“Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 22 may 2015-ci il
№ 196
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 22 may tarixli 196 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Azərbaycan Respublikasının ərazisində (Şuşa şəhərinin ərazisi istisna olmaqla) arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır.
[1]
1.2-1. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınır.
[2]
1.3. Arxeoloji qazıntı işləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nəzarəti ilə aparılır.
[3]
1.4. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzeylərdə saxlanılır. Tarix–mədəniyyət qoruqlarının ərazisində aşkar edilən materiallar qoruqların fonduna təhvil verilir.
1.5. Bu Qaydanın məqsədləri üçün şəxs dedikdə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxslər, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar başa düşülür.
1.6. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən hesabat müvafiq şəxs tərəfindən imzalanmalı, hüquqi şəxs tərəfindən həmçinin möhürlə təsdiqlənməlidir.
2. Arxeoloji qazıntıları aparan şəxs tərəfindən verilən hesabat
2.1. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntıları aparan şəxs Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə qazıntı işləri tamamlandıqdan sonra 30 (otuz) gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir.
[4]
2.2. “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan şəxs tərəfindən təqdim edilən hesabatda aşağıdakılar barədə məlumatlar öz əksini tapmalıdır:
[5]
2.2.1. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı;
[6]
2.2.2. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı;
2.2.3. ekspedisiya təşkil olunduqda, onun rəhbəri, tərkibi və bu məqsədlə ayrılan maliyyə vəsaiti;
2.2.4. qazıntı işləri aparılan abidənin ərazisi;
2.2.5. qazıntı işləri zamanı tətbiq edilən vasitələr, qazıntı və ya tədqiqat üsulları;
2.2.6. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının coğrafi koordinatları;
2.2.7. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının müəyyən edildiyi anda yerləşmə vəziyyəti və təsviri;
2.2.8. qazıntı işləri zamanı və işlər başa çatdıqdan sonra arxeoloji tapıntıların mühafizəsi və bu zaman onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər;
2.2.9. qazıntı işlərini aparan (yerinə yetirən) fiziki və ya hüquqi şəxslər;
2.2.10. arxeoloji tədqiqatlar gedişində axtarışların aparılması üçün istifadə olunan texniki vasitələr.
2.3. Bu Qaydanın 2.2-ci bəndində göstərilən hesabatla birlikdə aşağıdakılar Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təqdim edilməlidir:
2.3.1. qazıntı işləri aparılan ərazinin, aşkar olunan abidə, əşya və ya başqa tapıntının və onların aşkar olunan zaman vəziyyətinin fotosu və ya videosu;
[7]
2.3.2. bu Qaydanın 2.2.9-cu yarımbəndində göstərilən şəxslərin ixtisasını təsdiq edən sənədin surəti;
2.3.3. bu Qaydanın 2.2.10-cu yarımbəndində göstərilən avadanlıqların fotoşəkilləri və texniki göstəricilərini müəyyən edən sənəd.
3. Arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən verilən hesabat
3.1. Azərbaycan Respublikasının ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə elmi tədqiqat işləri tamamlandıqdan sonra 30 (otuz) gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir.
3.2. Azərbaycan Respublikasının ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən təqdim edilən hesabatda aşağıdakılar barədə məlumatlar öz əksini tapmalıdır:
3.2.1. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı;
3.2.2. elmi tədqiqat işlərini yerinə yetirən elmi tədqiqat və layihə institutları, abidələrin qorunması və bərpası məqsədi ilə fəaliyyət göstərən ictimai birliklər və icraçı şəxslər;
3.2.3. tətbiq edilən elmi tədqiqat metodları;
3.2.4. tədqiq olunan abidə, əşya və ya başqa tapıntılar;
3.2.5. tədqiq olunan abidə, əşya və ya başqa tapıntıların mühafizəsi və onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər.
3.3. Bu Qaydanın 3.2-ci bəndində göstərilən hesabatla birlikdə aşağıdakılar Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təqdim edilməlidir:
3.3.1. tədqiq olunan abidə, əşya və ya başqa tapıntının fotosu və ya videosu;
3.3.2. bu Qaydanın 3.2.2-ci yarımbəndində göstərilən şəxslərin ixtisasını təsdiq edən sənədin surəti.
4. Yekun müddəalar
4.1. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 3 (üç) iş günü müddətində təqdim edilən hesabatın bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən tələblərə uyğunluğunu yoxlayır.
[8]
4.2. Təqdim edilmiş hesabatda çatışmazlıqlar aşkar edildikdə, bu barədə şəxsə dərhal məlumat verilir. Müvafiq məlumatın verildiyi gündən 5 (beş) gün müddətində çatışmazlıqlar aradan qaldırılmalıdır.
4.3. Bu Qaydanın 2.1-ci, 3.1-ci, 4.2-ci bəndlərində müəyyən olunmuş müddətlərdə hesabat təqdim edilmədikdə və ya təqdim edilmiş hesabatda qəsdən yanlış məlumatlar göstərildikdə, şəxs barədə “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə uyğun müvafiq tədbirlər görülür.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)
2.
26 oktyabr 2020-ci il tarixli 424 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1312)
3.
5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 1.2-ci, 1.3-cü, 2.1-ci, 2.3-cü, 3.1-ci, 3.3-cü və 4.1-ci bəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.
26 oktyabr 2020-ci il tarixli 424 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1312) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 1.2-ci, 1.3-cü, 2.1-ci, 2.3-cü, 3.1-ci, 3.3-cü və4.1-ci bəndlərində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.
5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 1.2-ci bəndinə “ərazisində” sözündən sonra “(Şuşa şəhərinin ərazisi istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[2]
5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na yeni məzmunda 1.2-1-ci bənd əlavə edilmişdir.
[3]
5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 1.3-cü bəndinə “İdarəsinin” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri əlavə edilmişdir.
[4]
5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 2.1-ci, 2.3-cü, 3.1-ci və 3.3-cü bəndlərinə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilmişdir.
[5]
5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 2.2-ci bəndində “Arxeoloji ekspedisiyaların həyata keçirilməsi üzrə xərc normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 avqust tarixli 196 nömrəli qərarına” sözləri “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarına” sözləri ilə əvəz edilmişdir.
[6]
5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 2.2.1-ci və 3.2.1-ci yarımbəndlərinə “icazə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı” sözləri əlavə edilmişdir.
[7]
5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 2.3.1-ci və 3.3.1-ci yarımbəndlərində “əşyaların” sözü “abidə, əşya və ya başqa tapıntının” sözləri ilə, “fotoşəkilləri” sözü “fotosu və ya videosu” sözləri ilə əvəz edilmişdir.
[8]
5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346) ilə “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 4.1-ci bəndinə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilmişdir.