Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir.
[1]
Maddə 1. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında qanunvericilik
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə digər normativ aktlarla tənzimlənir.
[2]
Maddə 2. Əsas anlayışlar
[3]
2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;
2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri;KMQ1.
2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri;
2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;
2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal;
2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalı tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;
2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;
2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;
2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir.
Maddə 3. Dövlət icbari şəxsi sığortanın prinsipləri
[4]
3.1. Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:
3.1.1. dövlət icbari şəxsi sığortanın məcburiliyi;
3.1.2. dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.
Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı
[5]
4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir.
4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.
4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər.
Maddə 4-1. Sığortaolunanın hüquq və vəzifələri
[6]
4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:
4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;
4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;
4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;
4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.
4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:
4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;
[7]
4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklər barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.
4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.
Maddə 4-2. Sığortaçının hüquq və vəzifələri
4-2.1. Sığortaçının aşağıdakı hüquqları vardır:
4-2.1.1. sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;
4-2.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;
4-2.1.3. sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı, sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);
4-2.1.4. sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;
4-2.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.
4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:
4-2.2.1. sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;
4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;
4-2.2.3. hər bir sığortalıya və bu Qanunun 9.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;
4-2.2.4. sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;
4-2.2.5. sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;
4-2.2.6. bu Qanunun 8-1-ci maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;
4-2.2.7. sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;
4-2.2.8. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Maddə 4-3. Sığortalının hüquq və vəzifələri
4-3.1. Sığortalının aşağıdakı hüquqları vardır:
4-3.1.1. özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;
4-3.1.2. sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;
4-3.1.3. sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;
4-3.1.4. sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;
4-3.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.
4-3.2. Sığortalının aşağıdakı vəzifələri vardır:
4-3.2.1. sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;
4-3.2.2. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;
4-3.2.3. sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;
4-3.2.4. sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;
4-3.2.5. sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək;
4-3.2.6. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 4-4. Sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası
Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 5. Sığorta hadisələri və ödənişləri
Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir.
[8]
Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir;
[9]
a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz;
b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz;
[10]
c) sığortaolunanın əlilliyi müəyyən edildikdə;
[11]
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz;
[12]
orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz;
[13]
orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz
[14]
ç) sığortaolunan:
ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz;
az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz;
yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz.
[15]
Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.
[16]
Maddə 6. Dövlət icbari şəxsi sığortanın aparılması qaydası
[17]
6.1. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.
6.2. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydada sığortaçıya ödəyir.
6.3. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.
6.4. Sığortaolunanlar müvafiq olaraq qulluğa qəbul və ya vəzifəyə təyin olunduqları tarixdən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.
Maddə 7. Sığorta ödənişinin verilməsi
[18]
7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.
7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.
7.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.
Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina
[19]
8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:
8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla);
[20]
8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;
8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;
8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.
8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir.
Maddə 8-1. Sığorta vəsaitləri
[21]
8-1.1. Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:
8-1.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;
8-1.1.2. kreditlər;
8-1.1.3. sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;
8-1.1.4. qanunla qadağan edilməyən digər mənbələr.
8-1.2. Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:
8-1.2.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;
8-1.2.2. sığorta ehtiyatının yaradılmasına;
8-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;
8-1.2.4. idarəetmə xərclərinə;
8-1.2.5. qanunla müəyyən edilən digər istiqamətlərə.
8-1.3. İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata keçirilir.
8-1.4. Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
8-1.5. Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.
8-1.6. Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.
8-1.7. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 8-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar
Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.
Maddə 9. Nəzarət və bu Qanunun pozulmasına görə məsuliyyət
[22]
9.1. Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.
9.2. Sığortaçı dövlət icbari şəxsi sığorta sahəsində görülmüş işlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verir.
9.3. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 10. Vergitutma
[23]
Dövlət sığorta orqanlarına ödənilmiş sığorta haqları məbləğindən (sığorta xidmətlərinin göstərilməsindən alınan mənfəətdən başqa və sığorta) olunanlara verilmiş sığorta ödənişlərindən vergi tutulmur.
Maddə 11. Mübahisələrə baxılması qaydası
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
[24]
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 5 oktyabr 1999-cu il
№ 705-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
2.
24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692)
3.
10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928)
4.
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)
5.
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695)
6.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)
7.
26 noyabr 2009-cu il tarixli 923-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 966)
8.
5 mart 2013-cü il tarixli 585-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 357)
9.
17 dekabr 2013-cü il tarixli 846-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 8)
10.
4 aprel 2014-cü il tarixli 931-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337)
11.
