AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.08.2015
QEYDİYYAT NÖMRƏSİ
583
ADI
“Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2015, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 912)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.08.2015
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 avqust 2015-ci il

                    № 583

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin [2]

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - Müdafiə Nazirliyi) strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra - Universitet) tabeliyində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların fasiləsiz təhsil almaq imkanını, onların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən şəraitə uyğunlaşmasını təmin edən xüsusi təyinatlı dövlət əlavə təhsil müəssisəsidir. [3]

1.2. Mərkəzin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına hərbi-uçot ixtisasları üzrə ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqamətlərində əlavə təhsil verməkdir.

1.3. Mərkəz hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, o cümlədən hərbi əmlak, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Müdafiə Nazirliyinin adı və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.4. Mərkəzdə təhsil əyani təhsilalma formasında, əlavə təhsil proqramları əsasında həyata keçirilir.

1.5. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur. [4]

1.6. Mərkəzin fəaliyyətinə lisenziya verilməsi və Mərkəzin akkreditasiyası “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [5]

1.7. Mərkəz dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.8. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə Müdafiə Nazirliyinə hesabat verir.

1.9. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyətinin əsas istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyətini əlavə təhsilin aşağıdakı istiqamətləri üzrə tədris, təlim-tərbiyə, metodik, elmi tədqiqat və redaksiya-nəşriyyat işləri təşkil edir:

2.1.1. ixtisasartırma - ali təhsil pilləsinin bakalavriat səviyyəsini bitirmək haqqında sənədi olan hərbi qulluqçuların fasiləsiz təhsil almaq imkanlarını təmin etmək məqsədi ilə Mərkəz tərəfindən hərbi uçot ixtisasları üzrə həyata keçirilən təhsil növüdür. Bu təhsilin məqsədi hərbi qulluqçunun hərbi uçot ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən xidmət şəraitinə uyğunlaşmasını təmin etməkdir;

2.1.2. kadrların yenidən hazırlanması - ali, orta ixtisas, peşə, tam və ümumi orta təhsil almış hərbi vəzifəlilərin, həmçinin hərbi qulluqçuların xidməti zərurətlə əlaqədar yeni peşə və ixtisas üzrə hazırlanmasına, kadrlara real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir; [6]

2.1.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tələbatına uyğun olaraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, hərbi nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi, yeni texnologiyalar və innovasiya sistemlərinin tətbiqi üzrə təcrübə əldə etmələri məqsədi ilə həyata keçirilən əlavə təhsildir.

2.2. Tədris işi hərbi xidmətin tələblərinə uyğun liderlik bacarığına, təlim və tədris potensialına malik kadrlar hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini həyata keçirməkdən, təcrübi məşğələlərə rəhbərlik etməkdən ibarətdir.

2.3. Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardır:

2.3.1. dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər qanunvericilik aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;

2.3.2. dəyişən heyətə dövlətə və xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və hərbi peşəkarlıq keyfiyyətlərini aşılamaq;

2.3.3. dəyişən heyətin hərbi nizam-intizamını, döyüş hazırlığını təmin etmək;

2.3.4. dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.

2.4. Metodik işin məqsədi bütün növ tədris məşğələlərinin keçirilməsi metodikasını təkmilləşdirmək, onun keyfiyyətini və effektivliyini artırmaq, rəhbər heyətin, professor-müəllim heyətinin və təhsilalanların komandirlərinin peşə səviyyəsini artırmaqdır. Metodik işin əsas formaları aşağıdakılardır:

2.4.1. tədris məşğələlərinin, tərbiyə işinin aparılması və təminatı üçün tədris-metodik sənədlərin işlənilməsi;

2.4.2. rəhbər heyətin, professor-müəllim heyətinin və təhsilalanların komandirlərinin pedaqoji ustalığının artırılması, həmin məqsədlə tədris-metodik toplantı, müşavirə, elmi-metodik konfrans, seminar və metodik məşğələlərin keçirilməsi;

2.4.3. tədris məşğələlərinə nəzarətin təşkili və aparılması;

2.4.4. pedaqoji (metodik) təcrübənin keçirilməsi və onun nəticələrinin tədris prosesinə tətbiqi;

2.4.5. tədris və tərbiyə prosesi metodikasına elmi şura, kafedra iclaslarında baxılması.

