![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
01.04.2015 |
Qeydiyyat nömrəsi |
1517050000002400 |
Adı |
“İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
17.04.2015 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.020.010 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201504012400 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
16.04.2015 |
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 4.2.2-ci yarımbəndinin icrasının təmin olunması ilə əlaqədar “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi zərurəti yaranmışdır.
Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası
QƏRARA ALIR
1. “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2008-ci il 28 aprel tarixli 0817040100381100 nömrəli əmri ləğv edilsin.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Samirə Musayevaya tapşırılsın ki, bu Qərarın, Qərarla təsdiq edilmiş Qaydanın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş edilmiş Qaydanın Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə tapşırılsın ki, vergi orqanı əməkdaşları tərəfindən Qaydanın tələblərinə əməl edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər.
Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri |
Fazil Məmmədov |
İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası
1. Ümumi müddəalar
1.1. “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 4.2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Qayda istismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı, habelə elektrik enerjisi ilə təchizat dayandırıldığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması qaydasını müəyyən edir.
1.3. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.3.1. Vergi ödəyicisi — bu Qaydanın məqsədləri üçün özünə məxsus və qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanlarında qeydiyyatdan keçirilmiş nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatını aparmalı olan istənilən şəxsdir.
1.3.2. Nəzarət-kassa aparatı (NKA) – malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir.
1.3.3. Servis Texniki Xidmət Mərkəzi – NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən müvafiq qaydada vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir.
2. İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması prosedurları
2.1. İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və başqa nasazlıqlar yarandıqda vergi ödəyiciləri tərəfindən həmin nasaz NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana qədər) dayandırılır.
2.2. NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilir. Servis Texniki Xidmət Mərkəzinə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
2.3. NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə həyata keçirilən nağd pul hesablaşmalarının qeydiyyatı bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda vergi ödəyicisi tərəfindən aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
2.4. Nağd pul hesablaşmalarının qeydiyyatı “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparılan zaman, vergi ödəyicisi tərəfindən hər bir müştəridən (alıcıdan, sifarişçidən) alınmış nağd pul vəsaiti kitabın ayrıca sətrində yazılmaqla uçota alınır. Bu zaman, qeydiyyatın aparıldığı sətirdə nağd pul məbləğinin alındığı tarix, vaxt (saat, dəqiqə), NKA-nın işləməməsinin səbəbi, satılmış malın (görülmüş işin, göstərilmiş xidmətin) adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı (miqdarı) və dəyəri (manat, qəpik) mütləq göstərilir.
2.5. NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektə daxil olan malların qeydiyyatı bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda vergi ödəyicisi tərəfindən aparılır.
2.6. Obyektə daxil olmuş malların qeydiyyatını “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparan zaman, hər bir mal göndərəndən alınmış mal-material dəyərliləri satış sənədinə (qaimə-faktura və s.) uyğun olaraq, kitabda hər bir malın adı ayrıca sətirdə yazılmaqla uçota alınır. Bu zaman, qeydiyyatın aparıldığı sətirdə malın alındığı tarix, vaxt (saat, dəqiqə), NKA-nın işləməməsinin səbəbi, alınmış malın adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı (miqdarı) və dəyəri (manat, qəpik) mütləq göstərilir.
2.7. NKA-nın təmirinin başa çatması və aparatın vergi ödəyicisinə təhvil verilməsinə dair Servis Texniki Xidmət Mərkəzinin nümayəndəsi tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparıldıqdan və ya elektrik enerjisi ilə təchizat bərpa edildikdən dərhal sonra, vergi ödəyicisi tərəfindən “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda uçota alınmış nağd pul vəsaitlərinin məbləği malların çeşidi (görülmüş işlərin, göstərilmiş xidmətlərin növü) üzrə toplanaraq çeşidlər (növlər) üzrə cəmi məbləğ, habelə həmin kitabda uçota alınmış mal-material dəyərliləri ayrı-ayrılıqda hər bir mal çeşidi üzrə NKA-nın yaddaşına bərpa edilir.
“Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda kitabdan istifadənin başa çatma tarixi və vaxtı qeyd olunan sətirdə müvafiq “dəyəri” sütunlarında NKA-ya bərpa edilən yekun məbləğlər göstərilir. Bu zaman bərpa çeklərinin kitabın qeyd sütununda yapışdırılması təmin edilir.
|
"İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası"na 1 №-li əlavə |
|||||||||||||||
Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı |
||||||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Vergi ödəyicisi ____________________________________________________________ |
|
|
|
|
|
|
|
|
||||||||
|
(hüquqi şəxsin tam adı, fiziki şəxsin adı, atasının adı, soyadı; VÖEN-i; hüquqi ünvanı və obyektin ünvanı) |
|
|
|
|
|
|
|
|
|||||||
Fəaliyyət növü ____________________________________________________________ |
|
|
|
|
|
|
|
|
||||||||
NKA-nın markası və №-si ___________________________________________________ |
|
|
|
|
|
|
|
|
||||||||
Qeydiyyat №-si və tarixi ____________________________________________________ |
|
|
|
|
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
1-ci səhifə |
2-ci səhifə |
|||||||||||||||
|
||||||||||||||||
Tarix |
Kitabdan istifadəyə başlanılma vaxtı (saat, dəqiqə) |
Kitabdan istifadənin başa çatma vaxtı (saat, dəqiqə) |
Nəzarət kassa aparatının |
Satılmışdır |
Daxil olmuşdur |
NKA-nın yaddaşına mədaxil haqqında qeydlər |
Qeyd |
|||||||||
Malın (işin, xidmətin) adı |
Ölçü vahidi |
Bir vahidinin qiyməti |
Sayı, miqdarı |
Dəyəri, Manatla |
Malın (işin, xidmətin) adı |
Ölçü vahidi |
Bir vahidinin qiyməti |
Sayı, miqdarı |
Dəyəri, Manatla |
Tarix, vaxt (saat, dəqiqə) |
Əməliyyatı aparan şəxs (adı, atasının adı, soyadı və imzası) |
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
"İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası"na 2 №-li əlavə |
|||||||||
|
|
|
|
|
|
|
|
|
||||||
Nəzarət-kassa aparatına texniki xidmət kitabı |
||||||||||||||
|
|
|
|
|
|
|
|
|
||||||
Sıra sayı |
Sifarişin verilmə tarixi və vaxtı |
Nasazlığın səbəbi |
STXM-in mütəxəssisinin NKA-nı qəbul etmə tarixi və vaxtı |
NKA-nı qəbul edən STXM-in mütəxəssisinin adı, soyadı və imzası |
Təmirdən sonra NKA-nın ödəyiciyə təhvil verilmə tarixi və vaxtı |
NKA-nı təhvil verən STXM-in mütəxəssisinin adı, soyadı və imzası |
NKA-nı təmirdən sonra STXM-dən qəbul edən şəxsin adı, soyadı və imzası |
Qeyd |
||||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
||||||
|
|
|
|
|
|
|
|
|
||||||
|
|
|
|
|
|
|
|
|
||||||
|
|
|
|
|
|
|
|
|
||||||
|
|
|
|
|
|
|
|
|
||||||
|
|
|
|
|
|
|
|
|
||||||
|
|
|
|
|
|
|
|
|
||||||
|
|
|
|
|
|
|
|
|
||||||
|
|
|
|
|
|
|
|
|
||||||