16 dekabr 2014-cü il tarixli 1132-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 75)
12.
13 fevral 2015-ci il tarixli 1189-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 251)
13.
19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827)
14.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318)
15.
22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897)
16.
20 dekabr 2022-ci il tarixli 723-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 176)
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARLARI
KMQ1. 1. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla" ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur.
2. Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
3. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2022-ci il tarixli Qərarı – “Respublika” qəzeti 14 may 2022-ci il, № 100)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə preambulada “qaydalarını və şərtlərini müəyyən edir” sözləri “sahəsində münasibətləri tənzimləyir” sözləri ilə əvəz edilmişdir.
[2]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 1-ci maddədə "Sığorta haqqında" sözləri "Mülki Məcəlləsi,"Sığorta fəaliyyəti haqqında," sözləri ilə əvəz edilmişdir.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 1-ci maddədən “Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında,” sözləri çıxarılmışdır və həmin maddədə “Qanunları və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri” sözləri “Azərbaycan Respublikasının Qanunu, habelə digər” sözləri ilə əvəz edilmişdir.
[3]
10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928) ilə 2-ci maddəsində “müstəntiqlər,” sözündən sonra “ədliyyə orqanlarında qulluq keçən şəxslər,” sözləri əlavə edilsin, “,habelə cinayət işləri üzrə məhkəmə hökmlərini, qərarlarını və qərardadlarını, istintaq orqanlarının və prokurorların qərarlarını icra edən” sözləri çıxarılmışdır.
26 noyabr 2009-cu il tarixli 923-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 966) ilə 2-ci maddəsində “ədliyyə” sözündən sonra “, miqrasiya” sözü əlavə edilmişdir.
5 mart 2013-cü il tarixli 585-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 357) ilə 2-ci maddəsində “ictimai qaydanın mühafizəsinin və milli təhlükəsizliyi” sözləri “fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi” sözləri ilə əvəz edilmişdir.
13 fevral 2015-ci il tarixli 1189-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 251) ilə 2-ci maddəsindən “andlı iclasçılar,” sözləri çıxarılmışdır.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 2-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 2. Sığorta olunanlar
Bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, andlı iclasçılar, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər.
[4]
16 dekabr 2014-cü il tarixli 1132-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 75) ilə 3-cü maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 3-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 3. Sığortaçı
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır.
Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
[5]
24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 4-cü maddənin ikinci hissəsində "işin aparılması üçün sığortaçının xərcləri də" sözləri "sığortaçının komisyon mükafatları da" sözləri ilə əvəz edilmişdir.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 4-cü maddənin ikinci hissəsindən ", sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla," sözləri çıxarılmışdır.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının minimum miqdarı
Bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir.
Sığorta haqqı, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin bir faizi miqdarında müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər.
[6]
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə yeni məzmunda 4-1 – 4-4-cü maddələr əlavə edilmişdir.
[7]
20 dekabr 2022-ci il tarixli 723-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 176) ilə 4-1.2.1 və 4-2.1.2-ci maddələrə “mümkün olmadığı hallarda” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.
[8]
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 5-ci maddənin birinci hissədə “zədələnməsi, yaralanması, xəsarət alması” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 5-ci maddənin birinci hissəsində “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət” sözləri “Sığortaolunanların xidməti” sözləri ilə əvəz edilsin və həmin hissəyə “alması” sözündən sonra “və (və ya) əlilliyin müəyyən edilməsi” sözləri əlavə edilmişdir.
[9]
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 5-ci maddənin ikinci hissəsinə “baş verdikdə” sözlərindən sonra “bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan” sözləri əlavə edilsin, həmin hissənin “a” və “b” bəndlərində “sığorta olunan” sözləri “sığortaolunan” sözü ilə əvəz edilsin, “ç” bəndində “sığorta olunan” sözləri “sığortaolunan” sözü ilə əvəz olunsun, üçüncü abzas dördüncü abzas hesab edilmişdir və yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.
[10]
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 5-ci maddənin ikinci hissənin “b” yarımbəndində “zədələnmə, yaralanma və ya xəsarətə” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almağa” sözləri ilə əvəz edilmişdir.
[11]
19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 5-ci maddənin ikinci hissəsinin “c” bəndinin birinci abzasında “sığorta olunana əlillik təyin olunduqda” sözləri “sığortaolunanın əlilliyi müəyyən edildikdə” sözləri ilə əvəz edilmişdir.
[12]
22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 5-ci maddəsinin ikinci hissəsinin “c” bəndinin ikinci abzasda “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilmişdir.