2.5. Mərkəzin elmi fəaliyyəti hərb elminin müvafiq sahələrinin inkişafına və elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir. Elmi tədqiqat işinin mahiyyəti aşağıdakılardır:

2.5.1. dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məcmuələr, mühazirə, elmi-metodik və konfrans materialları, məlumat bülletenləri hazırlamaq;

2.5.2. elmi araşdırmalar aparmaq;

2.5.3. elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək və həmin sahədə metodiki kömək göstərmək.

2.6. Redaksiya-nəşriyyat işinin mahiyyəti dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodik vəsaitlərin, monoqrafiyaların, məcmuələrin, elmi-metodik və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə edilməsi və nəşrindən ibarətdir.

2.7. Tədris, metodik və elmi işlərə bilavasitə rəhbərliyi, funksional vəzifə borcuna uyğun olaraq, Mərkəzin rəisinin tədris işləri üzrə müavini həyata keçirir.

 

3. Mərkəzin vəzifələri və hüquqları

 

3.1. Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. ixtisaslı mütəxəssislər hazırlamaq;

3.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;

3.1.3. dəyişən heyətin attestasiyasını keçirmək;

3.1.4. əlavə təhsil haqqında sertifikat, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər sənədlər vermək;

3.1.5. tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;

3.1.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual və mədəni inkişafını təmin etmək, onlarda yüksək ideya-mənəvi və peşəkarlıq xüsusiyyətləri formalaşdırmaq;

3.1.7. fəaliyyət sahəsi üzrə tətbiqi elmi tədqiqat işlərini təşkil etmək;

3.1.8. hər il üçün təsdiq edilən dövlət büdcəsində Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Mərkəzə ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.1.9. təhsil prosesini təmin etmək üçün tədris, tədris-metodik, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

3.1.10. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

3.1.11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

3.2. Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, tədris prosesini sərbəst həyata keçirmək;

3.2.2. tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

3.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;

3.2.4. iclaslar, seminarlar, konfranslar keçirmək və onların işində iştirak etmək;

3.2.5. Müdafiə Nazirliyinin və Mərkəzin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək;

3.2.6. Mərkəzin hərbi qulluqçularına və işçilərinə fəxri adlar, dövlət təltifləri və mükafatlar verilməsi üçün Universitet qarşısında vəsatət qaldırmaq; [7]

3.2.7. təlim mərkəzlərindən istifadə etmək;

3.2.8. Mərkəzin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.9. “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq; [8]

3.2.10. Mərkəzin fəaliyyətinin təşkili məqsədi ilə qanuni aktlar qəbul etmək;

3.2.11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

4. Mərkəzin strukturu və idarə olunması

 

4.1. Mərkəzin strukturunu, ştat cədvəlini və xərclər smetasını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir.

4.2. Mərkəzin strukturuna komandanlıq, tədris şöbəsi, kafedralar, digər şöbə və xidməti bölmələr daxildir.

4.3. Mərkəzin komandanlığı Mərkəzin rəisindən və Mərkəzin rəis müavinlərindən ibarətdir.

4.4. Mərkəzin rəisi Universitet rektorunun vəsatəti ilə Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. [9]

4.5. Mərkəzin rəisi bilavasitə Universitetin rektoruna tabedir. Mərkəzin rəisi bütün şəxsi heyətin birbaşa rəisi olmaqla, Mərkəzin fəaliyyətini təşkil edir, Mərkəzin vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. [10]

4.6. Mərkəzin rəisi bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əmr və göstərişlər verir, Azərbaycan Respublikasının dövlət orqanları və digər qurumları ilə münasibətlərdə Mərkəzi təmsil edir.

4.7. Mərkəzin fəaliyyətinə bilavasitə rəhbərliyi Mərkəzin rəisi həyata keçirir. Mərkəzin rəisi:

4.7.1. Mərkəzin tədris, metodik, təlim-tərbiyə, elmi və maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

4.7.2. Mərkəzin struktur bölmələrinin fəaliyyətini tənzimləyən təlimatları təsdiq edir;

4.7.3. Mərkəzdə günün nizam qaydalarını təsdiq edir;

4.7.4. Müdafiə Nazirliyinə Mərkəzin ştatı, struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə Universitetin rektoruna təkliflər verir; [11]

4.7.5. Mərkəzdə maddi vəsaitlərin uçotunu təşkil edir;

4.7.6. Azərbaycan Respublikası müdafiə nazirinin və onun müavinlərinin əmr və sərəncamlarında, habelə Universitet rektorunun əmrlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir; [12]

