×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.07.2015
QEYDİYYAT NÖMRƏSİ
566
ADI
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-07-2015, Nəşr nömrəsi: 151), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2015, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 834)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.07.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201507140566
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.07.2015
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun qəbulu ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin Qanunun 3.6-cı maddəsinə uyğun olaraq, dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 62.3-cü maddəsinə uyğun olaraq, ofşor zonaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin Qanunun 89.1.2-ci maddəsinə uyğun olaraq, mərkəzi depozitarın illik xalis mənfəətindən məcburi ayırmaların faizini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.22-ci və 16.16.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.1-1. həmin Qanunun 1.0.22-ci maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur; [2]

2.2. həmin Qanunun 3.6-cı, 28.3-cü və 62.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

2.3. həmin Qanunun 16.16.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir; [4]

2.4. həmin Qanunun 22.7-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər. [5]

2.5. həmin Qanunun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. [6]

3. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi:

3.1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 3.7-ci, 3.8-ci, 5.3-cü, 5.5.3-cü, 5.5.4-cü, 5.6.3-cü, 5.9-cu, 5.11-ci, 8.13-cü (birinci cümlədə), 8.15-ci, 8.16-cı, 11.2-ci, 12-ci (ikinci cümlədə), 19.5.2-ci, 30.6-cı, 31.3-cü, 31.5-ci, 34.4-cü, 37.3-cü, 38.13-cü, 39.5-ci, 40.3-cü, 40.4-cü, 41.4-cü, 43.5-ci, 47.4.2-ci, 48.3-cü, 50.8-ci, 53.2.2-ci, 58.7-ci, 61.9-cu, 61.14-cü (ikinci cümlədə), 63.2-ci (ikinci cümlədə), 75.11.2-ci, 75.12-ci, 77.5-ci (ikinci cümlədə), 77.7-ci, 77.8-ci, 78.5-ci, 80.8-ci, 81.6-cı, 82.1-ci (ikinci cümlədə), 82.3-cü, 84.2-ci (üçüncü cümlədə) maddələrindən irəli gələn normativ hüquqi aktları beş ay müddətində qəbul etsin;

3.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə həmin Qanunun 22.7-ci maddəsinin ikinci cümləsindən irəli gələn normativ hüquqi aktları üç ay müddətində qəbul etsin.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təklifləri əsasında Milli Depozit Mərkəzinin yeni nizamnaməsini bir ay müddətində təsdiq etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Milli Depozit Mərkəzinin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsünlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2015-ci il

   566

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 iyun 2016-cı il tarixli 953 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 iyul 2016-cı il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1049)

2.       31 may 2017-ci il tarixli 1443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 847)

3.       1 iyul 2019-cu il tarixli 765 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2019-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1214)

4.       16 may 2023-cü il tarixli 2141 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 may 2023-cü il, “Azərbaycan” qəzeti, 17 may 2023-cü il, № 102)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 iyun 2016-cı il tarixli 953 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 iyul 2016-cı il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1049) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 3.6-cı, 62.3-cü və 89.1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

1 iyul 2019-cu il tarixli 765 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2019-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1214) ilə 2.1-ci bəndində “maddəsində” sözü “və 16.16.4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 iyun 2016-cı il tarixli 953 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 iyul 2016-cı il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1049) ilə yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.

 

[3] 23 iyun 2016-cı il tarixli 953 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 iyul 2016-cı il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1049) ilə 2.2-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.2. həmin Qanunun 1.0.22-ci, 3.7-ci, 3.8-ci, 5.3-cü, 5.5.3-cü, 5.5.4-cü, 5.6.3-cü, 5.9-cu, 5.11-ci, 8.13-cü (birinci cümlədə), 8.15-ci, 8.16-cı, 11.2-ci, 12-ci (ikinci cümlədə), 16.1-ci (ikinci cümlədə), 19.5.2-ci, 30.6-cı, 31.3-cü, 31.5-ci, 34.4-cü, 37.3-cü, 38.13-cü, 39.5-ci, 40.3-cü, 40.4-cü, 41.4-cü, 43.5-ci, 47.4.2-ci, 48.3-cü, 50.8-ci, 53.2.2-ci, 58.7-ci, 61.9-cu, 61.14-cü (ikinci cümlədə), 63.2-ci (ikinci cümlədə), 75.11.2-ci, 75.12-ci, 77.5-ci (ikinci cümlədə), 77.7-ci, 77.8-ci, 78.5-ci, 80.8-ci, 81.6-cı, 82.1-ci (ikinci cümlədə), 82.3-cü, 84.2-ci (üçüncü cümlədə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;

 

31 may 2017-ci il tarixli 1443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 847) ilə 2.2-ci bənddə “3.6-cı və 62.3-cü” sözləri “3.6-cı, 28.3-cü və 62.3-cü” sözləri ilə əvəz edilmişdir.

 

[4] 1 iyul 2019-cu il tarixli 765 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2019-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1214) ilə 2.3-cü bənd ləğv edilmişdir.

 

[5] 23 iyun 2016-cı il tarixli 953 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 iyul 2016-cı il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1049) ilə 2.4-cü bənd ləğv edilmişdir.

 

[6] 16 may 2023-cü il tarixli 2141 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 may 2023-cü il, “Azərbaycan” qəzeti, 17 may 2023-cü il, № 102) ilə yeni məzmunda 2.5-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status