AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.03.2015
QEYDİYYAT NÖMRƏSİ
1227-IVQD
ADI
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 05-04-2015, Nəşr nömrəsi: 070), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2015, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 364)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.04.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.320.100
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201503061227
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.04.2015
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998, № 1, maddə 16; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328, № 12, maddə 692; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 684; 2009, № 5, maddə 314, № 7, maddələr 512, 517; 2011, № 2, maddə 71, № 7, maddə 604; 2013, № 3, maddə 217, № 4, maddə 355) 22-ci maddəsinə aşağıdakı məzmunda dördüncü, beşinci və altıncı hissələr əlavə edilsin:

“Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2015-ci il

1227-IVQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status