×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Vergilər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
04.02.2015
QEYDİYYAT NÖMRƏSİ
1517050000001700
ADI
Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətləri üzrə inzibati reqlamentlərdə və “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.02.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201502041700
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.02.2015
Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətləri üzrə inzibati reqlamentlərdə və “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

04.02.2015

Qeydiyyat nömrəsi

1517050000001700

Adı

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətləri üzrə inzibati reqlamentlərdə və “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

20.02.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.030.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201502041700

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.02.2015

 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətləri üzrə inzibati reqlamentlər və 10.04.2013-cü il tarixli 1317050000001700 nömrəli Qərarı ilə “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” təsdiq edilmişdir. [1]

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 22 noyabr 2013-cü il tarixli

820-IVQD nömrəli və 28 noyabr 2014-cü il tarixli 1116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunları, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 28 noyabr 2014-cü il 1115-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 83 nömrəli Qərarı yuxarıda qeyd edilən inzibati reqlamentlərdə və Qaydalarda müvafiq dəyişikliklərin edilməsini zəruri etmişdir.

Göstərilənləri nəzərə alaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci və Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2006-cı il tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentdə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.7 Elektron xidmətin icra müddəti: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə müvafiq olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı           1 gündən gec olmayaraq , sürətli elektron dövlət qeydiyyatı isə istifadəçinin daxil etdiyi tələb olunan məlumatların informasiya sistemində emalı müddətinə uyğun olaraq dərhal həyata keçirilməlidir.”

1.2. 2.6.2-ci yarımbəndin “Qeydlər” bölməsinin 1-ci hissəsində “təsis qərarının,”  sözləri çıxarılsın.

1.3. 3.2.1-ci yarımbəndinin “Sürətli e-qeydiyyat” bölməsinin 13-cü və 16-cı abzaslarından, “Adi e-qeydiyyat” bölməsinin 21-ci və 24-cü abzaslarından “, qərar” sözü çıxarılsın.

1.4. 3.3.1-ci yarımbəndin 2-ci abzasında “3 gün” sözləri “1 iş günü” sözləri ilə əvəz edilsin.

1.5. 3.4-cü bənddə:

1.5.1. 2-ci abzasdan “qərar və” sözü;

1.5.2. 4-cü abzasın 1-ci cümləsindən “və cəmiyyətin yaradılması barədə qərarın” sözləri;

1.5.3. 4-cü abzasın 2-ci cümləsindən “və cəmiyyətin yaradılması barədə qərar” sözləri çıxarılsın.

1.6. 3.4.1-ci yarımbənddə:

1.6.1. “Sürətli elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 3-cü abzasından “və təsisetmə qərarının” sözləri;

1.6.2. “Adi elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 4-cü abzasından “və təsis qərarının” sözləri çıxarılsın.

1.7. 3.4.2-ci yarımbənddə:

1.7.1. “Sürətli elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 4-cü abzasından və “Adi elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 5-ci abzasından “və təsis qərarının” sözləri çıxarılsın;

1.7.2. “Adi elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 11-ci abzasında “1-3” rəqəmləri “1” rəqəmi ilə əvəz edilsin.

1.8. İnzibati reqlamentə əlavə edilmiş “Məhdud Məsuliyyətli Cəmiyyətin təsis edilməsi haqqında Qərar” formaları ləğv edilsin.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentdə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.7 Elektron xidmətin icra müddəti: Fiziki şəxsin onlayn qeydiyyatı istifadəçinin daxil etdiyi tələb olunan məlumatların informasiya sistemində emalı müddətinə uyğun olaraq dərhal həyata keçirilməlidir.”

2.2. 3.2-ci bənddən “Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya” sözləri çıxarılsın.

2.3. 3.2.1-ci yarımbəndin 1-ci abzası aşağıdakı redaksiyada verilsin:

“Sorğunun formalaşdırılması: Fərdi sahibkarın e-qeydiyyatı İnternet Vergi İdarəsi Portalının “Onlayn kargüzarlıq və e-VHF” bölümü üzərindən aparılır. Bu məqsədlə fərdi sahibkar gücləndirilmiş elektron imza vasitəsilə həmin bölümə daxil olur və “Fiziki şəxsin qeydiyyat ərizəsi”ni seçir.”

2.4. 3.2.1-ci yarımbəndin 7-ci abzası çıxarılsın.

2.5. 3.2.1-ci yarımbəndin 8-ci abzasında “İcra et” sözləri “İmzala və göndər” sözləri ilə əvəz edilsin.

2.6. 3.2.1-ci yarımbəndin 9-cu abzasının əvvəlinə “Ərizə gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra” sözləri əlavə edilsin.

2.7. 3.4.1-ci yarımbəndin 2-ci abzası çıxarılsın.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 10 aprel 2013-cü il tarixli 1317050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.2.7-ci yarımbənddə “istifadəçi kodu, parol və şifrədən” sözlərindən sonra “, habelə gücləndirilmiş elektron imzadan” sözləri əlavə edilsin.

3.2. 2.8-ci bəndin 1-ci abzası aşağıdakı redaksiyada verilsin:

Fiziki şəxsin uçot sənədlərinin qəbul edilməsi zamanı fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə Vergi Məcəlləsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”na əsasən vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsi imkanları barədə ətraflı məlumat verilir. Bu məqsədlə elektron sənəd mübadiləsi haqqında bağlanılmış müqaviləyə əsasən, vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadə edilməklə İnternet vergi idarəsində vergi orqanına müraciətlərin və digər sənədlərin, o cümlədən vergi bəyannamələrinin (hesabatların) elektron formada göndərilməsi barədə izahat verilir.”

3.3. 3.1-ci bənddə “müddətində” sözündən sonra “(fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla)” sözləri əlavə edilsin.

3.4. 4.1-ci bənddə:

3.4.1. 1-ci abzasın 2-ci cümləsindən “və ya www.e-taxes.gov.az İnternet Vergi İdarəsi portalında istifadəçi kimi qeydiyyatdan keçməklə alınmış istifadəçi kodu, şifrə, parolu” sözləri çıxarılsın;

3.4.2. 2-ci abzasın 2-ci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsilə daxil olur və elektron ərizə formasını dolduraraq qeydiyyatdan keçir.”;

3.4.3. aşağıdakı məzmunda 3-cü abzas əlavə edilsin:

“Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir.”

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Samirə Musayevaya tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli 1217050000004800 nömrəli və 10 aprel 2013-cü il tarixli 1317050000001700 nömrəli Qərarları ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətləri üzrə inzibati reqlamentlərin və “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın bu Qərarla edilmiş dəyişikliklərə uyğunlaşdırılmış formada Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

Vergilər naziri,

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

 

Fazil Məmmədov

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 may 2015-ci il tarixli 1517050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201505193100, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyun 2015-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 may 2015-ci il tarixli 1517050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201505193100, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyun 2015-ci il) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status