4.7.7. şəxsi heyətə hərbi rütbələrin verilməsi, şəxsi heyətin vəzifələrə təyin olunması və təltif edilməsi barədə Universitet rektorunun qarşısında vəsatət qaldırır; [13]

4.7.8. daimi və dəyişən heyətin pul təminatını, əməyinin ödənilməsini və mükafatlandırılmasını təşkil edir;

4.7.9. kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;

4.7.10. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.8. Mərkəzin rəis müavinlərinin funksional vəzifələrini Mərkəzin rəisi müəyyən edir. Mərkəzin rəisinin müavinləri Mərkəzin rəisinə tabe olmaqla, Mərkəzin şəxsi heyətinin birbaşa rəisləridirlər. Mərkəzin rəisi olmadıqda və ya üzrlü səbəblərdən öz səlahiyyətlərini icra edə bilmədikdə, Mərkəzin rəisinin tədris işləri üzrə müavini onun səlahiyyətlərini həyata keçirir.

4.9. Mərkəzdə tədris, tədris-metodik və elmi tədqiqat işləri “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Müdafiə Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil edilir.

4.10. Mərkəzin fəaliyyətinin mühüm məsələlərinin müzakirəsi üçün ali idarəetmə orqanı - Mərkəzin Elmi Şurası (bundan sonra - Elmi Şura) yaradılır.

4.11. Elmi Şuranın tərkibini Universitetin rektoru təsdiq edir. Elmi Şuranın tərkibinə tutduqları vəzifələrə görə Mərkəzin rəisi (Elmi Şuranın sədri), Mərkəzin rəisinin müavinləri, kafedra rəisləri, tədris, hərbi-elmi şöbələrin, kadrlar xidmətinin rəisləri daxildir. Mərkəzin rəisinin Universitetin rektoru qarşısında qaldırdığı vəsatətə əsasən, Elmi Şuranın tərkibinə digər şəxslər də daxil edilə bilər. Elmi Şuranın professor-müəllim heyətindən, elmi işçilərdən və təhsilalanlardan ibarət olan digər üzvləri müvafiq kollektivlərin iclaslarında gizli səsvermə yolu ilə seçilirlər. [14]

4.12. Mərkəzin rəisinin tədris üzrə müavini Elmi Şura sədrinin müavinidir. Elmi Şura üzvlərindən biri Elmi Şuranın katibi seçilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şura üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Elmi Şuranın qərarı əsasında həyata keçirilir. Elmi Şuranın yenidən yaradılması və ya üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Mərkəz rəisinin vəsatəti əsasında Universitet rektoru tərəfindən həyata keçirilir. [15]

4.13. Elmi Şuranın fəaliyyəti Müdafiə Nazirliyinin normativ hüquqi aktlarının və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş “Elmi Şura haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.

4.14. Elmi Şuranın qərarları Mərkəzin rəisinin əmrləri ilə təsdiq olunur.

4.15. Elmi Şura:

4.15.1. bu Nizamnamədə dəyişikliklər edilməsinə dair təkliflər hazırlayır, daimi və dəyişən heyətin vəzifə borclarını müzakirə edir və qərarlar qəbul edir;

4.15.2. Mərkəzin perspektiv inkişaf planının layihəsini müzakirə edir və qərarlar qəbul edir;

4.15.3. təhsil, elm, metodik iş, tərbiyə işi, maddi-tədris bazası, redaksiya-nəşriyyat, döyüş və səfərbərlik hazırlığı sahələrində məsələləri müzakirə edir və qərarlar qəbul edir;

4.15.4. Mərkəz, kafedra, təhsilalanların bölmələri (tabor, bölük və s.) üzrə hesabatları dinləyir və qərarlar qəbul edir;

4.15.5. professor-müəllim heyətinin müvafiq vəzifələrə təyini üçün seçkilər keçirir və qərarlar qəbul edir;

4.15.6. professor-müəllim heyətinə elmi adların verilməsi ilə bağlı vəsatətlər verir, fəxri adların, həmçinin digər dövlət təltiflərinin verilməsi üçün müzakirələr keçirir və qərarlar qəbul edir; [16]

4.15.7. Mərkəzin fəaliyyət sahələri üzrə müzakirələr keçirir və qərarlar qəbul edir.

4.16. Təhsilalanlarda Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə tabeolma vərdişi yaratmaq, Mərkəzdə nizam-intizamı təmin etmək məqsədi ilə intizam orqanları - Ali İntizam Şurası və Tabor (Kurs) İntizam Şurası yaradılır. İntizam orqanlarının strukturu, vəzifələri və hüquqları Universitetin rektoru tərəfindən təsdiq edilən “İntizam Təlimatı” ilə tənzimlənir. [17]

4.17. Mərkəzin tədris şöbəsi tədris prosesinin və tədris-metodik işin planlaşdırılmasını, təşkilini və bu işlərə nəzarəti həyata keçirir.

