirlərinin təminatı şöbəsi və Texniki təminat şöbəsi ləğv edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfat hesablı tabeli təşkilatlarla iş şöbəsi yaradılsın.

8. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsi yaradılsın.

9. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Material təchizatı sektoru yaradılsın.

10. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 920, № 12, maddə 1132; 2006, № 4, maddə 344; 2007, № 1, maddə 26, № 6, maddələr 659, 660, № 12, maddələr 1287, 1288) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturu"nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. "Maliyyə şöbəsi" bəndindən sonra aşağıdakı məzmunda bəndlər əlavə edilsin:

"Prezident Sarayının təminatı şöbəsi

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 1

Təsərrüfat hesablı tabeli təşkilatlarla iş şöbəsi

Şöbənin müdiri

- 1

Ştat vahidi

- 5";

 

10.2. "Təmir - tikinti şöbəsi" bəndindən sonra aşağıdakı məzmunda bənd əlavə edilsin:

"Material təchizatı sektoru

Sektorun müdiri

- 1

Ştat vahidi

- 7";

 

10.3. Qeyd hissəsi aşağıdakı redaksiyada verilsin:

"Qeyd: Prezident Sarayının təminatı şöbəsinin tərkibinə daxil olan struktur vahidləri və onların ştat cədvəli Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri tərəfindən müəyyən edilir.".

11. Həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatların siyahısına aşağıdakı məzmunda 3-cü və 6-cı hissələr əlavə edilsin, 3 - 10-cu hissələr müvafiq olaraq 4 - 12-ci hissələr hesab edilsin:

"3. "Qəbələ" İqamətgahı

6. Rəsmi Qəbullar Sarayı".

12. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin təsərrüfat hesablı tabeli təşkilatlarının siyahısı" təsdiq edilsin (əlavə olunur).

13. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tapşırılsın:

13.1. bu Sərəncamla yaradılmış struktur vahidlərinin ştat cədvəllərini təsdiq etsin;

13.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. [3]

14. Bu Sərəncam 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2012-ci il

                    №2645

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2012-ci il 29 dekabr tarixli 2645 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin təsərrüfat hesablı tabeli təşkilatlarının

 

SİYAHISI

 

1. "Azersuvenir" (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyət

2. "Marxal" Müalicə-İstirahət Kompleksi. [4]


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 31 mart 2017-ci il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 472)
  2. 13 oktyabr 2021-ci il tarixli 2955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1137)

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 mart 2017-ci il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 472) ilə 4-cü hissəyə “İqamətgahına” sözündən sonra “, “Marxal” Müalicə-İstirahət Kompleksinə” sözləri əlavə edilmişdir.

 

[2] 31 mart 2017-ci il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 472) ilə 5-ci hissədən “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Marxal” Müalicə-İstirahət Kompleksinə və” sözləri çıxarılmışdır.

 

[3] 13 oktyabr 2021-ci il tarixli 2955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1137) ilə 7-13-cü hissələri ləğv edilmişdir.

 

[4] 31 mart 2017-ci il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 472) ilə “Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin təsərrüfat hesablı tabeli təşkilatlarının siyahısı”nın 2-ci hissəsi ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status