![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
01.06.2015 |
Qeydiyyat nömrəsi |
4-1 |
Adı |
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli qərarında dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
05.06.2015 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
070.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201506010041 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
04.06.2015 |
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanının 3.3-cü yarımbəndinin icrası məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
qərara alır:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ində aşağıdakı dəyişikliklər edilsin:
1.1. Reqlamentə aşağıdakı məzmunda 1.3.3-1 yarım bənd əlavə edilsin:
“Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci, 3.1.2-ci və 3.1.4-cü yarımbəndləri”;
1.2. 1.4-cü bəndində “Nazirliyi” sözü “Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” sözləri ilə əvəz edilsin;
1.3. 3.4.1-ci yarımbəndində “Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin” sözləri “Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin” sözləri ilə əvəz edilsin.
2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Nazirliyin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
4. Qərarın icrasına nəzarət nazir müavini N.Məmmədova həvalə edilsin.
Kollegiyanın sədri Səlim Müslümov