AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.11.1999
QEYDİYYAT NÖMRƏSİ
180
ADI
Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi, bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1999, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 654)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.11.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
250.000.000
310.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi, bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi, bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli 695-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 12 avqust tarixli 441 nömrəli qərarı ilə təsdiq edilmiş "Kəndli (fermer) təsərrüfatının nümunəvi Nizamnaməsi"nə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

2.5-ci bəndin birinci cümləsində "rayon xalq deputatları Sovetinə" sözləri "bələdiyyələrə" sözləri ilə əvəz edilsin;

3.2-ci bənddə "kəndli təsərrüfatı haqqında Qanunun 7-ci və 16-cı maddələrində müvafiq olaraq rayon, şəhər, xalq deputatları sovetlərinə" sözləri "bələdiyyələrə" sözü ilə əvəz edilsin:

3.3-cü bəndin birinci və ikinci hissələrində "Rayon, şəhər xalq deputatları soveti tərəfindən" və "xalq deputatları sovetinə" sözləri çıxarılsın;

3.4-cü bəndin ikinci abzası üzrə:

a) "rayon, şəhər xalq deputatları sovetləri" sözləri "bələdiyyələr" sözü ilə əvəz edilsin;

b) üçüncü cümlədə "bağlanılan müqavilə rayon, şəhər XDS-də" sözləri "hüquqlar Azərbaycan Respublikasının dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində" sözləri ilə əvəz edilsin;

3.6-cı bənd üzrə:

a) onuncu abzasda "kəndli təsərrüfatı haqqında Qanunun 12-ci maddəsinə" sözləri "Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə" sözləri ilə əvəz edilsin və "vəsiyyət etmək" sözlərindən sonra "satmaq, nizamnamə (pay) fonduna vermək və onunla əlaqədar qanunvericiliklə qadağan edilməmiş digər əqdlər bağlamaq" sözləri əlavə edilsin;

b) on birinci abzas çıxarılsın;

4.1-ci bənddə "XDS tərəfindən" sözləri çıxarılsın;

4.5-ci bənddə "XDS-dən" sözü "bələdiyyələrdən" sözü ilə əvəz edilsin;

5.2-ci bənd çıxarılsın;

6.4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Bu halda torpağın yeni istifadəçisinə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət aktı verilir və qeydiyyatdan keçirilir";

14.7-ci bənd üzrə:

a) birinci cümlədə "sürsün" sözündən sonra "və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş digər servitutlardan istifadə etsin" sözləri əlavə edilsin;

b) ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Razılıq olmadıqda belə servitutlar məhkəmənin qərarı ilə müəyyən edilə bilər";

1. 1-ci bənd üzrə;

a) ikinci abzasda "XDS-yə" sözü "bələdiyyəyə" sözü ilə əvəz edilsin;

b) beşinci abzas aşağıdakı redaksiyada verilsin:

"- torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə";

c) səkkizinci abzasda "dövlət ehtiyacları" sözləri "dövlət, bələdiyyə" sözləri ilə əvəz edilsin:

ç) altıncı və yeddinci abzaslar çıxarılsın;

d) səkkizinci-onuncu abzaslar müvafiq olaraq altıncı-səkkizinci abzaslar hesab edilsin;

16.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Kəndli təsərrüfatının fəaliyyətinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xitam verilir".

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə"nin 9-cu bəndinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

"a" yarımbəndində "yaşayış məntəqələrinin və" sözləri çıxarılsın;

Aşağıdakı redaksiyada "b" yarımbəndi əlavə edilsin:

"b) bələdiyyə fondu torpaqlarında-bələdiyyələrə";

"b" və "c" yarımbəndləri müvafiq olaraq "c" və "ç" yarımbəndləri hesab edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaqların texniki uçotunun aparılması Qadaları"nın 4-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

"a" yarımbəndinə aşağıdakı məzmunda sonuncu abzas əlavə edilsin:

"dövlət ehtiyat torpaqları";

"b" yarımbəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"dövlət və bələdiyyə fondunun özəlləşdirilən torpaqları";

"b" yarımbəndinin beşinci və altıncı abzasları aşağıdakı redaksiyada verilsin:

"hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları";

ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları";

"c" yarımbəndinin üçüncü abzası çıxarılsın və dördüncü abzası üçüncü abzas hesab edilsin.

(Çıxarılıb) [1]

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 noyabr 1999-cu il
                     № 180

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 22 noyabr tarixli 180 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının
SİYAHISI

 

"Azərbaycan SSR-nin şəhərləri və şəhər tipli qəsəbələri ərazilərinin torpaq təsərrüfat quruluşu planlarının təsdiq edilməsi qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 6 sentyabr tarixli 311 nömrəli qərarı;

"Dövlət və ictimai ehtiyaclar üçün torpaq ayrılarkən torpaq istifadəçilərinə dəyən zərərin və kənd təsərrüfatı istehsalı itkilərinin ödənilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 23 sentyabr tarixli 319 nömrəli qərarı;

"Yay və qış otlaqlarının bölünməsi və istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 17 oktyabr tarixli 146 nömrəli qərarı;

"Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 iyun tarixli 63 nömrəli qərarı.

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994) ilə  5-ci bəndi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları"na aşağıdakı dəyişikliklər edilsin:

6-cı bənd aşağıdakı redaksiyada verilsin:

"Torpağa mülkiyyət hüququna dair dövlət aktı Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq, torpağa xüsusi mülkiyyət hüququ əldə edən fiziki və hüquqi şəxslərə verilir";

7-ci bənddə "hüquqi və fiziki şəxslərin daimi istifadəsinə" sözləri "daimi istifadəyə" sözləri ilə əvəz edilsin;

9-cu bənddən "bilavasitə, müsabiqə və ya hərrac yolu ilə" sözləri çıxarılsın.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status