4.18. Kafedra Mərkəzin əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodik, elmi-pedaqoji, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir.

 

5. Mərkəzə qəbul

 

5.1. Mərkəzə qəbul bu Nizamnaməyə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı əlavə təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”a uyğun olaraq həyata keçirilir.

5.2. Təhsilalanların Mərkəzə qəbul edilməsi Mərkəzin rəisinin əmri ilə təsdiq olunur.

5.3. Mərkəzə xarici ölkələrin silahlı qüvvələrində xidmət edən şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

5.4. Mərkəzə qəbul planını Müdafiə Nazirliyi müəyyən edir.

 

6. Tədris işinin təşkili və elmi tədqiqat fəaliyyəti

 

6.1. Mərkəzdə tədris işi bu Nizamnamə və Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat” əsasında təşkil olunur və aparılır.

6.2. Mərkəzdə tədris dili dövlət dili - Azərbaycan dilidir.

6.3. Mərkəzin tədris məşğələlərinə mühazirə, seminar, praktik məşğələ, təlim, tematik mükalimə (kollokvium), məsləhət saatı və müstəqil hazırlıq saatı daxildir. Mərkəzdə ayrı-ayrı fənlər üzrə Elmi Şuranın qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər də keçirilə bilər.

6.4. Mərkəzdə elmi fəaliyyətin əsas formaları aşağıdakılardır:

6.4.1. tətbiqi tədqiqatlar aparmaq;

6.4.2. nəzəri nəticələri və elmi tədqiqatların nəticələrini ümumiləşdirərək, tövsiyələr hazırlamaq;

6.4.3. Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

6.4.4. dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr, məruzələr, təkliflər və rəylər hazırlamaq;

6.4.5. seminarlar, müşavirələr və nəzəri müzakirələr hazırlamaq, keçirmək və nəticələrini ümumiləşdirmək.

 

7. Daimi və dəyişən heyət

 

7.1. Mərkəzin şəxsi heyəti daimi və dəyişən heyətdən ibarətdir.

7.2. Daimi heyət komandanlıq, təhsilalanların komandirləri, professor-müəllim heyəti və elmi heyətdən, vəzifələri təşkilati-ştat əmri ilə təsdiq edilmiş digər hərbi və mülki qulluqçulardan ibarətdir.

7.3. Daimi heyətdən olan hərbi qulluqçuları, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə müvafiq olaraq, Müdafiə Nazirliyinin rəhbərliyi vəzifəyə təyin və vəzifədən azad edir. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətdən olan digər şəxsləri Mərkəzin rəisi işə qəbul və işdən azad edir.

7.4. Daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.5. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətin tərkibinə daxil olan digər şəxslərin, o cümlədən Mərkəzin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.6. Daimi heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə Universitet rektorunun icazəsi ilə iştirak edə bilərlər. [18]

7.7. Professor-müəllim heyətinə kafedra rəisləri (müdirləri), onların müavinləri, silsilə rəisləri, professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutan hərbi və mülki qulluqçular aiddirlər.

7.8. Professor-müəllim heyətinin say tərkibi, tədris yükündən asılı olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə müəyyən edilir.

7.9. Professor-müəllim heyəti vəzifələrinin mülki qulluqçularla komplektləşdirilməsi müsabiqə yolu ilə həyata keçirilir.

7.10. Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə dərs demək və elmi tədqiqatlar aparmaq bacarığına malik hərbi qulluqçular və mülki şəxslər təyin olunurlar.

7.11. Professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı elmi ad və elmi dərəcəsi, vəzifənin profilinə uyğun ali təhsili, pedaqoji təcrübəsi və iş stajı olan şəxslərə üstünlük verilir.

