Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 430 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli 893 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 138; 2006, № 5, maddə 414, № 7, maddə 590; 2007, № 8, maddə 769; 2008, № 8, maddə 715; 2010, № 2, maddə 80, № 7, maddə 610; 2014, № 2, maddə 112, № 5, maddə 477) ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissə üzrə:
1.1.1. ikinci bəndin üçüncü cümləsində “(bundan sonra - ARDNŞ)” sözləri “(bundan sonra - SOCAR)” sözləri ilə, “ARDNŞ də” sözləri “SOCAR da” sözləri ilə əvəz edilsin;
1.1.2. üçüncü bəndin birinci cümləsində “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilsin;
1.1.3. yeddinci bəndin birinci yarımbəndinin ikinci cümləsində “ARDNŞ-ə” sözü “SOCAR-a” sözü ilə əvəz edilsin;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1.1-ci yarımbəndin birinci abzasında “ARDNŞ-dən” sözü “SOCAR-dan” sözü ilə, ikinci abzasın üçüncü cümləsində “ARDNŞ-ə” sözü “SOCAR-a” sözü ilə əvəz edilsin;
1.2.2. 2.4-cü bəndin adında və 2.4.1-ci yarımbənddə “ARDNŞ-in” sözü “SOCAR-ın” sözü ilə əvəz edilsin;
1.2.3. 2.4.2-cı yarımbənddə “ARDNŞ-ə” sözü “SOCAR-a” sözü ilə əvəz edilsin;
1.2.4. 2.5.1-ci yarımbəndin ikinci abzasının birinci cümləsində “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilsin;
1.2.5. 2.6.4-cü yarımbənddə “ARDNŞ-də” sözü “SOCAR-da” sözü ilə əvəz edilsin;
1.3. 3-cü hissə üzrə:
1.3.1. “ARDNŞ-in strukturunun təkmilləşdirilməsi” bəndinin adında “ARDNŞ-in” sözü “SOCAR-ın” sözü ilə əvəz edilsin;
1.3.2. cədvəlin 10-cu sırasında “Tədbirlərin məzmunu” və “Məqsədi” sütunlarında “ARDNŞ-in” sözü “SOCAR-ın” sözü ilə əvəz edilsin;
1.3.3. cədvəlin 15-ci sırasında “Tədbirlərin məzmunu” sütununda “ARDNŞ-in” sözü “SOCAR-ın” sözü ilə əvəz edilsin;
1.3.4. cədvəlin 16-cı sırasında “Tədbirlərin məzmunu” sütununda “ARDNŞ-də” sözü “SOCAR-da” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 104; 2008, № 8, maddə 715; 2009, № 11, maddə 886; 2010, № 8, maddə 726; 2013, № 11, maddə 1450; 2014, № 2, maddə 112, № 4, maddə 391) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. “Azərbaycan Respublikasının neft və qaz sektorunun inkişaf istiqamətləri” hissəsinin on birinci bəndindəki cədvəldə “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilsin;
2.2. “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər”in 1-12-ci, 14-20-ci, 25-28-ci, 31-ci, 33-cü, 36-cı, 37-ci, 66-69-cu sıralarında “Əsas icraçı” sütununda və “Akronimlər” hissəsində “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 824; 2009, № 11, maddə 886; 2010, № 2, maddələr 78, 80, № 7, maddə 610; 2011, № 6, maddələr 553, 554; 2013, № 11, maddə 1451; 2014, № 2, maddə 112, № 5, maddə 477) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. “İxtisarlar” hissəsində “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilsin;
3.2. Proqrama 1 nömrəli Əlavə - “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2008-2010-cu illər)”nın 2.3.3.1-ci yarımbəndinin “İcraçı təşkilatlar” sütununda “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 554; 2012, № 6, maddə 571; 2013, № 11, maddə 1452; 2014, № 2, maddə 112, № 5, maddə 477) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 1.5.2-ci, 1.5.4-cü, 1.5.5-ci, 2.3.3.2-ci və 2.3.3.3-cü yarımbəndlərinin “İcraçı təşkilatlar” sütununda “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilsin.
5. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 175) 1.1-ci bəndində “ARDNŞ-ə” sözü “SOCAR-a” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2015-ci il
№ 1180