AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
05.06.2015
QEYDİYYAT NÖMRƏSİ
550
ADI
Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 06-06-2015, Nəşr nömrəsi: 120), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2015, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 706)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.06.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201506050550
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.06.2015
Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında

Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2014-cü il noyabrın 21-də Aşqabad şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyun 2015-ci il

   № 550


Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə

 

PROTOKOL

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişin (bundan sonra - Saziş) iştirakçısı olan dövlətlərin hökumətləri,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Sazişin ayrılmaz hissəsi olan malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarına (bundan sonra-Qaydalar) aşağıdakı dəyişikliklər edilsin:

1. Qaydaların 1-ci bölməsinə aşağıdakı terminlər əlavə edilsin:

“malın mənşəyi haqqında sənəd - malın mənşəyi haqqında sertifikat və ya malın mənşəyi haqqında bəyannamə;

yoxlayan (verifikasiya edən) orqan - malın mənşəyi haqqında sənədlərin verilməsinin əsaslandırılmasına, onlarda əks olunan məlumatların dürüstlüyünə nəzarət edən, həmçinin bu Qaydalarda nəzərdə tutulan malların mənşə ölkəsinin təyin edilməsi meyarlarının istehsalçılar tərəfindən yerinə yetirilməsini yoxlayan Sazişin iştirakçısı olan dövlət tərəfindən səlahiyyət verilən dövlət orqanı”.

2. Qaydaların 5.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.1. Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir:

a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa. Bu Qaydaların 8.5-ci və 8.6-cı bəndlərində qeyd olunan hallarda, belə müqavilə malın ixracından sonra bağlanıla bilər;

b) xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa;

c) mal Sazişin bir iştirakçısı olan dövlətin fiziki şəxsi sayılan rezidenti tərəfindən Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə ixrac (idxal) edilirsə; [*]

d) mal, ərazisi vasitəsilə göndərilməsinin həyata keçirildiyi ölkənin gömrük orqanları tərəfindən sənədlə təsdiq edilmiş gömrük nəzarəti altında üçüncü ölkənin ərazisində yerləşdiyi və ya yerini dəyişdiyi hallar istisna edilməklə, Sazişin iştirakçısı olan dövlətlərin ərazisini tərk etmirsə. Bu halda, malın qorunmasının təmin edilməsi və təkrar yüklənməsi üzrə əməliyyatlar istisna edilməklə, mal dəyişməz vəziyyətdə olmalı və onun üzərində hər hansı əməliyyat aparılmamalıdır;

e) mal, bu Qaydalarla müƏyyən edilmiş malların mənşə ölkəsinin teyin edilməsi meyarlarına uyğun gəlirsə;**

ə) mal barəsində bu Qaydaların 6.1-ci və ya 6.2-ci bəndlərinə uyğun olaraq malın mənşəyi haqqında sənəd təqdim edilirsə”.

3. Qaydaların 5.2-ci bəndi çıxarılsın.

4. Qaydaların 5.3-cü və 5.4-cü bəndləri müvafiq olaraq 5.2-ci və 5.3-cü bəndlər hesab edilsin.

5. Qaydaların 6.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“6.2. Əgər Sazişin iştirakçısı olan dövlət mənşəli olan və bir mal partiyasında rəsmiləşdirilən idxal edilmiş malların ümumi dəyəri 5000 (beş min) ABŞ dollarına bərabər məbləğdən artıq deyildirsə, sərbəst ticarət rejiminin təqdim olunması məqsədi ilə idxal edilən belə malların mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilə bilər.

Malların ümumi dəyəri ABŞ dollarından fərqli valyutada bəyan edildiyi halda, valyutanın məbləğinin ABŞ dolları ilə yenidən hesablanması üçün ölkənin milli qanunvericiliyinə uyğun olaraq idxal ölkəsinin gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin qeydiyyata alındığı gün üçün valyuta məzənnəsi tətbiq edilir.

Əgər malın mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilmişdirsə və həmin bəyannamədə malların mənşə ölkəsi haqqında məlumatların yanlış olması əlamətləri aşkar edilərsə, idxal ölkəsinin gömrük orqanlarının əsaslandırılmış tələbi ilə CT-1 formalı mənşə sertifikatı təqdim edilir.

Malların mənşəyi barədə sənədlərin təqdim edilməsinin zəruri olmadığı hallar Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir.

