“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9, maddə 854; 2013, № 2, maddə 197) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. cədvəlin 2-ci hissəsinə “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri” sözlərindən sonra “, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları” sözləri əlavə edilsin;
1.2. cədvəlin 3-cü hissəsindən “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları” sözləri çıxarılsın;
1.3. “Qeydlər”in 1-ci hissəsində “dərəcəsi” sözü “diplomatik rütbəsi və ya vəzifəsi” sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 oktyabr 2013-cü il
№ 304