×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.05.2015
QEYDİYYAT NÖMRƏSİ
1295-IVQD
ADI
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 20-06-2015, Nəşr nömrəsi: 131), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2015, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 689)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.06.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.060.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201505291295
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.06.2015
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.”.

1.2. 38.7-ci maddədə “Turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilsin.

1.3. 45.0.4-cü və 46.1.7-ci maddələrdə “müdafiə” sözü “hərbi” sözü ilə əvəz edilsin.

1.4. 79.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 79.1.4-cü maddə əlavə edilsin:

“79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə.”.

1.5. 79.5.2-ci maddəyə “ləğv edilmiş” sözlərindən sonra “, habelə qaçqın statusu verilməsindən imtina edilmiş” sözləri əlavə edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu Qanunun 1.1-ci maddəsi 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir. [1]

2.2. Bu Qanunun digər müddəaları dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 may 2015-ci il

№ 1295-IVQD

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 aprel 2017-ci il tarixli 628-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2017-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 728)

2.       17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241)

3.       29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 aprel 2017-ci il tarixli 628-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2017-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 728) ilə 2.1-ci maddəsində “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilmişdir.

 

17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241) ilə 2.1-ci maddədə “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilmişdir.

 

29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433) ilə 2.1-ci maddədə “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status