7.12. Professor-müəllim heyəti məşğələlərin keçirilməsi zamanı təhsilalanların rəisləri hesab olunur. Professor-müəllim heyətinin tədris məşğələlərinin keçirilməsi zamanı verdiyi göstərişlər təhsilalanlar tərəfindən mütləq yerinə yetirilməlidir.

7.13. Tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərini kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında Mərkəzin professor-müəllim heyəti həyata keçirir.

7.14. Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə sahəsində uğurlarına görə Silahlı Qüvvələrin hərbi nizamnamələrində, Müdafiə Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər, dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları, fəxri fərmanlarla mükafatlandırıla bilərlər.

7.15. Pedaqoji işçilərə fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin aktları ilə tənzimlənir.

7.16. Professor-müəllim heyətinə və elmi işçilərə hərbi və əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri hərbi qulluqçulara münasibətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə, digər işçilərə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.

7.17. Professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq tədbirlərdə iştirakına, onların kütləvi informasiya vasitələrində Mərkəzin adından çıxışlarına Universitetin rektoru icazə verir. [19]

7.18. Təhsilalanların komandirləri (rəisləri) onların birbaşa rəisləridir. Onlar təhsilalanların tədris və tərbiyə işlərinin, hərbi intizamının vəziyyətinə, hərbi nizamnamələrin tələblərini bilmələrinə və əməl etmələrinə, günün nizam qaydalarına riayət olunmasına, bölməyə aid olan silah, hərbi texnika və digər hərbi əmlakın qorunub saxlanmasına cavabdehdir.

7.19. Mərkəzin dəyişən heyəti Mərkəzdə təhsil alan kursantlar, dinləyicilər, həmçinin tədris prosesini təmin edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularıdır.

7.20. Kursantlar zabit rütbəsi olmayan təhsilalanlardır.

7.21. Dinləyicilər Mərkəzdə əlavə təhsil proqramı üzrə təhsilalanlardır.

7.22. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə həqiqi hərbi xidmət keçən çavuş və əsgərlərdir.

7.23. Dinləyicilərin əlavə təhsil alması “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

7.24. Dəyişən kursant heyətinin tərkibinə daxil olan hərbi qulluqçular həqiqi
hərbi xidmətdə hesab edilirlər.

7.25. Dəyişən heyətin tərkibinə daxil olan hərbi qulluqçuların pul, əşya, ərzaq, tibb və yaşayış yeri (yataqxana) təminatı dövlət tərəfindən həyata keçirilir.

7.26. Dəyişən heyətin təhsil müddətində hüquq və vəzifələri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.27. Dəyişən heyətdən olan hərbi qulluqçular təhsildə və təlimdə əldə etdikləri yüksək göstəricilərə, elmi tədqiqat işlərində fəal iştiraka və hərbi xidməti borcun nümunəvi yerinə yetirilməsinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi”ndə və Müdafiə Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.

7.28. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin hərbi təhsil müəssisələrində Müdafiə Nazirliyinə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə Mərkəzin təhsilalanları həmin ölkəyə ezam oluna bilərlər.

7.29. Hərbi və tədris intizamını pozduqlarına görə dəyişən heyətdən olan hərbi qulluqçulara “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir.

7.30. Dəyişən heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə Universitet rektorunun icazəsi ilə iştirak edə bilərlər.

7.31. Təhsilalan, aşağıdakı əsaslardan biri olduqda. Mərkəzdən xaric edilir:

7.31.1. təhsil almaq istəmədiyinə görə;

7.31.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);

7.31.3. təhsildə müvəffəqiyyətsizliyinə görə;

7.31.4. semestr ərzində (təhsil müddətində) hər hansı səbəbdən tədris planı üzrə nəzərdə tutulmuş məşğələlərin ümumi saat hesabının 30%-dən çoxunda iştirak etmədiyinə görə; bu halda Elmi Şuranın və ya Ali İntizam Şurasının qərarı əsas götürülür;

7.31.5. şəxsi intizamsızlığına görə;

7.31.6. hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə;

7.31.7. törətdiyi cinayət əməlinə görə məhkum olunduqda.

7.32. Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş kursant və ya dinləyici göndərildiyi hərbi təhsil müəssisəsindən oxumaq istəmədiyinə, səhhətinə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduqda, Mərkəzdən də eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş təhsilalanların Mərkəzdə təhsil alması məsələsinə Elmi Şurada və ya Ali İntizam Şurasında baxılır.

