“Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1189; 2008, № 6, maddə 586, № 10, maddə 937; 2009, № 10, maddə 846; 2013, № 11, maddə 1461) ilə təsdiq edilmiş “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği” cədvəlində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü bənddə “
1.2. 4-cü bənddə “
1.3. “Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə” bölməsinə aşağıdakı məzmunda altıncı sətir əlavə edilsin:
“digər zonalar (kənd, qəsəbə və s.)
|
|
1.4. “Naxçıvan MR, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə” bölməsinə aşağıdakı məzmunda beşinci sətir əlavə edilsin:
“digər zonalar (kənd, qəsəbə və s.)
|
|
1.5. “Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Göyçay şəhərləri üzrə” bölməsinə aşağıdakı məzmunda dördüncü sətir əlavə edilsin:
“digər zonalar (kənd, qəsəbə və s.)
|
|
1.6. “Digər rayonlar üzrə” bölməsinə aşağıdakı məzmunda dördüncü sətir əlavə edilsin:
“digər zonalar (kənd, qəsəbə və s.)
|
|
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur RASİ-ZADƏ
Bakı şəhəri, 21 oktyabr 2014-cü il
№ 339