Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1040; 2010, № 2, maddə 157, № 3, maddə 264, № 10, maddə 911; 2012, № 8, maddə 833; 2014, № 3, maddə 309, № 7, maddə 909) ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”na 1 nömrəli əlavə - “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nin 10-cu hissəsi aşağıdakı redaksiyada verilsin:
Sıra
№-si
|
Ölkə
|
Cəmi
|
Yaşayış xərci
|
Tədris materialları üzrə xərclər
|
Gündəlik yemək xərcləri
|
|
yataqxana xərci
|
digər xərclər
|
|||||
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
10.
|
Böyük Britaniya
|
1,100.00 GBP
|
550.00 GBP
|
50.00 GBP
|
50.00 GBP
|
450.00 GBP
|
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Yaqub Eyyubov,
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Bakı şəhəri, 21 iyul 2015-ci il
№ 268