Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
[1]
1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının aşağıdakı tərkibi təsdiq edilsin:
[2]
Komissiyanın sədri
Azərbaycan Respublikasının Prezidenti
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Azərbaycan Respublikası Baş nazirinin müavini
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
[3]
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Yazıçılar Birliyinin sədri
Azərbaycan Rəssamlar İttifaqının sədri
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Azərbaycan Memarlar İttifaqının sədri
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Xoşbəxt Yusifzadə –Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Tahir Salahov – Xalq rəssamı
Ömər Eldarov – Xalq rəssamı.
2. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2015-ci il
№ 499
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 aprel 2017-ci il tarixli 1347 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 561)
2.
23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959)
3.
19 aprel 2021-ci il tarixli 1319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 aprel 2021-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 324)
4.
31 may 2022-ci il tarixli 1704 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
21 aprel 2017-ci il tarixli 1347 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 561) ilə “Komissiyanın üzvləri” hissəsində “Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti” sətri hissənin birinci sətri olmaqla, yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti
23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959) ilə “Komissiyanın üzvləri” hissəsinin 2-ci sətrində “Artur Rasi-zadə” sözləri “Novruz Məmmədov” sözləri ilə əvəz edilmişdir.
23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959) ilə “Komissiyanın üzvləri” hissəsinin 4-cü sətrində “Elçin Əfəndiyev” sözləri “Əli Əhmədov” sözləri ilə əvəz edilmişdir.
23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959) ilə “Komissiyanın üzvləri” hissəsinin 6-cı sətrindən “və turizm” sözləri çıxarılmışdır.
23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959) ilə “Komissiyanın üzvləri” hissəsinin 7-ci sətrində “Mikayıl Cabbarov” sözləri “Ceyhun Bayramov” sözləri ilə əvəz edilmişdir.
21 aprel 2017-ci il tarixli 1347 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 561) ilə “Komissiyanın üzvləri” hissəsində “Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sətri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959) ilə “Komissiyanın üzvləri” hissəsinin 10-cu sətrində “Hüseynqulu Bağırov” sözləri “Muxtar Babayev” sözləri ilə əvəz edilmişdir.
23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959) ilə “Komissiyanın üzvləri” hissəsinin 11-ci sətri ləğv edilmişdir.
23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959) ilə “Komissiyanın üzvləri” hissəsinin 12-ci sətrində “Fatma Abdullazadə” sözləri “Fərəh Əliyeva” sözləri ilə əvəz edilmişdir.
21 aprel 2017-ci il tarixli 1347 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 561) ilə “Komissiyanın üzvləri” hissəsində “Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü” sətri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
[2]
19 aprel 2021-ci il tarixli 1319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 aprel 2021-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 324) ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:
Komissiyanın sədri
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti
Komissiyanın üzvləri
Mehriban Əliyeva – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri
Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri
Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri
Tahir Salahov – Xalq Rəssamı
Arif Məlikov –Xalq Artisti
Ömər Eldarov – Xalq Rəssamı
Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti
[3]
31 may 2022-ci il tarixli 1704 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114) ilə 1-ci hissədə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.