Malın mənşəyi haqqında bəyannamənin surəti, habelə onunla bağlı olan və malın mənşəyini təsdiq edən istənilən sənədlər, malın mənşəyi barədə bəyannamənin tərtib edildiyi tarixdən 3 il müddətindən az olmayaraq ixracatçıda saxlanılır”.

6. Qaydaların 8.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“8.1. CT-1 formalı sertifikat ərizəçinin (bəyannaməçi) yazılı müraciəti əsasda mal ixrac olunduqdan sonra verilə bilər. Bu halda ərizəçi (bəyannaməçi) səlahiyyətli orqana əlavə olaraq malın faktiki ixracını təsdiq edən gömrük qeydi olan malmüşayiətedici sənədi təqdim edir*. Bəyannamə elektron formada verildikdə, malın sərhədi keçməsi haqqında gömrük orqanının elektron bildirişi təqdim edilə bilər. Əgər mal Sazişin iştirakçısı olan dövlətdən ixrac olunarkən gömrük bəyannaməsi tətbiq edilmirsə, səlahiyyətli orqana malın Sazişin iştirakçısı olan həmin dövlətin ərazisindən yüklənilməsini təsdiq edən sənədlər təqdim olunur.

Yuxarıda göstərilən hallarda CT-1 formalı sertifikatın 5-ci qrafasında “Sonradan verilmişdir” qeydi aparılır.”.

 

Maddə 2

 

Bu Protokol imzalandığı tarixdən etibarən 60 gündən sonra müvəqqəti olaraq tətbiq olunur və onu imzalamış Tərəflərin onun qüvvəyə minməsi üçün lazım olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə üçüncü bildirişin depozitari tərəfindən alındığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Dövlətdaxili prosedurları bundan gec yerinə yetirən Tərəflər üçün bu Protokol müvafiq sənədlərin depozitari tərəfindən alındığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Aşqabad şəhərində 2014-cü il 21 noyabr tarixində bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə bu Protokolu imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək Müstəqil Dövlətlər Birliyinin icraiyyə Komitəsində saxlanılır.

 

Azərbaycan Respublikası

Rusiya Federasiyası

Hökuməti adından

Hökuməti adından

(imza, qeyd-şərtlə)

(imza)

 

 

Ermənistan Respublikası

Tacikistan Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza, qeyd-şərtlə)

(imza)

 

 

Belarus Respublikası

Türkmənistan

Hökuməti adından

Hökuməti adından

(imza)

-

 

 

Qazaxıstan Respublikası

Özbəkistan Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza, qeyd-şərtlə)

-

 

 

Qırğız Respublikası

Ukrayna

Hökuməti adından

Hökuməti adından

(imza)

-

 

 

Moldova Respublikası

 

Hökuməti adından

 

(imza)

 

 


Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə 2014-cü il 21 noyabr tarixli Protokola dair Azərbaycan Respublikasının

 

QEYD-ŞƏRTİ

 

1. Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarının heç bir müddəası Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində (Dağlıq Qarabağ regionu və ona bitişik rayonlar) istehsal olunan malların Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında Sazişin iştirakçısı olan dövlətlərin bazarlarına buraxılması və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində istənilən iqtisadi fəaliyyət növünə münasibətdə tətbiq olunmayacaqdır.

2. İstisna olmaqla:

1-ci maddənin 1-ci bəndinin ikinci abzasında “və ya malın mənşəyi haqqında bəyannamə” ifadəsi;

1-ci maddənin 1-ci bəndinin üçüncü abzası;

1-ci maddənin 5-ci bəndi;

2-ci maddədə “imzalandığı tarixdən etibarən 60 gündən sonra müvəqqəti olaraq tətbiq olunur və” ifadəsi.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini   Yaqub EYYUBOV

 



[*] “c” yarımbəndi yalnız malın fiziki şəxs tərəfindən ixracı (idxal) zamanı tətbiq edilir.

** Əgər bu Qaydaların 5.1-ci bəndinin “a” və “e” yarımbəndlərində nəzərdə tutulan şərtlərdən heç olmasa biri yerinə yetirilmirsə, ərizəçinin (bəyanatçının) xahişinə əsasən, səlahiyyətli orqan tərəfindən ixrac ölkəsinin milli qanunvericiliyinə müvafiq olaraq malların mənşəyi barədə ümumi formalı (CT-1 abreviaturası olmayan) sertifikat verilir. Bu halda mala, Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərində sərbəst ticarət rejimi tətbiq edilmir.

* Bu halda gömrük orqanının qeydinin tarixi sertifikatın verilmə tarixindən ewəl olmalıdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status