×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.08.2015
QEYDİYYAT NÖMRƏSİ
282
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2015, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 967)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.08.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.08.2015
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli 30 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1117; 2011№9, maddə 853; 2013, №7, maddə 883, №10, maddə 1232; 2014, №1, maddə 57, №6, maddələr 736, 752; 2015, №4, maddə 455) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə” bölməsi aşağıdakı redaksiyada verilsin:

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə

1.

Azərbaycan Dövlət Aqrar Universiteti

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

2.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

3.

Baytarlıq Elmi-Tədqiqat İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

4.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

5.

Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

6.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

fəlsəfə doktoru üzrə

-

7.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

fəlsəfə doktoru üzrə

-

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 18 avqust 2015-ci il

                    № 282

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status