AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
10.08.2015
QEYDİYYAT NÖMRƏSİ
1346
ADI
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-08-2015, Nəşr nömrəsi: 171), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2015, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 924)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.08.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.100.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201508101346
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.08.2015
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in yerinə yetirilməsinə yardım etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin: [1]

 

Komissiyanın həmsədri [2]

 

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 avqust 2015-ci il

                № 1346

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
  2. 07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518)
  3. 1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677)
  4. 23 iyul 2021-cı il tarixli 2797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 810)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsində “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Elmir Vəlizadə - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə əvəz edilmi.dir/

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində “Arif Əsgərov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini” sözləri çıxarılmışdır.

 

[2] 23 iyul 2021-cı il tarixli 2797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 810) ilə 1-ci hissə ilə təsdiq edilmiş Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

 

Komissiyanın həmsədri

 

Elmir Vəlizadə

-

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

 

Komissiyanın üzvləri:

 

Sahib Məmmədov

-

Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov

-

Azərbaycan Respublikası energetika nazirinin müavini

Ragim Lətifov

-

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Seyfəddin Talıbov

-

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev

-

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Arif Əsgərov

-

Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Firudin Qurbanov

-

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nazim Səmədov

-

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

İbrahim Quliyev

-

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Rəmzi Teymurov

-

Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Xəzər Fərhadov

-

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status