×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.07.2015
QEYDİYYAT NÖMRƏSİ
567
ADI
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-07-2015, Nəşr nömrəsi: 151), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2015, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 835)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.07.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201507140567
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.07.2015
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1076-6.4.3-cü maddəsinə uyğun olaraq, müvafiq dövlətlərin müəyyən edilməsi meyarlarını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [2]

2.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1076-6.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Məcəllənin 1076-6.4.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Məcəllənin 403-1.2-ci, 991.2-ci, 992-ci, 997.4-cü (ikinci cümlədə), 1076-2.3-cü, 1076-6.5-ci, 1076-6.6-cı (ikinci cümlədə), 1076-7.3-cü (birinci cümlədə), 1076-9.4-cü, 1076-10.4-cü (birinci və ikinci cümlələrdə), 1076-11.1-ci, 1076-11.3-cü, 1076-11.4-cü (birinci və ikinci cümlələrdə), 1076-11.5-ci (üçüncü cümlədə), 1076-13.3-cü (birinci və ikinci cümlələrdə), 1076-13.4-cü, 1076-13.6-cı (birinci və ikinci cümlələrdə), 1076-13.7-ci (birinci və ikinci cümlələrdə), 1076-13.10-cu, 1076-13.11-ci (üçüncü cümlədə), 1078-1.2-ci (ikinci cümlədə), 1078-23.17-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir. [3]

3. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403-1.2-ci, 991.2-ci, 997.4-cü (ikinci cümlədə), 1076-6.6-cı (ikinci cümlədə), 1076-10.4-cü (birinci cümlədə), 1076-11.3-cü, 1076-13.7-ci (ikinci cümlədə), 1078-1.2-ci (ikinci cümlədə), 1078-23.17-ci maddələrindən irəli gələn normativ hüquqi aktları beş ay müddətində qəbul etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, bu Fərmanın 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara uyğun olaraq, müvafiq dövlətlərin siyahısının özünün rəsmi internet səhifəsində dərc edilməsini və mütəmadi olaraq yenilənməsini təmin etsin. [4]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2015-ci il

                     567

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 avqust 2016-cı il tarixli 1017 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1378)

  1. 13 yanvar 2017-ci il tarixli 1198 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 45)
  2. 21 iyun 2017-ci il tarixli 1486 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, “Xalq” qəzeti, 4 iyul 2017-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1102)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 yanvar 2017-ci il tarixli 1198 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 45) ilə 1.3-cü bənddə “siyahısını” sözü “müəyyən edilməsi meyarlarını” sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 iyun 2017-ci il tarixli 1486 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, “Xalq” qəzeti, 4 iyul 2017-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1102) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[3] 10 avqust 2016-cı il tarixli 1017 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1378) ilə 2.3-cü bənd ləğv edilmişdir.

 

[4] 13 yanvar 2017-ci il tarixli 1198 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 45) ilə yeni məzmunda 5-ci hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status