Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 saylı qərarı ilə təsdiq edilmiş “Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların Siyahısı”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 saylı qərarı ilə təsdiq edilmiş “Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. Siyahının 29-cu bəndində “Yuyucu, ağardıcı və təmizləyici maddələr” sözləri “sintetik yuyucu vasitələr və məişət kimya məhsulları” sözləri ilə əvəz edilsin;
1.2. Siyahıya aşağıdakı məzmunda 91-ci və 92-ci bəndlər əlavə edilsin:
“91. Kosmetika və parfümeriya məhsulları
92. Tibbi reagentlər və kimyəvi reaktivlər”.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 29 may 2015-ci il
№ 208