Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri"ndə dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri"ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2.3-cü yarımbənddə "çəkilmədiyi" sözü "çəkildiyi" sözü ilə əvəz edilsin;
1.2. 2.3-cü bəndə "imzalanaraq," sözündən sonra "bu Qaydaların 2.1-ci bəndində göstərilən xərclərin çəkilməsi barədə müvafiq sənədlərin surətləri ilə birlikdə" sözləri əlavə edilsin;
1.3. 2.9-cu bənddən "(və ya)" sözləri çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 15 avqust 2014-cü il
№ 284