[13]
22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 5-ci maddəsinin ikinci hissəsinin “c” bəndinin üçüncü abzasda “II dərəcə” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə” sözləri ilə əvəz edilmişdir.
[14]
19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 5-ci maddənin ikinci hissəsinin “c” bəndinin ikinci, üçüncü və dördüncü abzaslarında “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.
22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 5-ci maddəsinin ikinci hissəsinin “c” bəndinin dördüncü abzasda “III dərəcə” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə” sözləri ilə əvəz edilmişdir.
[15]
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174) ilə 5-ci maddənin ikinci hissənin “ç” yarımbəndinin ikinci və üçüncü abzaslarında isə “yaralandıqda” sözü “xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilmişdir.
[16]
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 5-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.
[17]
17 dekabr 2013-cü il tarixli 846-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 7) ilə 6-cı maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.
16 dekabr 2014-cü il tarixli 1132-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 75) ilə 6-cı maddəyə yeni məzmunda yeddinci hissə əlavə edilmişdir.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 6. Sığortanın aparılması qaydası
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları, müvafiq məhkəmələr və Azərbaycan Respublikası Prokurorluğu (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.
Sığorta etdirənlər məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasını təmin etmək üçün işçilərin siyahısını sığortaçıya təqdim etməklə onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər.
Sığortaçı hər rüb sığortalılara əvvəlki rübün icrasına dair hesabat təqdim edir.
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.
Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.
Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
[18]
17 dekabr 2013-cü il tarixli 846-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 7) ilə 7-ci maddənin birinci hissəsinin “a” və “b” bəndlərinin birinci yarımbəndlərindən müvafiq olaraq “notariat qaydasında təsdiq olunmuş” və “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılmışdır.
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 7-ci maddənin birinci hissəsinin “a” yarımbəndinin dördüncü abzasında “zədələnmə, yaralanma və ya xəsarətə” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almağa” sözləri ilə əvəz edilmişdir.
19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 7-ci maddənin birinci hissəsinin “b” bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti;
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 7-ci maddənin birinci hissəsinin “c” yarımbəndinin birinci abzasında “yaralanması” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə, ikinci abzasında “yaralanmanın” sözü “xəsarətin (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 7-ci maddənin ikinci hissəsində və 8-ci maddədə ismin müvafiq hallarında "sığorta edilən" sözləri ismin müvafiq hallarında "sığorta olunan" sözləri ilə əvəz edilmişdir.
4 aprel 2014-cü il tarixli 931-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337) ilə 7-ci maddənin ikinci hissəsi ləğv edilmişdir.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər
Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanının arayışı ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:
a) həlak olma (ölüm) halında :
sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti;
vərəsəlik hüququnu təsdiq edən sənəd;
sığorta olunan xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;
b) əlillik haqqında:
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;
c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında:
xəsarətin (yaralanma, travma, kontuziya) dərəcəsi və səbəbi haqqında həkim arayışı.
sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək dövlət sığorta orqanına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müraciət etmək hüququ vardır.
[19]
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 8-ci maddəsinə “narkotik vasitələrdən” sözlərindən sonra “, psixotrop maddələrdən” sözləri əlavə edilmişdir.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 8-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina
Sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta hadisəsinin sığorta olunanın xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi, yaxud sığorta olunan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə.
[20]
20 dekabr 2022-ci il tarixli 723-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 176) ilə 8.1.2-ci maddəyə “müəyyən edildikdə” sözlərindən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.
[21]
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə yeni məzmunda 8-1 və 8-2-ci maddələr əlavə edilmişdir.
[22]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 6-cı maddənin birinci-üçüncü hissələrində və 9-cu maddənin ikinci hissəsində ismin müvafiq hallarında "sığorta etdirənlər" sözləri ismin müvafiq hallarında "sığortalılar" sözü ilə əvəz edilmişdir.
4 aprel 2014-cü il tarixli 931-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337) ilə 9-cu maddənin ikinci hissəsində “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilmişdir.
3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318) ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 9. Nəzarət və məsuliyyət
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına sığorta orqanı nəzarət edir.
Bu Qanunun müddəalarının pozulmasına görə sığortalıların, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
[23]
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 10-cu maddə çıxarılmışdır.
[24]
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 11-ci maddədə "mübahisələrə məhkəmə qaydasında baxılır" sözləri "mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir" sözləri ilə əvəz edilmişdir.
4 aprel 2014-cü il tarixli 931-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337) ilə 11-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz edilmişdir.