×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Xarici İşlər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
18.03.2015
QEYDİYYAT NÖMRƏSİ
Q/04-15
ADI
“Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.04.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.040.070
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201503180415
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.04.2015
AZƏRBAYCAN RESPUBLİKASI

AZƏRBAYCAN RESPUBLİKASI

XARİCİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI [1]

 

QƏRAR

 

№ Q/04-15

 

Bakı şəhəri,                                                                             18” mart 2015-сi il

 

“Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının 2-ci hissəsinin yeddinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 16-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat idarəsinin rəisi (H.Hüseynov) bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

 

Kollegiyanın sədri,

Nazir

Elmar Məmmədyarov

 


 

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il

18 mart tarixli Q/04-15 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1.                  Bu Qaydalar Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və operatorlarının (bundan sonra – “xarici KİV nümayəndələri”) akkreditəsi qaydalarını müəyyən edir.

1.2.                  Xarici KİV nümayəndələrinin akkreditəsi “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq dövlətlərarası müqavilələr və bu Qaydalar ilə tənzimlənir.

1.3.                  “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin üçüncü hissəsinə əsasən xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasında akkreditəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – “XİN”) tərəfindən həyata keçirilir.

1.4.                  Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin nümayəndə­lərinin akkreditəsinə öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitələrinin nümayəndələrinə münasibətdə cavab olaraq Azərbaycan Respublikası ərazisində eyni məhdudiyyətlər qoyula bilər.

 

2. Xarici KİV nümayəndələrinin akkreditəsi barədə müraciətlərə baxılması

 

2.1.                  Xarici KİV nümayəndələrinin akkreditəsi üçün aşağıdakı sənədlər tələb olunur:

2.1.1.            xarici KİV nümayəndələrinin təmsil etdiyi kütləvi informasiya vasitəsi rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu;

2.1.2.            xarici KİV nümayəndələrinin ərizə-anketi (Əlavə);

2.1.3.            iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil;

2.1.4.            xarici KİV nümayəndələrinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici KİV nümayəndələri Azərbaycan Respublikasının vətəndaşlarıdırsa, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin) surəti;

2.1.5.            xidməti vəsiqənin surəti;

2.1.6.            tərcümeyi-hal.

2.2.                  Xarici KİV nümayəndələrinin akkreditəsi üçün tələb olunan sənədlər XİN-ə poçt, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə və ya şəxsən təqdim edilə bilər.

2.3.                  Xarici KİV nümayəndələrinin akkreditəsi barədə müraciətə 30 (otuz) gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici KİV nümayəndələrinə akkreditə kartı  verilir.

2.4.                  Akkreditə kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

2.5.                  Xarici KİV nümayəndələrinin akkreditəsi barədə müraciətə baxılmanın nəticəsinə dair məlumat XİN, yaxud Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları tərəfindən müraciət edən tərəfə bildirilir.

2.6.                  Xarici KİV nümayəndələrinin akkreditəsi peşə fəaliyyətini həyata keçirmələri üçün tələb olunan, lakin 1 (bir) ildən artıq olmayan müddətə olur. Akkreditə uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli akkreditə 1 (bir) illik, qısamüddətli akkreditə isə konkret səfər müddətinə olur.

2.7.                  Xarici KİV nümayəndələrinin akkreditə müddəti bitəndən sonra akkreditə müddətinin uzadılması və ya yenidən akkreditə üçün xarici kütləvi informasiya vasitəsinin XİN-ə müraciət etməsi tələb olunur.

2.8.                  Xarici KİV nümayəndələrinin akkreditəsindən aşağıdakı hallarda imtina olunur:

2.8.1.            təqdim edilmiş sənədlər bu Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda;

2.8.2.            saxta və ya yanlış məlumat təqdim edildikdə;

2.8.3.            xarici KİV nümayəndələri Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər etdikdə;

2.8.4.            xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.

2.9.                  Akkreditə olunmuş xarici KİV nümayəndələri akkreditə kartını XİN-dən şəxsən təhvil alırlar.

2.10.              Xarici KİV nümayəndələri akkreditə kartını itirdikdə dərhal XİN-ə məlumat verməlidirlər. Akkreditə kartının dublikatının verilməsi barədə müraciətə 3 (üç) iş günü ərzində baxılır. Akkreditə kartının dublikatının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

2.10.1.        xarici KİV nümayəndələrinin akkreditə kartını itirdiyinə dair ərizəsi;

2.10.2.        iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil.

