AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
16.09.2015
QEYDİYYAT NÖMRƏSİ
616
ADI
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-09-2015, Nəşr nömrəsi: 205), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2015, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1003)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.09.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201509160616
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.09.2015
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 704; 2003, № 10, maddə 563; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69; 2008, № 1, maddə 8; 2012, № 11, maddə 1082; 2013, № 5, maddə 497; 2014, № 9, maddələr 1027, 1067, № 10, maddə 1185) ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bəndə “sənədlərinə əsasən” sözlərindən sonra “dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazidə, onların mühafizə zonasında və abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə” sözləri əlavə edilsin.

2. 2.9-cu bənddə “,dövlət orqanlarının binalarının, məscid və ibadətgahların ərazilərində reklam daşıyıcılarının yerləşdirilməsinə yol verilmir. Memarlıq” sözləri “memarlıq” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

    616

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status