7.33. Buraxılış imtahanlarını vermiş kursantlara Mərkəzdə yaradılan Buraxılış İmtahan Komissiyasının qərarı ilə müvafiq hərbi rütbə verilir.

7.34. Əlavə təhsil üzrə kursların proqramını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış təhsilalanlara əlavə təhsilin istiqaməti üzrə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd verilir. [20]

 

8. Daimi və dəyişən heyətin vəzifələri və hüquqları

 

8.1. Daimi heyətdən olan professorların, müəllimlərin və elmi işçilərin vəzifələri aşağıdakılardır:

8.1.1. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; [21]

8.1.2. ixtisas və elmi-pedaqoji səviyyələrini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək; [22]

8.1.3. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən Elmi Şuranın tövsiyəsi ilə tədris prosesində istifadə etmək və bu nəticələrin Silahlı Qüvvələrin praktik fəaliyyətində tətbiqinə kömək etmək;

8.1.4. dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodik materialların hazırlanmasında, müasir texniki vasitələrin tətbiqində iştirak etmək;

8.1.5. vətəndaşlıq və xidməti borcunu ləyaqətlə yerinə yetirmək, Mərkəzin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq; [23]

8.1.6. dəyişən heyətdə fəal vətəndaş mövqeyini formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; [24]

8.1.7. dəyişən heyəti elmi fəaliyyətə cəlb etmək;

8.1.8. şəxsi nümunəsi ilə dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; [25]

8.1.9. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; [26]

8.1.10. dəyişən heyətin fərdi keyfiyyətlərini öyrənmək, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, həmin heyətdən dərs tapşırıqlarının yerinə yetirilməsini və hərbi nizam-intizama riayət olunmasını tələb etmək;

8.1.11. dəyişən heyəti zorakılığın bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; [27]

8.1.12. dəyişən heyətin müstəqil hazırlığına, tədris materiallarını mənimsəməsinə kömək etmək, tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələr seçmək;

8.1.13. attestasiyadan keçmək;

8.1.13-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; [28]

8.1.13-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.1.13-3. Mərkəzin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

8.1.14. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.2. Daimi heyətdən olan professorların, müəllimlərin və elmi işçilərin aşağıdakı hüquqları vardır:

8.2.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.2.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək; [29]

8.2.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.2.4. Mərkəzdə vəzifə tutmaq, uyğun olduqda Elmi Şuraya və digər seçkili vəzifələrə seçmək və seçilmək; [30]

8.2.5. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək; [31]

8.2.6. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;

8.2.7. Müdafiə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada Silahlı Qüvvələrin əməli fəaliyyətini əks etdirən aidiyyəti materiallarla tanış olmaq;

8.2.8. bu Nizamnaməyə uyğun olaraq, müəssisə və təşkilatlarda əvəzçiliklə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;

8.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq; [32]

8.2.9. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

8.3. Daimi heyətin vəzifə borcları bu Nizamnaməyə və Azərbaycan Respublikası müdafiə nazirinin aktlarına uyğun hazırlanır və Universitetin rektoru tərəfindən təsdiq edilir.

8.4. Dəyişən heyətin vəzifələri aşağıdakılardır:

8.4.1. dövlət təhsil standartına uyğun biliyə, bacarıq və vərdişlərə yiyələnmək;

8.4.2. tədris tapşırıqlarını vaxtında yerinə yetirmək, təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları vermək; [33]

8.4.3. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

8.4.4. qanunlara, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, Müdafiə Nazirliyinin əmr, təlimat, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Mərkəzin daxili nizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək; [34]

8.4.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; [35]

8.4.6. məxfilik qaydalarına əməl etmək;

8.4.7. Mərkəzin əmlakına qayğı ilə yanaşmaq;

8.4.7-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; [36]

8.4.7-2. sağlam həyat tərzi keçirmək;

8.4.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.5. Dəyişən heyətin aşağıdakı hüquqları vardır:

8.5.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq; [37]

8.5.2. Mərkəzin mövcud infrastrukturundan (tədris, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman komplekslərindən, tibb məntəqəsindən, yataqxanalardan, laboratoriyalardan, kitabxanalardan) istifadə etmək; [38]

8.5.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq; [39]

8.5.4. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

8.5.5. Mərkəzin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək; [40]

8.5.6. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək; [41]

8.5.7. təhsilin, intizamın və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirəsində, Elmi Şuranın işində, Mərkəzdə fəaliyyət göstərən özünüidarəetmə orqanlarında, hərbi elmi cəmiyyətlərin işində, idman bölmələrində iştirak etmək;

8.5.7-1. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; [42]

8.5.7-2. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.5.7-3. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

8.5.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

8.6. Dəyişən heyətin vəzifə borcları bu Nizamnaməyə və Azərbaycan Respublikası müdafiə nazirinin aktlarına uyğun hazırlanır və Mərkəzin rəisi tərəfindən təsdiq olunur.

