×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.05.2001
QEYDİYYAT NÖMRƏSİ
87
ADI
Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2001, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 337)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.05.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə"

Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 3 may 2001-ci il

                   № 87

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 3 may tarixli 87 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması

 

MÜDDƏTİ VƏ QAYDASI

 

1. Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən Səhiyyə Nazirliyinin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hərbi Əks-kəşfiyyat Xidmətinin və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılır. [1]

2. Profilaktik peyvəndlər tibb müəssisələrində (tibb məntəqələrində, kabinetlərində) tibb işçiləri tərəfindən aparılır.

3. Profilaktik peyvəndlərə cəlb olunan şəxslər əvvəlcədən həkim tərəfindən tibb baxışdan keçirlər və müayinə olunurlar.

4. Epidemioloji vəziyyətin gərginliyinin əsaslandırıldığı halda immunoprofilaktikanı təmin edən müvafiq orqanın göstərişi ilə müxtəlif əhali qrupları arasında immunizasiya tədbirləri aparılır.

5. Profilaktika peyvəndlərin aparılması üçün epidemioloji göstərişlər aşağıdakılardır:

Tulyaremiya – xəstəliyin payız-qış mövsümündə şiddətlənməsi təhlükəsi zamanı 4 yaşından başlayaraq bütün əhalini cəlb etməklə təxirəsalınmadan peyvənd tədbirləri aparılır.

Tulyaremiyaya qarşı peyvənd aparılması üçün göstərişlər:

xəstəliyin əsas yoluxma mənbəyi olan gəmiricilərin sayının kütləvi şəkildə artması;

gəmiricilər arasında tulyaremiya xəstəliyinin epizootiyasının aşkar olunması;

insanlar arasında tulyaremiya xəstəliyinin qeyd olunması.

Xəstəlik halları qeyd olunarsa peyvənd tədbirləri maksimum qısa müddət ərzində aparılmalıdır.

Qara yara - bir neçə və ya bir neçə qara yara ocağı olan yaşayış məntəqəsi, eləcə də ayrı-ayrı otlaq əraziləri və ya heyvan sürülərinin keçdiyi yollar xəstəliyə görə qeyri-sağlam məntəqə sayılır.

Qeyri-sağlam məntəqələrdə yaşlı əhali arasında profilaktik peyvəndlər infeksiyanın fəallığı qeyd olunandan sonra hər il olmaqla 4 il ərzində aparılır. Bu müddət keçdikdən sonra əgər fəallıq qeyd olunarsa peyvənd tədbirləri yenə də həmin qaydada təkrar olunur.

Leptosiroz – xəstəliyə görə epidemik ərazilərdə heyvanlar arasında xəstəlik baş verildiyi halda, həmin ərazidə yaşayan və yoluxma təhlükəsi olan şəxslər arasında, əsas etibarilə epidemioloji mövsümə iki ay qalmış, aprel ayının birinci ongünlüyündən gec olmayaraq profilaktik peyvənd aparılır.

Taun – taun əleyhinə müəssisələr tərəfindən aparılan epidemioloji kəşfiyyat əsasında gəmiricilər arasında taun epizootiyasının olması və ya infeksiyanın xəstə şəxs tərəfindən gətirilməsinin mümkünlüyü profilaktik peyvənd aparılması üçün göstəriş sayılır.

Epidemioloji vəziyyətdən asılı olaraq peyvənd müəyyən ərazidə və ya seçmə yolu ilə xüsusilə təhlükə altında olan kontingent arasında aparılır (epizootiya olan ərazilərdə daimi və müvəqqəti əlaqədə olan şəxslər).

Qarın yatalağı – epidemioloji göstəricilərə görə (təbii fəlakətlər, su kəmərlərində və kanalizasiya şəbəkələrində iri qəzalar) epidemiyaların şiddətlənməsi təhlükəsi olduqda, eləcə də xəstəlik qeydə alınmış və xəstəliyin baş verib yayılması üçün təhlükə gözlənilən yaşayış məntəqələrində, ayrı-ayrı yataqxanalarda, kazarmalarda və digər kompakt yaşayış yerlərində yaşayanlar arasında qarın yatağına qarşı kütləvi profilaktik peyvənd aparılır.

6. Müxtəlif yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş təlimatlar üzə aparılır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2003-cü il tarixli 73 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342)

2.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2004-cü il tarixli 154 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 871)

3.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

4.       30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417)

5.       28 sentyabr 2021-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1085)

6.       25 avqust 2022-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1023)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2003-cü il tarixli 73 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342) ilə "Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması müddəti və Qaydası"nın 1-ci bəndinə "Ədliyyə Nazirliyinin" sözlərindən sonra "Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2004-cü il tarixli 154 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 871) ilə "Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması müddəti və Qaydası"nın 1-ci bəndindən "Hərbi Əks-kəşfiyyat Xidmətinin" sözləri çıxarılmışdır.

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”nın 1-ci hissəsindən “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılmışdır və həmin hissəyə “Ədliyyə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin,” sözləri əlavə edilmişdir.

30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”nın 1-ci hissəsindən “Səhiyyə Nazirliyinin,” sözləri çıxarılmışdır və həmin hissədə “Dövlət Sərhəd Xidməti,” sözləri “Dövlət Sərhəd Xidmətinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

28 sentyabr 2021-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1085) ilə “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”nın 1-ci hissəsinə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözlərindən əvvəl “Səhiyyə Nazirliyinin,” sözləri əlavə edilmişdir.

25 avqust 2022-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1023) ilə “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”nın 1-ci hissəsinə “Dövlət Sərhəd Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status