Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 738) ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.1-ci, 2.2.2-ci, 4.1.1-ci və 4.1.1.1-ci yarımbəndlərdə ismin müvafiq hallarında “hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilsin.
2. 3.5-ci bənddə “hüquqi şəxslərlə” sözləri “dövlət orqanları və ya hüquqi şəxslərlə” sözləri ilə əvəz edilsin.
3. Qaydaların 1 və 3 nömrəli əlavələrində ismin müvafiq hallarında “Hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “Dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilsin.
4. Qaydaların 6, 7 və 8 nömrəli əlavələrində “hüquqi şəxs” sözləri “dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 may 2015-ci il
№ 205