AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.06.2015
QEYDİYYAT NÖMRƏSİ
212
ADI
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-06-2015, Nəşr nömrəsi: 121), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2015, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 785)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.06.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.030.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201506040212
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.06.2015
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamının 4.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 yanvar tarixli 2 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 47; 2007, № 4, maddə 391; 2008, № 5, maddə 447; 2014, № 1, maddə 57) 1-ci hissəsində “Mirzəyev Elçin İsmayıl oğlu - Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəisi” sözləri “Ziyadov Taleh Məhəmməd oğlu - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 iyun tarixli 161 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 585; 2007, № 10, maddə 1021)  1-ci hissəsindən “Həsənov Şəmistan Hüseyn oğlu - Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kapitanı” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 934; 2010, № 3, maddə 264; 2011, № 8, maddə 786; 2012, № 10, maddə 1023; 2014, № 1, maddə 60, № 10, maddə 1318) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar”a 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin, dənizçilik təhsil müəssisələrinin, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının üzərində olan fərqlənmə nişanlarının təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 13-cü kateqoriyanın “Vəzifə” sütununda “Beynəlxalq Dəniz Ticarət Limanının rəisi” sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri ilə əvəz edilsin;

3.2. 12-ci, 11-ci, 8-ci və 7-ci kateqoriyaların “Vəzifə” sütununda ismin müvafiq hallarında “Beynəlxalq Dəniz Ticarət Limanı” sözləri ismin müvafiq hallarında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, №1, maddə 28) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 884; 2014, № 6, maddə 745; 2015, № 3, maddə 331) ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 26-cı hissəsinin “Müəssisənin (təşkilatın) adı” sütununda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 164 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №5, maddə 588)  5-ci hissəsində “Azərbaycan Respublikasının Bakı Beynəlxalq Dəniz Ticarət Limanına” sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 4 iyun 2015-ci il

                 № 212

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status