 

9. Maliyyə-təsərrüfat fəaliyyəti

 

9.1. Mərkəz dövlət büdcəsindən maliyyələşdirilir.

9.2. Mərkəz maddi dəyərlilərin, pul vəsaitinin vəziyyəti və istifadəsi barədə Müdafiə Nazirliyinin aidiyyəti qurumları qarşısında hesabat verir, cari mühasibat uçotunu həyata keçirir.

9.3. Mərkəzin maddi-tədris bazası ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq təhsilalanların hazırlığını
təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.

9.4. Mərkəzin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi-tədris əmlakı, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, tədris-metodik materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıq, tədris-idman bazaları, təlim mərkəzi və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir.

9.5. Mərkəzin maddi-tədris bazası dövlət əmlakıdır və ondan səmərəli istifadə edilməlidir.

9.6. Azərbaycan Respublikası müdafiə nazirinin razılığı olmadan, Mərkəzin istifadə etdiyi bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə icazə verilmir.

9.7. Mərkəzin maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi perspektiv planlar və Universitet rektoru tərəfindən təsdiqlənən illik planlar əsasında həyata keçirilir. [43]

 

10. Beynəlxalq əməkdaşlıq

 

Mərkəzin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Müdafiə Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanılmış sazişlər əsasında həyata keçirilir.

 

11. Mərkəzin yenidən təşkili və ləğvi

 

11.1. Mərkəzin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

11.2. Mərkəz ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 noyabr 2016-cı il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1803)

  1. 21 iyul 2017-ci il tarixli 1558 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1368)
  2. 16 may 2019-cu il tarixli 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 847)
  3. 12 iyun 2020-ci il tarixli 1056 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2020-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 698)
  4. 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125)
  5. 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə adında, preambulada və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin adında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir.

 

[3] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 1.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikasının Müdafiə Nazirliyində (bundan sonra - Müdafiə Nazirliyi) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçuların fasiləsiz təhsil almaq imkanını, onların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən şəraitə uyğunlaşmasını təmin edən xüsusi təyinatlı dövlət əlavə təhsil müəssisəsidir.

 

[4] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 1.5-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.5. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Müdafiə Nazirliyi kollegiyasının qərarlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.

 

[5] 7 noyabr 2016-cı il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1803) ilə 1.6-cı bənddə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilmişdir.

12 iyun 2020-ci il tarixli 1056 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2020-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 698) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 1.6-cı bəndindən “Mərkəzin fəaliyyətinə lisenziya verilməsi və” sözləri çıxarılmışdır.

 

[6] 16 may 2019-cu il tarixli 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 847) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 2.1.2-ci yarımbəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[7] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 3.2.6-cı yarımbənddə “Müdafiə Nazirliyi” sözləri “Universitet” sözü ilə əvəz edilmişdir.

 

[8] 21 iyul 2017-ci il tarixli 1558 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1368) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 3.2.9-cu yarımbəndində və 4.9-cu bəndində “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilmişdir.

 

[9] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.4-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redalsiyada deyilirdi:

4.4. Mərkəzin rəisini Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Mərkəzin rəis müavinlərini Mərkəzin rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəyə təyin və vəzifədən azad edir.

 

[10] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.5-ci bəndin birinci cümləsi ikinci cümlə hesab olunmuşdur və yeni məzmunda birinci cümlə əlavə edilmişdir.

 

[11] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.7.4-cü yarımbənddən “Müdafiə Nazirliyinə” sözləri çıxarılmışdır və həmin yarımbənddə “barədə” sözündən sonra “Universitetin rektoruna” sözləri əlavə edilmişdir.

 

[12] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.7.6-cı yarımbənddə “sərəncamlarında” sözündən sonra ”, habelə Universitet rektorunun əmrlərində” sözləri əlavə edilmişdir.