 

3. Xarici KİV nümayəndələrinin akkreditəsinin ləğv edilməsi

 

3.1.                  Akkreditə olunmuş xarici KİV nümayəndələri tərəfindən akkreditə qaydaları pozulduqda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər edildikdə, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda və ya bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda, XİN tərəfindən xarici KİV nümayəndələrinin akkreditəsi ləğv edilir.

3.2.                  Xarici KİV nümayəndələrinin peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, akkreditə kartının üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditə ləğv edildikdə akkreditə kartı XİN-ə təhvil verilir.

3.3.                  Əcnəbi və ya vətəndaşlığı olmayan xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına gəlməsi, qeydiyyata alınması, yaşamaq üçün icazə alması və getməsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

 


 

Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydalarına ƏLAVƏ

 

AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ

MƏTBUAT XİDMƏTİ

MINISTRY OF FOREIGN AFFAIRS OF THE REPUBLIC OF AZERBAIJAN

PRESS SERVICE

 

AKKREDİTƏ ÜÇÜN ƏRİZƏ-ANKET

ACCREDITATION FORM

(Böyük hərflərlə yazmağınız xahiş olunur. Ərizə formasında bütün suallar cavablandırılmalıdır /

Please write in capital letters. The form has to be filled-in completely)

 

1. XİN tərəfindən doldurulur / Filled by the MFA:

 

Şəkil/Photo

1.1. Akkreditə nömrəsi / Accreditation № __________________

 

1.2. Verildiyi tarix / Date of issue: ___________________________

 

1.3. Etibarlıdır  / Valid till: ___________________________________

 

 

2. Ərizəçi tərəfindən doldurulur / Filled by the applicant:

2.1. Adı / Given name (names) ___________________________________________________________

2.2. Soyadı / Family name ________________________________________________________________

2.3. Doğum tarixi / Date of birth _________________________________________________________

2.4. Doğulduğu yer / Place of birth ______________________________________________________

2.5. Vətəndaşlığı / Citizenship ___________________________________________________________

2.6. Hazırkı yaşadığı ünvan / Current address ___________________________________________

2.7. Pasport və ya digər sərhədkeçmə sənədinin nömrəsi /

Passport or other valid travel document number ___________________________________

3. Xarici kütləvi informasiya vasitəsi haqqında məlumat /

Foreign public information production entity

 

3.1. Adı / Title: _________________________________________________________________________

 

  Televiziya /

    Television

  Radio / Radio

  Qəzet /

    Newspaper

  İnformasiya

    agentliyi /

   News agency

  Yayım şirkəti /

    Broadcaster

  Jurnal / Journal 

  Film, səs,

    vizual studiya /

    Film, sound,

    visual studio

   Başqa / Other

 

3.2. Xarici kütləvi informasiya vasitəsinin baş ofisinin ünvanı / Address of the main headquarters: 

_____________________________________________________________________________________

 

3.3. Telefon nömrəsi (ölkə kodu ilə birlikdə) / Telephone (indicate the international code)

       _____________________________________________________________________________________

 

3.4. Faks / Fax __________________________________________________________________________

 

3.5. Təcili hallarda əlaqə üçün / Emergency contact

       _____________________________________________________________________________________

 

3.6. Elektron poçt ünvanı / E-mail address

       ____________________________________________________________________________________

 

4.  Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etmisinizmi? Etdiyiniz təqdirdə, nə zaman? /

Have you ever visited territory of the Republic of Azerbaijan occupied by the Republic of Armenia? If YES, when? ______________________________________________

 

5. Vəzifəniz / Your position (mark where appropriate): _____________________________

 

6. Azərbaycanda qalma müddəti / Duration of your stay in Azerbaijan: _______ gün / days

 

7. Azərbaycana gətirilməsi planlaşdırılan avadanlığın modeli, tipi və seriya nömrəsi /Model, type, serial number of equipment to be brought to Azerbaijan:

_________________________________________________________________________________________

 

İmzamla təsdiq edirəm ki, hər hansı saxta və ya yanlış məlumatın mənim akkreditəmdən imtinaya səbəb olacağı barədə xəbərdar edilmişəm /

I certify with my signature, I have been notified that any false or misinformation may result in the refusal of my accreditation.

 

İmza / Signature ___________________;  Tarix və yer / Date and place _________________

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 1 avqust 2022-ci il tarixli Q/04-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202208010422, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 avqust 2022-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 avqust 2022-ci il tarixli Q/04-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202208010422, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 avqust 2022-ci il) ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status