“İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İri, orta və kiçik sahibkar meyarları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektləri, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəliri barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, kiçik, orta və iri sahibkarların bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti ilin may ayının 10-dan gec olmayaraq elektron qaydada “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 5 iyun 2015-ci il
№ 215
|
|
İri, orta və kiçik sahibkar meyarları
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeydlər:
1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
2. Sahibkarların kiçik, orta və iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
3. Yeni yaradılan sahibkarlıq subyektlərinin kiçik, orta və iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
4. Sahibkarların kiçik, orta və iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.
5. Bu meyarlarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
29 iyun 2016-cı il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1228)
2.
21 dekabr 2018-ci il tarixli 556 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 dekabr 2018-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2751)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
21 dekabr 2018-ci il tarixli 556 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 dekabr 2018-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2751) ilə ləğv edilmişdir.
[2]
29 iyun 2016-cı il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1228) ilə “İri, orta və kiçik sahibkar meyarları”nın “İllik gəliri” sütununun birinci və ikinci sətirlərində “