 

[13] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.7.7-ci yarımbənddə “yuxarı komandanlıq” sözləri “Universitet rektorunun” sözləri ilə əvəz edilmişdir.

 

[14] 21 iyul 2017-ci il tarixli 1558 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1368) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.11-ci bəndin dördüncü cümləsində “elmi əməkdaşlardan” sözləri “elmi işçilərdən” sözləri ilə əvəz edilmişdir.

5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.11-ci bəndin birinci cümləsində “Müdafiə Nazirliyi aparatının strukturunda Mərkəzin fəaliyyətinə cavabdeh olan rəis (bundan sonra - Mərkəzin tabe olduğu rəis)” sözləri və üçüncü cümləsində “Mərkəzin tabe olduğu rəis” sözləri “Universitetin rektoru” sözləri ilə əvəz edilmişdir.

 

[15] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.12-ci bəndin dördüncü cümləsi çıxarılsın və beşinci cümləsi yeni redaksiyada verilmişdir.

beşinci cümləsinin əvvəlki redaksiyada deyilirdi:

Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin azı üçdə iki hissəsinin tələbi ilə həyata keçirilir.

 

[16] 21 iyul 2017-ci il tarixli 1558 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1368) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.15.6-cı yarımbənddə “(professor və dosent) və” sözləri “adların verilməsi ilə bağlı vəsatətlər verir,” sözləri ilə əvəz edilmişdir.

 

[17] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 4.16-cı bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir

əvvəlki redaksiyada deyilirdi:

İntizam orqanlarının quruluşu, vəzifələri və hüquqları Mərkəzin tabe olduğu rəis tərəfindən təsdiq edilən “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı əlavə təhsil müəssisələrinin İntizam Təlimatı”na əsasən tənzimlənir.

 

[18] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 7.6-cı və 7.30-cu bəndlərdə “Mərkəzin tabe olduğu rəisin” sözləri “Universitet rektorunun” sözləri ilə əvəz edilmişdir.

 

[19] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.3-cü və 7.17-ci bəndlərdə “Mərkəzin tabe olduğu rəis” sözləri “Universitetin rektoru” sözləri ilə əvəz edilmişdir.

 

[20] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 7.34-cü bəndində “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilmişdir.

 

[21] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.1.1-ci yarımbəndinə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilmişdir.

 

[22] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilmişdir.

 

[23] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.1.5-ci yarımbəndindən “, Mərkəzin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılmışdır.

 

[24] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.1.6-cı yarımbəndində “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilmişdir.

 

[25] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.1.8-ci yarımbəndindən “şəxsi nümunəsi ilə” sözləri çıxarılmışdır və həmin yarımbəndində “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilmişdir.

 

[26] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.1.9-cu yarımbəndinə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilmişdir.

 

[27] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.1.11-ci yarımbəndinə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilmişdir.

 

[28] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nə yeni məzmunda 8.1.13-1 – 8.1.13-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[29] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.2.2-ci yarımbəndinə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilmişdir.

 

[30] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.2.4-cü yarımbəndindən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılmışdır.

 

[31] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.2.5-ci yarımbəndinə “əlavə təhsil almaq” sözlərindən sonra “və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilmişdir.

 

[32] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nə yeni məzmunda 8.2.8-1-ci yarımbənd əlavə edilmişdir.

 

[33] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.4.2-ci yarımbəndindən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılmışdır.

 

[34] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.4.4-cü yarımbəndinə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilmişdir.

 

[35] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.4.5-ci yarımbəndində “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilmişdir.

 

[36] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nə yeni məzmunda 8.4.7-1-ci və 8.4.7-2-ci yarımbəndlər əlavə edilmişdir.

 

[37] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.5.1-ci yarımbəndinə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilmişdir.

 

[38] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.5.2-ci yarımbəndinə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilmişdir.

 

[39] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.5.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.5.3. insan ləyaqətini və şərəfini alçaldan insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

 

[40] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.5.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.5.5. Mərkəzin elmi, ictimai, sosial və mədəni həyatında iştirak etmək;

 

[41] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 8.5.6-cı yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.5.6. elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;

 

[42] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nə yeni məzmunda 8.5.7-1 – 8.5.7-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[43] 5 mart 2022-ci il tarixli 1627 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3 maddə 215) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 9.7-ci bənddə “Mərkəzin rəisi” sözləri “Universitet rektoru” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status