AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.08.2015
QEYDİYYAT NÖMRƏSİ
287
ADI
“Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-08-2015, Nəşr nömrəsi: 186), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2015, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 972)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.08.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201508200287
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.08.2015
“Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə

“Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 20 avqust 2015-ci il

     № 287

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 20 avqust tarixli 287 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə [2]

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında aztəminatlı əhali, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən mədəni sərvətlərdən güzəştli istifadə edilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Mədəni sərvətlərdən güzəştli istifadə dövlət və bələdiyyə mülkiyyətində, həmçinin qarşılıqlı razılaşma əsasında xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və ya nümayiş etdirilən mədəni sərvətlərdən bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslərin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin,, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı tələb olunmadan qeyri-kommersiya məqsədləri üçün ödənişsiz faydalanmasını nəzərdə tutur və bu Qaydaya uyğun həyata keçirilir. [3]

1.3. Bu Qayda aşağıdakı şəxslərə şamil olunur:

1.3.1. Azərbaycan Respublikasında yaşayan aztəminatlı ailələrin üzvlərinə;

1.3.2. əlilliyi olan şəxslərə; [4]

1.3.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara; [5]

1.3.4. müharibə veteranlarına.

 

2. Güzəştli istifadə üçün müraciət

 

2.1. Bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslər mədəni sərvətlərdən güzəştli istifadə üçün mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin tələblərinə uyğun olaraq ərizə ilə müraciət edirlər.

2.2. Xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və nümayiş etdirilən mədəni sərvətlərdən güzəştli istifadə üçün mülkiyyətçinin razılığı əsasında həmin müəssisənin rəhbərinə müraciət edilir.

2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.3.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunda yaradılmış komissiya tərəfindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərarın surəti - bu Qaydanın 1.3.1-ci yarımbəndində göstərilən şəxslər tərəfindən; [6]

2.3.2. tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş arayışın surəti - bu Qaydanın 1.3.2-ci və 1.3.3-cü yarımbəndlərində göstərilən şəxslər tərəfindən;

2.3.3. hərbi bilet və ya müharibə veteranı vəsiqəsinin surəti – bu Qaydanın 1.3.4-cü yarımbəndində göstərilən şəxslər tərəfindən;

2.3.4. şəxsiyyət vəsiqəsinin surəti.

2.4. Müvafiq qərarın qəbul edilməsi ilə bağlı icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında həyata keçirilir.

 

3. Yekun müddəalar

 

3.1. Mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsi tərəfindən güzəştli istifadə şamil olunan şəxslərin və müvafiq sənədlərin siyahısı hər kəs üçün aydın görünən lövhələrdə yerləşdirilməlidir.

3.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisələrindəki mədəni sərvətlərin istifadəsi öz tarixi və bədii təyinatına uyğun həyata keçirilməlidir.

3.3. Mədəni sərvətlərin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə, mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin surətinin çıxarılması (hazırlanması), habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)

2.       6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)

3.       26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313)

4.       24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402)

5.       5 mart 2021-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 281)

6.       21 sentyabr 2022-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1100)

7.       5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402) ilə adında və ikinci abzasında “əlillər və” sözləri “əlilliyi olan şəxslər, o cümlədən” sözləri ilə əvəz edilmişdir.

21 sentyabr 2022-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1100) ilə adından və 1-ci hissədən , o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sözləri çıxarılmışdır.

 

[2] 24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402) ilə “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın adında və 1.1-ci bəndində “əlillər və” sözləri “əlilliyi olan şəxslər, o cümlədən” sözləri ilə əvəz edilmişdir.

 

21 sentyabr 2022-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1100) ilə “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güştli istifadə Qaydası”nın adından və 1.1-ci bəndindən , o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sözləri çıxarılmışdır.

 

[3] 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477) ilə “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 1.2-ci bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 1.2-ci bəndində “Mədəniyyət və Turizm Nazirliyinin,” sözləri “Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin,” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il) ilə “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 1.2-ci bəndində “İdarəsinin” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri əlavə edilmişdir.

 

[4] 24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402) ilə “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 1.3.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.3.2. əlillərə;

 

[5] 21 sentyabr 2022-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1100) ilə “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güştli istifadə Qaydası”nın 1.3.3-cü yarımbəndi ləğv edilmişdir.

 

[6] 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 2.3.1-ci yarımbənddə “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzində” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsində” sözləri ilə əvəz edilmişdir.

 

5 mart 2021-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 281) ilə “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 2.3.1-ci yarımbəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbəsində” sözləri “yerli qurumunda” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status