“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə 854; 2013, № 2, maddə 197) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 41-ci hissədə “Çernoqoriya” sözü “Monteneqro” sözü ilə və 92-ci hissədə “Samoa” sözü “Butan” sözü ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 68-1-ci və 92-1-ci hissələr əlavə edilsin:
68-1.
|
Fələstin
|
ABŞ dolları
|
170
|
92-1.
|
Myanma
|
ABŞ dolları
|
155
|
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 13 avqust 2015-ci il
№ 276